Blog Arşivi

12 Şubat 2014 Çarşamba

Tələbələrdən Anadolu Universitetinin “filialı”na şok ittihamlar






Onlar distant təhsil verən İnnovasiya Mərkəzini “pul tələsi” adlandırırlar; mərkəzin isə ittihamlara öz cavabı var

Anadolu Universitetinin Bakıdakı İnnovasiya Mərkəzində təhsil alan bir qrup...

tələbə təhsil aldığı universitetlə bağlı musavat.com saytına şikayət edib.

“Diplomu tanınmır, başdan-ayağa pul tələsidir”

Tələbələrdən birinin dediklərinə görə, gec də olsa anlayıb ki, bu universitet pul tələsidir: “Mən 2011-ci ildə bu universitetə qəbul olmuşam. Reklamını görmüşdüm, maraqlandım, getdim universitetə. Orda mənə dedilər ki, öncə 1 ay müddətində türk dili kursları keçməliyəm. Sonra qəbul imtahanı olacaq. Razılaşdıq, kurs üçün 36 manat pul ödədim. Kurs zamanı heç kəsə heç bir məlumat vermədilər ki, bu universitet necə fəaliyyət göstərir. Distant təhsil nədir, dərslər necə olacaq, universitetin məqsədi nədir. Çünki bilirdilər ki, tələbələr qaçacaq. Tələbələr bilsəydilər ki, bu, filial deyil, tərəfdaş qurumdur, QHT-dir, əlbəttə ki, təhsil almaq istəməzdilər. Mən ilk olaraq kurs və imtahan zamanı şübhələndim ki, bu universitet pul tələsidir. Çünki həmin il kursa gələn də, gəlməyən də qəbul oldu. İmtahandan kəsilən olmadı. Hər gəncin arzusudur ki, tələbə olsun, universitetdə oxusun. Bunlar da gənclərin bu arzusundan sui-istifadə edirlər. Qəbul olandan sonra tələbələr hər şeyi öyrəndi. Kimdən soruşursan deyir ki, bezmişəm. Bircə buradan canımı qurtara bilsəydim yaxşı olardı. Tələbələrin hamısı narazıdır. Düzdür, getdikcə hər kəs bu universitetin əməllərindən xəbərdar olur. Buna baxmayaraq, hər il  300-400 tələbə qəbul olur. Onların da gələcəyi məhv olur. Bizə birinci kursda kitab verəcəklərini dedilər. Yanvarda dərslər başladı, amma kitablar martda gəldi. Gec gələn kitablar da hamıya çatmadı. Yanvardan sonra bir imtahan verirsən, sonra kitablar gəlib çıxır. Birinci kursda çox tələbə ya kəsildi, ya da öz istəyi ilə təhsilini dondurdu. Çünki hər şeyi anlamışdılar. İkinci kursda isə qiymətləri 100 avro artırdılar. Qiymət artımını bütün kurslara şamil etdilər. Bu özü qanunsuzdur, qiymət artımı hansı il olursa, həmin il qəbul olan tələbələrə aid edilməlidir. Bundan sonra bütünləmə imtahanını ləğv elədilər. Keçdilər kredit sisteminə. Əgər hansısa il kəsildinsə, buna görə də əlavə pul ödəməli olursan. Tələbənin kəsilməsi onlara sərf edir. Əvvəllər ödədiyimiz pulların qəbzlərini verirdilər. Son iki ildir ki, onu da vermirlər. Yəqin qorxurlar ki, məhkəmədə istifadə edə bilərik. Diplomu da tanınmır. Təhsil Nazirliyinin açıqlaması var idi ki, bu universitet qanunsuzdur”.

“Bunlar üçün fərqi yoxdur ki, tələbə oxudu ya oxumadı, əsas odur ki, qazanclarına, ciblərinə gedən puldan azalma olmasın”

Digər şikayətçi tələbənin dediklərinə görə, nazirliyin tanımadığı universitet hələ də fəaliyyət göstərir: “Mən də bu universitetdən zərərçəkən tələbələrdənəm. 2 il bundan əvvəl Anadolu Universitetinin distant təhsil verdiyini eşidib, yollandım Bakıdakı filialına. Hələ o zaman bilmirdim ki, bu, Anadolu Universitetinin Azərbaycandakı filialı yox, Anadolu Universitetinin burda təchizatını həyata keçirən, Avrasiya İnnovasiya İnstitutudur. Hardan bilim ki, bu institut da deyil, ictimai birlikdir, yəni QHT-dir.  Bunların əsas iş prinsipi tələbədən pul qoparmaqdır. Görəndə ki, tələbənin pulu yoxdur, ona da çarə tapıblar. ”AzərTürkBank"la anlaşıblar, tələbə pulun yarısını, yəni 600 avronu ödəyir, qalanını isə bank ödəyir. Sən olursan banka borclu. Bu yolla onlar özlərini sığortalayırlar ki, tələbə birdən aldadıldığının fərqinə varar və universitetdə təhsil almaqdan imtina edər. O zaman bunlar pul itirməsinlər. Tələbə universitetdən çıxsa belə, banka borclu qalır. Yəni bunlar üçün fərqi yoxdur ki, tələbə oxudu, ya oxumadı. Düşünün, bir gənc oxumaq üçün bu universitetə gəlir, təhsil ala bilmir, üstəlik, 1200 avro ödəyir. Türkiyədə Anadolu Universitetinin təhsil haqqı 400 türk lirəsidir, bizdə isə 1200 avro. Anadolu Universitetində oxumuruq biz? Anadolu Universitetinin digər ölkələrdə olan tələbələri, məsələn, Kosovada 180 avro təhsil haqqı ödəyirlər, Makedoniya, Bolqarıstan da eyni qaydada. Soruşuruq ki, niyə bu qədər bahadır, niyə bu qədər qiymət fərqi var?  Deyirlər ki, onlar burada bina icarəyə götürüblər, bunun xərcləri var və s. Bunun isə bizə aidiyyəti yoxdur. Bu, distant təhsildir. Tələbənin oraya gəlməsi vacib deyil. Distant təhsil odur ki, oturursan evində və ya hər hansı bir yerdə. Online olaraq internet üzərindən təhsil alırsan. Türkiyədəki tələbələrə kitablar verilir. Bizdə isə kitablar əvvəl gec gəlirdi. Sonradan onu yığışdırıb daha ucuz və gəlirli yola keçdilər. Bizə planşet verdilər ki, artıq bunlardan istifadə edəcəksiniz. Amma planşetlər xarab çıxdı. Çox keyfiyyətsiz planşetlərdir.

Sonradan araşdırma apardıq, məlum oldu ki, bu planşetlərin topdansatış qiyməti 20 dollardır. Çin və Dubay istehsalıdır. Ona görə həm ucuzdur, həm də keyfiyyətsiz. Üstəlik, planşetlər verilən zaman təhsil haqqını da 100 avro artırdılar. Dedilər ki, sizə planşetlər vermişik, ona görə qiymətlər qalxır. Bizi açıq-aşkar aldadırlar. Kitab vermirlər, əyani təhsil deyil, tələbəyə xərc çəkilmir, planşet veriblər o da xarab. Yəni alınan 1200 avronun qarşılığında heç bir iş görmürlər. Diplomları Azərbaycanda tanınmır. Təhsil Nazirliyi universiteti qanunsuz hesab edir, TQDK da imtahanlarını qanunsuz sayır. Amma bütün bunlara baxmayaraq, hələ də fəaliyyət göstərirlər. Valideyinlər gedir, Avrasiya İnnovasiya İnstitutu İctimai Birliyinə diplomlarının tanınmaması ilə   bağlı suallar verirlər, “yalandı” deyib yola verirlər. Bir də bunların “Türk iş adamları sizə yardım edəcək, övladlarınız  onların yanında işlə təmin olunacaqlar” deyə bir yalanları var".

Məsələ ilə bağlı Anadolu Universitetinin Bakıdakı İnnovasiya Mərkəzi ilə əlaqə saxladıq. Avrasiya İnnovasiya İnstitutu İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Rövşən Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tələbələrin dedikləri problemlər onlardan asılı deyil: “Anadolu Universiteti dünya üzrə tanınan, distant təhsil üzrə ilk sıralarda olan bir təhsil müəssisəsidir və 2 milyondan çox tələbəsi var. Bu məsələylə bağlı cavabları biz verə bilmirik. Bunun cavabdehi Anadolu Universitetidir. Biz onların işinə qarışmırıq. Təhsil sistemlərinə, yöntəmlərinə, qayda və qanunlarına qarışmaq səlahiyyətimiz yoxdur. Biz sadəcə tərəfdaşıq və öz vəzifələrimizi yerinə yetirik. Tələbələrin hər hansı şikayəti olanda biz onların şikayətlərini Anadolu Universitetinə göndəririk və o məsələlər oradan gələn cavab əsasında həll edilir”.

- Türkiyədəki tələbələrin təhsil haqları 400 türk lirəsidir. Azərbaycanda isə 1200 avro. Bunun səbəbi nədir?

- Bu sualı mən tam olaraq cavablandıra bilmərəm. Biz tərəfdaş qurum olduğumuz üçün bəzi işlərə qarışa bilmirik. Amma onu bildirim ki, fərqin olması tələbə sayından asılıdır. Türkiyədə 1 milyondan çox distant təhsil alan tələbə var. Bizdə isə bundan dəfələrlə azdır. Tələbə sayı çoxaldıqca qiymətlər enir. Bu suala daha aydın şəkildə Anadolu Universitetinin rektoru Davut Aydın Bakıya gələrkən cavab vermişdi.  Bildirmişdi ki, onlar 30 ölkədə təlim-tədris verirlər. Hər ölkədə də təhsil haqqı fərqlidir. Gələcəkdə tələbə sayı çoxalarsa, qiymətlərdə endirim ola biləcəyini demişdi.

- Distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Bu tədris zamanı hər tələbə üçün  1200 avro xərclənə bilərmi?

- Bizim universitet Bolonya sisteminə tam uyğunlamış təhsil ocağıdır. Bolonya prinsipləri nələri tələb edirsə, hamısını yerinə yetirir. Burada ildə 4 dəfə imtahan keçirilir. Qəbul imtahanını da saysaq, il ərzində beş imtahan edir. Bu imtahanlar özləri xərcdir. Nəzarətin təşkil edilməsi, imtahan yerinin icarəyə götürülməsi və sairə. Bizdə müəllimlər var ki, onlar həftədə bir dəfə gələrək əlavə dərslər keçirlər. Bunlar özləri də xərcdir.

- Tələbələr deyirlər ki, qəbul olunduqları il ödədikləri təhsil haqqı sonradan artırılıb.

- Bizə qalsa istəyərik ki, tələbə pulsuz oxusun. Savad qazansın, elmə yiyələnsin. Amma bu bizdən asılı deyil. Qiymət artımı Bolonya sisteminə keçildiyi üçün baş verib. Bolonya sisteminə keçdikdən sonra imtahan sayları artdı. Bu da xərclərin çoxalması deməkdir. Bu kimi dəyişiklikləri biz həll etmirik. Hamısı Anadolu Universitetindən aslıdır. Əlbəttə ki, tələbə qəbul olduğu il nə qədər pul ödəyibsə, elə də davam etməlidir. Ödənilən pullar Anadolu Universitetinin hesabına köçürülür. İstənilən zaman tələbə ödədiyi pulun arayışını istəyə bilər. Bəzən elə olur ki, tələbə hansısa il imtahandan kəsilir. Buna görə də bir il daha artıq oxumalı olur. Bunun da xərcləri var.



- Təhsi Nazirliyinin açıqlaması var ki, Anadolu Universitetinin Bakıda heç bir filialı yoxdur. Onların diplomunu da tanımırıq.

- Bizim bundan xəbərimiz var. Mətbuatdan oxumuşuq, eşitmişik. Amma burada yanlış bir anlaşılma var. Biz filial deyilik. Avrasiya İnnovasiya İnstitutu İctimai Birliyiyik. Tərəfdaş qurumuq, filial deyilik. Buna görə də filialın olmaması doğrudur. Diplomun tanınmamasına gəldikdə, bizim qanunvericilikdə boşluq var. Gələcəkdə bu boşluqlar aradan qaldırılacaq, o zaman heç bir problem olmayacaq. Problem bizə aid deyil, hər hansı bir tələbə gedib Türkiyədə və ya başqa ölkədə distant təhsil alsa belə yenə də Təhsil Nazirliyi onun diplomunu tanımayacaq. Biz tələbə qəbul edəndə heç vaxt demirik ki, bizim diplomumuz Azərbaycanda tanınır. Biz deyirik ki, Azərbaycanda distant təhsil diplomlarının tanınması üçün baza yoxdur. Anadolu Universiteti bu diplomu tanıyırsa, təstiq edirsə burada heç bir qanunsuzluq ola bilməz.

- Tələbələr deyirlər ki, onların kredit yolu ilə təhsil almalarında problemlər var. Onlar banklardan asılı vəziyyətdə qalır.

- Bizim universitetdə kredit yolu ilə təhsil almaq mümkündür və burada heç bir problem ola bilməz. Tələbə təhsil haqqını ödəyə bilmirsə, bankdan pul götürür və ödəyir. Bu artıq bankla tələbə arasında olan bir məsələdir. Evinizə əşya alan vaxtı necədirsə burada da eynidir. Bizim banklarla heç bir əlaqəmiz yoxdur.

- Əsasən burada “AzərTürkBank”ın adı çəkilir. Bu bankın sizinlə müqaviləsi varmı kreditin ödənilməsi ilə bağlı?

- Xeyir. Bu krediti başqa banklar da verir. Sadəcə “AzərTürkBank” deyil. Sadəcə, tələbələr aralarında danışırlar, biri-birilərinə məsləhət görürlər. O bankın xidmətlərindən yararlananlar. Buna görə də “AzərTürkBank”dan kredit götürənlər çoxdur. Bu bankın da Türkiyə ilə əlaqələri olduğu üçün bu mövzuda yardımçı olur.

- Tələbələr deyirlər ki, onlar diplomun tanınmaması ilə bağlı suallar verəndə siz cavab olaraq deyirsiniz ki, ATİB-lə (Azərbaycan Türkiyə İş Adamları Birliyi) münasibətləriniz var, tələbələr onların şirkətlərində işlə təmin ediləcək.

- Bu, normal haldır. ATİB-lə əlaqələrimiz var. Onlar özləri istəyirlər ki, Türkiyə universitetində təhsil almış savadlı kadrları öz yanlarında çalışdırsınlar. Bizim tələbələrimzin savadlı olması, türk dilini yaxşı bilməsi onlara sərf edir ki, kadrlarını bizim tələbələrdən qursunlar.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel