Blog Arşivi

11 Nisan 2014 Cuma

Ümümdünya Müsəlmanlarının Lideri İmam Xamenei cənabları Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdü

 İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə çərşənbə günü günortadan sonra baş tutan görüşündə iki qonşu ölkə olan İran İslam Respublikası və Azərbaycan arasındakı tarixi, mədəni və dini bağların ikitərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv amil olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Biz siyasi iradəmizi ortaya qoyub əldə edilmiş razılaşmalara ciddi surətdə əməl etməklə təxribatçı planlara qalib gəlməli, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələri günü-gündən daha da möhkəmləndirməliyik”.

“Xalqa, onun dini inancına daha yaxın olmaq hər bir dövlətin uğurunun qarantıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dini ekstremizmi yaymağa çalışan bəzi cərəyanların İslam məzhəbləri arasına ixtilaf salaraq milli birliyi pozmasına imkan vermək olmaz”.

Həzrət Ayətullah Xamenei İİR və Azərbaycan prezidentləri arasında baş tutmuş danışıqları və əldə edilmiş razılaşmaları, eləcə də müştərək iqtisadi komissiyanın təşkilini müsbət qiymətləndirərək dedi: “Tərəflərin imkan və potensialını nəzərə alaraq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın hazırda aşağı səviyyədə olduğunu demək olar. Ümidvaram ki, budəfəki səfər iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi üçün bir başlanğıc olacaq”.

İki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün siyasi iradə və ciddi niyyət tələb olunduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi bəzi dövlətlərin,...

Əlaqələr Hüseyn Dehqan Zakir Həsənovu İran İslam Respublikasına dəvət etdi

Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvəti ilə İran İslam Respublikasına rəsmi səfər edəcək.

14-15 apreldə gerçəkləşəcək səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

İİR və Azərbaycan prezidentlərinin mətbuat çıxışında Həsən Ruhani Azərbaycan Respublikasını qardaş və həmməzhəb ölkə adlandırdı

 İran İslam Respublikasının Prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib: “Azərbaycan Respublikası prezidentinə İran İslam Respublikasına səfər etdiyinə görə minnətdarlığımı bildirirəm. İlham Əliyev ilə ilk görüşüm Davos forumu çərçivəsində olub. Həmin görüşdə biz mühüm qərarlar qəbul etdik. Bu gün həm geniş tərkibdə, həm də təkbətək keçirdiyimiz görüşlərdə hər iki ölkəni maraqlandıran bütün məsələləri nəzərdən keçirdik”.

İran İslam Respublikasının prezidenti deyib ki, bu gün iki ölkə arasında əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur: “Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir. İki ölkə arasındakı səmimi münasibətlər həm xalqlarımızın, həm də regionda sabitliyin və inkişafın xeyrinədir”.

Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani iki ölkənin rəsmiləri arasında keçirilən müzakirələrə də toxunub: “Biz iki ölkə arasında iqtisadi məsələlər,...

Qardaşlıq Əlaqələri İran İslam Respublikasına işgüzar səfər etmiş Azərbaycan prezidenti İmam Xamenei cənabları ilə görüşüb

 İran İslam Respublikasına rəsmi səfər edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 9-da Tehranda Ümümdünya Müsəlmanlıarının Ali Dini Lideri Ayətullah Uzma Seyid Əli Xamenei həzrətlərinin qəbulunda olub.

İmam Xamenei həzrətləri Azərbaycan prezidentinin səfərinin iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulayıb və əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ümümdünya Müsəlmanlıarının Ali Dini Lideri Ayətullah Uzma Seyid Əli Xamenei həzrətləri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib.

Həzrəti Ayətullah Seyid Əli Xamenei Azərbaycan prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, İmam Xamenei həzrətləri ilə, keçirtdiyi görüşündən sonra Bakı vaxtı ilə 21:00-da Tehran İmam Xomeyni adına Beynəlxalq Hava Limanı vasitəsi ilə Bakıya geriyə dönüb.

İlham Əliyevin “vurulan” ortaqları -Araşdırma Ölkəni birgə talasalar da, dövlət başçısı nazirlərini özünə qurban vermək yolunu tutur

 İlham Əliyev üçüncü dəfə prezident kürsüsünü zəbt edəndən sonra, özünə qarşı kimi yığılmış ictimai qəzəbi bir neçə məmuru vəzifədən götürməklə yumşaltmaq istədi. Müdafiə naziri Səfər Əbiyevi Daxili Qoşunların komandanı Zakir Həsənovla, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovla, Təhsil naziri Misir Mərdanovu “Içəri Şəhər” Dövlət Qoruq Idarəsinin rəisi Mikayıl Cabbarovla əvəzlədi.

Bu məmurların köhnə vəzifələrini ona görə xatırladıram ki, kimin kimi əvəzlədiyi aydın olsun. Bu detallara sonra ayrıca yer ayıracağıq. Amma maraqlı məqam odur ki, inkişaf və tərəqqi kimi sırınan son proseslər bizim üçün heç də “qaranlıqdakı qara pişik” haqqında təsvir deyil. Bizə hər şey məlumdur. Çünki biz də bu ölkədə yaşayırıq, amma Ilham Əliyevdən fərqli olaraq, biz o nazirlərin və məmurların müdiri deyilik. Ilham Əliyev isə Azərbaycanı öz gəlir kontoruna çevirib və ona rəhbərlik edir. Işlətdiyi adamları da dəyişməklə insanların gözünə kül üfürür, düşünür ki, yaratdığı yalançı tozanaqla nəyəsə nail ola bilər. Amma bu mümkündürmü? Təbii ki, yox.

Ordu öz qanını axıdır

Səfər Əbiyevin vəzifədən getməsinin səbəbləri sırasında daha çox əsgər ölümlərinin artması və bu fonda hakimiyyətə xalqın qəzəbinin böyüməsi göstərilir. “Əsgər ölümlərinə yox!” etirazları ölkədə ciddi siyasi çaxnaşma yaratdı və nazir öz postunu itirdi. Amma vəziyyət dəyişdimi? Əlbəttə, dəyişdi. Fəqət, yaxşılığa doğru deyil, pisləşməyə tərəf. Indi Silahlı Qüvvələrdə ölüm halları Səfər Əbiyevi hörmətlə anmağa imkan verəcək qədər artıb. Üstəlik,...

Suriya Milli Ordusunun anti-terror əməliyyatında Hələb şəhəri və çölündə onlarla vəhhabi öldürüldü

Suriya Milli Ordusunun Hələb şəhərinin Salahaddin bölgəsinə yaxın olan əl Amriyə məntəqəsində təşkil etdiyi anti-terror əməliyyatda onlarla sələfi öldürülmüş və yaralanmışdır.

Hərbi qaynaqların bildirdiyinə görə, qarşıdurma zamanı, darmadağın edilmiş vəhhabi terrorçularına aid olan silah və sursatlar da məhv edilmişdir.

Leyrmun, Sənaye Şəhəri, Heriytan, Mərkəz Həbsxana yaxınları, Qveyres ətrafı, əl Raşidin 4, Xan Toman, Humeyma, əl Ətarib, Andan, Köhnə Hələb şəhəri, Kəfər Hamra, Dahrat Əbdrabboh, əl Firdovsi, Həddadin, Vadihi və Muarrat əl Artik bölgələrində olan bir çox terror yuvalarının yox edildiyinə toxunan qaynaq, qeyd olunan məntəqələrdə meydana gələn qarşıdurmalarda da onlarla terroristin ölü və yaralı olaraq ələ keçirildiyini əlavə edib.

Qaynaq daha sonra Təlbisa bölgəsi, Əyn Hüseyn, Ristin və Kəfər Laha bölgələrində təşkil edilən əməliyyatlarda da bir çox terror yuvasılarının məhv edildiyini vurğulayıb.

Terrorla Mübarizədə Livan Ordusu yaraqlıların ən azğın komandirlərini yaxaladı

 Livan ordu birlikləri dünən axşam saatlarında Suriya sərhədlərinə yaxın İrsal bölgəsində terrorçuların gizlin qərərgahlarına basqın təşkil edib.

Livan Təhlükəsizlik Orqanlarındakı qaynaqların mətbuata verdiyi açqlamalarda, yaraqlı ünsürlərə qarşı aparılan xüsusi təyinatlı əməliyyatda güclü partlayıcı qurğuların hazırlanmasında ən böyük rolu olan azğın bir terrorçu ilə, Suriyadan İrsal bölgəsinə qaçan 7 yaraqlının həbs olunduqlarını ifadə edib.

Tutulan terroristlərin üzərində çox əhəmiyyət kəsb edən sənədlərin olduğunu və onların hammısının salim sürətdə ələ keçirildiyini bildirən qaynaq deyib: “Yaxaladığımız terrorçular sırasında ən amansızı, güclü partlayıcı qurğuların hazırlanmasında günahlandırılan Məhəmməd əl Qasım adlı təkfirçidir.

Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Seyyid Həsən Nəsrullah: Sionist qüvvələri və təkfirçilər Livanı üçün xətərlidir

 Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah Livanın əl-Səfir qazetlərinə verdiyi müsahibəsində bildirib: “Hizbullah Müqavimət Təşkilatı, çaxnaşmaların mərkəz obyektinə çevrildiyi üçün, Livanda baş verən bütün hadisələrin cilovunu ələ keçirdib. Təşkilatımız iman, bəsirət, mərifət, diqqət və tam yəqinlik ilə, bütün işlərə nəzarət edir.”

Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah Suriyada baş verən yəhudi fitnələrinə işarə edərək bildirib: “Bu, ölüm və dirim məsələsidir. Qarşımızda iki yol var, ya ölüm və ya həyat, ya qələbə ya da ki məğlubiyyət...”

O, xeyli sayda suriyalı məcburi köçkünlərin Livan torpaqlarında yerləşdiklərinə işarə edərək, deyib: “Livanda yerləşən Suriya köçkünləri ilə bağlı məsələ ümumimilli bir məsələdir və bu iş yalnız Hizbullah Təşkilatının, yaxud hansısa bir təşkilata aid deyildir. Bu problem,...

Şeytani qüvvələr Qeyrileqal sionist rejimi Hizbbullah Müqavimət Təşkilatı ilə, müharibəyə hazırlaşır

Suriya fitnəsində ağır itkilərə məruz qalan işğalçı sionist israil rejiminin Hava , Quru və Dəniz qüvvələri, son günlər genişmiqyaslı hərbi təlimlər keçməyə başlayıb.

əl-Mənar Fələstin xəbər agentliyinin Təhlükəsizlik Qüvvələrə istinadla bildirdiyinə görə, təlimlər məhz işğal olunmuş Fələstin torpaqlarının şimal məntəqəsində, Livan sərhədləri yaxınlığında keçirilir.

Təhlükəsizlik Qüvvələrindəki məlumatlı şəxslər bildirirlər ki, işğalçı israil rejiminin hərbi təlimlərə başlaması, onun qabaqcadan elan olunmamış döyüşə hazırlaşması üçündür. Belə ki, bu səmtdə sionist rejimi öncədən Suriya və Livan sərhədləri boyu müxtəlif məntəqələrdə axtarış işləri aparmışdır.

Məlumata görə, Fələstin torpaqlarını işğal etmiş qeyriqanuni israil rejiminin hərbi hazırlıqlarının əsas hissəsini cühüdlərin qanunsuz saldıqları yəhudi şəhirciklərində Hizbullah Müqavimət Təşkilatı ilə döyüş aparılmasıdır.

Hərbi təlimlərin bu hissəsində nəzərə alınıb ki, sionist qüvələr Fələstin torpaqlarında qanunsuz saldıqları yəhudi şəhərciklərinin Hizbullah Müqavimət Təşkilatı tərəfindən azad etdikdən sonra, Hizbullahla müharibəni necə irəli aparsınlar.

İlham Əliyev NATO baş katibinin yeni müavinini qəbul edib

Azərbaycan Respublikasının prezident İlham Əliyev NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.

NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru NATO-nun baş katibi Anders Foq Rasmussenin salamlarını ölkə başçısına çatdırıb.

Görüş zamanı NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd edib.

Sorin Dukaru bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.

İlham Əliyev NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladıb. Azərbaycanın NATO ilə əməkdaşlığının böyük tarixə malik olduğunu vurğulayan İlham Əliyev tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirən İlham Əliyev, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel