Blog Arşivi

10 Ekim 2013 Perşembe

“Demokratik seçkilər keçirilsəydi belə İlham Əliyev qalib gələcəkdi”



Sərdar Cəlaloğlu: “Baş verə biləcək saxtakarlıqları Qərbin və ABŞ-ın seçkidən öncəki Azərbaycanla bağlı mövqeyini nəzərə alanda məlum olurdu ki, bu seçkilərdə İlham Əliyev mütləq qalib gələcək”

“Bu dəfəki seçkilər əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi. Əvvəlki illərdə olduğu kimi yenə də kütləvi saxtalaşdırma halları seçki keçirildi. İlham Əliyevin seçkidə qalib gələcəyi şəksiz idi. Lakin seçkinin nəticələri konnektiuraya məruz qaldı. Belə ki, səs faizləri şişirdilməklə yanaşı namizədlərin yerlərinin seçilməsi iqtidarın maraqlarına uyğun həyata keçirildi.” Bu sözləri FaktXeber.com-a prezidentliyə namizədliyini irəli sürmüş ADP sədri Sərdar Cəlaloğlu dünən keçirilən seçkilərin nəticələrinin şəffaflığına dair açıqlama verərkən qeyd edib.”

Milli Şuranın mitinqinə razılıq verildi



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
BŞİH-nın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun verdiyi məlumata görə, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb. Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək


Putinin təbriki də ləngimədi

 
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Təbrik məktubunda V.Putin İlham Əliyev’ yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi təbriklərini çatdirib: “Seçkilərdə inamlı qələbəniz sizin yüksək siyasi nüfuzunuza, sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin xalq tərəfindən fəal dəstəklənməsini göstərir” 

"Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik"



Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik. Azərbaycan hökümətinin cox sayda beynəlxalq və yerli müşahidəcilərin seckiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir. Trend-in məlumatına görə, prezident seçkilərinin nəticələrinə dair keçirilən birifinqdə Avropa Parlamenti və AŞ PA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Alaççi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik."
 

İqbal Ağazadə: "Tərəfdarlarımı bələdiyyə seçkilərinə, parlament seçkisinə hazırlaşmağa çağırıram"

Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə 9 oktyabr seçkisinin nəticələrinə münasibət bildirib: “Ortada Mərkəzi Seçki Komissiyasının rəsmi nəticəsi var. MSK-nın elan etdiyi nəticəyə nə mən, nə beynəlxalq təşkilatlar, nə də Avropa Məhkəməsi qarışa bilər. Yalnız BMT-yə müraciət oluna bilər.

Bizim üçün dünən dünəndir. Seçki bitib və biz artıq yeni seçkiyə - növbəti il olacaq bələdiyyə seçkilərinə hazırlaşırıq. Yolumuza davam edirik. Bütün siyasi partiyaları da barış və dialoqa, bundan sonrakı seçkilərə hazırlığa dəvət edirik. Tərəfdarlarımı 9 oktyabr seçkinin nəticələri ilə bağlı mübarizəyə yox, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə, 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmağa çağırıram”.

Bizim kimi millətə...



Allah məni bağışla! Şəhidlərin ruhundan, Elmardan, Mübarizdən - inciyən incisin – həbsdə çürüdülən Nemətdən üzr istəyirəm. Allah məni bağışla!
Bu milləti nə günə qoydular, Allah! Nə yaxşı ki, peyğəmbər silsisiləsinə son qoymusan, daha o sıradan gələn, sözü yerdə qalan, zindana salınan olmayacaq.
Azərbaycanda seçkilər yekunlaşır. Nəticəsi əvvəldən məlum olan seçkilər. Baxtabaxt yox, saxta seçkilər. Suda batan saman çöpündən yapışar. Cəmil Həsənli saman çöpü idi Əliyevlər kanalının qabağında. Yalnız xalq sel olub bu kanalı daşdıra, diktatoru aşıra bilərdi. Olmadı. Bu millət yaranıb bir-birinin başını kəssin, qanını içsin, namusuna toxunsun. Nə erməni, nə rus, nə ingilis qabağında cürəti, hünəri var. Öz millətimizin ki, ölüsünü-dirisini söyüb, sinəsi üstə oturduq, əcnəbini görən kimi ayaqlarımız əsir. Maraqlıdır ki, özünü yeməkdən qorxmayan bu xalq niyə Əliyevlərdən qorxur? Əliyevlər azərbaycanlı deyil məgər?

"Əliyevlər sülaləsinin məqsədi əbədi hökmranlıqdır"

Fransa mediası Qərbi Azərbaycanda baş verənlərə göz yummaqda ittiham etdi
HaqqYolu - Fransanın “Le Point” jurnalı Azərbaycandakı seçkidən yazarkən Qərbin neft-qaz və strateji maraqlara görə Əliyev klanına loyal münasibətindən bəhs edir. “Azərbaycan: Avropa niyə gözünü bağlayıb?” başlıqlı məqaləni təqdim edirik:
Avropa niyə gözünü bağlayıb?
Avropa Ittifaqı Azərbaycandan aldığı qaza görə Əliyevin ardıcıl üçüncü dəfə prezidentliyini pisləməkdən imtina edir.
Hətta demokratiyadan uzaq vacib iqtisadi tərəfdaşla da münasibətləri istəmir. Yaxın on ildə Avropaya qaz satacaq Azərbaycanda çərşənbə günü Ilham Əliyev ardıcıl üçüncü müddətə prezident olur. O, bu vəzifəni on il əvvəl atası, keçmiş KQB generalı, Kommunist partiyasının Siyasi Bürosunun üzvü Heydər Əliyevdən miras alıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel