Blog Arşivi

5 Mayıs 2014 Pazartesi

Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır

Livan Milli Məclisinin spikeri Nəbiyyə Beri bu gün Seyyid Sədrud Din Sədr, Seyyid Rəd Şərəfud Din və Livan Məhkəmə sisteminin əlaqələr şöbəsinin sədri Həsən Şami ilə birgə Libiyada işgüzar səfər zamanı yoxa çıxmış İmam Musa Sədr və onu müşayət edən daha iki nəfərin müəmmalı taleyi haqqda Libiya rəsmiləri ilə görüş keçirərək danışıqlar aparıblar.

Beyrutda Livanın rəsmi xəbər agentliyinin bildirdiyinə görə, Livanın Qanunvericilik Qüvvəsinin (parlament) sədri bildirib: “Bu görüş, itkin düşmüş İmam Musa Sədr və onu müşaiyət edən iki nəfərin müəmmalı taleyinin axtarışı ilə bağlı əldə olunan son nəticələr haqqda baş tutub.”

O, daha sonra bildirib: “Görüş zamanı biz xüsusi vurğu ilə, İmam Musa Sədrin itkin düşməsi ilə bağlı Livan və Libiya hökümətləri arasında əldə olunan müvafiqnamə üzərində danışıqlar apardıq. Bu iş bizim üçün olduqca həyatıdır. Çünki, qeyd olunan müvafiqnamə onların səhih və...
sağlam sürətdə azad olunaraq geri qaytarılması üçün əsas önəmdir.”

Nəbiyə Beri daha sonra Livan və Libiya rəsmiləri arasında qeyd olunan müvafiqnamənin imzalanaraq tezliklə onun şərtlərinə əməl olunacağına ümüdvarlıq edərək bu işdə nikbin olduğunu bildirib.

Həyatı

İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin Eşqəli məhəlləsində ruhani ailəsində dünyaya göz açmışdır.

Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddin Sədr olub. Seyid Musa uşaqlıq və yeniyetməlik dövrünü həmin məhəllədə keçirdib.

Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir.

Livan səfəri

İmam Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır. Amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.

İmam Müsa Sədr öz fəaliyyətlərinə Sur şəhərində imam-camaatlıqla başlayır. Qısa bir müddətdə əmin olur ki, ölkədəki məhrumiyyətlərin əsas səbəbi ideoloji və iqtisadi yoxsulluqdur. Həftədə iki dəfə Beyruta gedib orada çıxışlar edən Musa Sədr xalqın etimadını qazanır və Livanda irimiqyaslı islahatlara başlayır. Həmin vaxt Livan məktəblərinin dərs proqramları Fransının mənafelərinə xidmət edən qüvvələr tərəfindən hazırlanırdı. Musa Sədr bir zaman babası Seyyid Şərəfəddin tərəfindən Beyrutda təsis olunmuş mədrəsənin fəaliyyətlərini gücləndirir və bu mədrəsə qısa bir zamanda universitetə çevrilir.

Üzücü fəaliyyətlər

Musa Sədrin ciddi təlaşları sayəsində Livanda sənət məktəbi, xeyriyyə cəmiyyəti, qadın təşkilatı, tibb bacıları hazırlayan məktəb, tibbi xidmət şöbələri, xalçaçılıq sexləri açılır. Musa Sədr Livanda ən adi haqlardan məhrum edilmiş Şiələr üçün məclis təsis edir, ciddi müxalifətə baxmayaraq ilk dəfə olaraq Şiələrin parlamentdə təmsil olumasına nail olur. Məntəqədəki yağı sionist düşmənlə mübarizə üçün "Məhrumlar hərəkatı" yaradılır. Bu ictimai təşkilatın ardınca "Əməl" hərbi təşkilatı təsis edilir. Musa Sədr müxtəlif dini əqidələrin səhnədə olduğu Livanda öz sülh və dostluq şüarı ilə qəlblərə yol tapır. Onu təkcə Şiələr yox, Sünni məzhəbli Müsəlmanlar və başqa din ardıcılları Livanın xilaskarı sayır.

Musa Sədr Livandakı iyirmi illik fəaliyyəti dövründə məntəqədəki siyası durumu dəyişməyə müvəffəq olur.

Onun Avropa, Afrika ölkələrinə səfərləri Livana yeni münasibətin formalaşmasında mühüm rol oynayır...

Misilsiz cinayət

Amma 1979-cu ildə, ağrısı hələ də yaşanan bir gündə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə çıxmış İmam Musa Sədr iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxdı. Bir vaxtlar özünü "yer üzündə Allahın xəlifəsi" sayan Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafi bu günə kimi İmam Musa Sədrin oğurlanmasında əsas fiqur sayılır. Musa Sədrin oğurlanması İslam dünyasında, imanlı insanlar arasında böyük təlatüm yaratsa da, bu müəmma hələ də öz həllini tapmamışdır.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel