Blog Arşivi

9 Eylül 2014 Salı

Xocalı soyqırımı rəsmən tanındı

 


Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib.
AzVision.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə XİN-in şöbə rəisi Hikmət Hacıyev bildirib.
O deyib ki, Sudan parlamenti öz qərarı ilə Xocalı soyqırımını tanıyıb: “Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib”.
H.Hacıyev bildirib ki, Sudan parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub: “Qərar Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və bu sənəd hüquqi qüvvəyə malikdir”.
O qeyd edib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23 km.-də yerləşən bu şəhəri işğal ediblər.
Erməni silahlı birləşmələrinin hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70 qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib.

Qarabağ əlilləri fəryad edir

 

«Bizi insan yerinə qoyan yoxdur; məmurlar bizə qənim kəsilib»
 Bir qrup Qarabağ müharibəsi əlili dövlət başçısı Ilham Əliyevə ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. Müraciəti Loğman Paşayev, Məhərrəm Əliyev, Yaşar Həziyev və daha 27 nəfər imzalayıb. Problemlərinin həllinə nail olmaq üçün bir daha “Azadlıq” vasitəsilə dövlət başçısından yardım istəyən Qarabağ qaziləri müraciətdə yazır:
 “Qarabağ Əlilləri Cəmiyyətinin Suraxanı rayon şöbəsinə təsərrüfat fəaliyyətilə məşğul olmaq üçün Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti fəaliyyətini dayandırandan sonra onun hüquqi varisi kimi, ”Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” Ictimai Birliyi yaradıldı. Bu birlik orada təsərrüfat işi apara bilməyib və Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində 3,839 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınıb. Sonra isə cəmiyyət üzvləri arasında bölünüb. Qərara alınıb ki, orada Qarabağ müharibəsi əlilləri kiçik də olsa, özlərinə ev tiksin.
 Təəssüf ki, Suraxanı icra hakimiyyəti və Bakı Şəhər Icra Hakimiyyəti bu işə imkan vermədi. Tikdiyimiz tikintiləri dəfələrlə Suraxanı rayonunun icra orqanları söküb. Baxmayaraq ki, rayonda kifayət qədər qanunsuz tikintilər var. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda əllərini, ayaqlarını itirən, əlil arabasında ömür keçirən, son dərəcə ağır vəziyyətdə olan insanlara tikinti aparmağa imkan verilmir. Bizi insan yerinə qoyan yoxdur. Bu məmurlar bizə qənim kəsilib. Biz 5 mart 2014-cü ildə Qarabağ Qaziləri və Vətən Müharibəsi ictimai birliklərinin rəhbərlərilə birgə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdük. O, bizim yanımızda Suraxanı icra başçısıyla telefon əlaqəsi yaratdı və ona müvafiq tapşırıq verdi. Lakin o vaxtdan indiyədək yollarda qalmışıq. Bizi düşmən gülləsi sındıra bilmədi, lakin bəzi məmurlar bizi aşağılamaqla mənəvi əziyyət verirlər. Məcburuq ki, özümüzə qəsd edək. Bizim səsimizi eşidin, kömək edin”.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel