Blog Arşivi

16 Şubat 2014 Pazar

Vəhhabiliyin övladları

Ərəbistan universitetlərində dini təbliğatçılar yetişdirməyə xüsusi əhəmiyyət verilir. Bu təbliğatçılar xüsusi kurslar keçdikdən sonra vəhhabi əqidəsini öyrənir və vəhhabiliyi tanıtdırmaq, şiəliklə mübarizə üçün dünyanın müxtəlif nöqtələrinə göndərilirlər.
Islam ölkələrində vəhhabiliyin təbliğ olunması ciddi bir məsələdir. Bu firqə əqidəvi cəhətdən azğınlıqda olmasından əlavə, istismarçıların, Amerika və İngiltərənin şeytani siyasətləri üçün bir vasitədir və müsəlmanlar arasında parçalanmanın əsas amillərindəndir.
İslam dünyasında parçalanma yaratmaq Amerika başda olmaqla,... bütün zalımların istəyidir. Müsəlmanlar arasında ixtilaflar yaratmaq və mövcud ixtilafları şiddətləndirmək İslam düşmənlərinin İslam ölkələrindəki maddi və mənəvi nemətləri daha çox və daha rahat oğurlamalarına səbəb olur.
Vəhhabilərin İmam Xumeyninin (r) rəhbərliyi ilə 1978-ci ildə qələbə çalan İslam İnqilabı və şiəliklə düşmənliyi aşkar bir məsələdir.
İslam İnqilabının qələbəsindən indiyədək vəhhabilərin təbliğat mərkəzləri və elmi müəssisələri tərəfindən şiəliklə düşmənlik və vəhhabiliyin təbliği məqsədi ilə minlərlə kitab çap edilib. Bu kitablar İran (sünnilər yaşayan məntəqələrdə), Pakistan, İraq, Suriya, Livan, Hindistan, İordaniya, Əfqanıstan, Misir, Livya, Əlcəzair, Türkiyə, Orta Asiya, Tacikistan, Avropa və Amerika ölkələrində paylanıb.
Vəhhabilər Ərəbistanın şərqində şiələr yaşayan məntəqələrdə də təbliğat aparırlar. Bu məntəqələrdə bütün idarə müdirləri və siyasət adamları Səud hökuməti tərəfindən təyin olunur. Hətta məktəblərdəki müəllimlər və məscidlərin imamı da vəhhabi olmalıdır.
Şiələrə şiəlik mədəniyyətini təbliğ etməyə və şiə əqidəsinin təliminə icazə verilmir. Əks halda onlarla sərt rəftar olunur.

 

Vəhhabilyin bəzi ölkələrdəki təbliği

 

1. Pakistan

Pakistan islam ölkəsi, xüsusi ilə İranın şərqdən qonşusu olan Pəncab, Sərhəd, Sind və Bəluçistan vilayətləri ənənəvi-islami mədəniyyətə hakimdir. Bu ölkə daim istismarçıların təcavüz etdiyi və tamah saldığı bir ölkə olub.
Pakistanın ən mühüm partiyaları “Xalq”, “İslam Birliyi”, “İstiqlal” və “Cəfəri fiqhinin icrası hərəkatı” partiyalarıdır. Bu ölkə mədəniyyət yoxsulluğu və təəssüblü, şiəliklə müxalif ruhanilərin nüfuzu səbəbindən İslam ölkələri arasında vəhhabilərin əsas təbliğ mərkəzlərindən hesab olunur. Pakistan vəhhabi dəstələri bəzən siyasi partiyalar şəklində dövlətə nüfuz etməklə, bəzən isə məzhəbçi terrorist dəstələr formasında fəaliyyət göstərirlər.
Pakistanda vəhhabi ruhanilərin bir çoxu Ərəbistanda dini təhsil alır və Səud ailəsinin maddi, siyasi dəstəyi ilə ölkədə mühüm postlara sahib olurlar.
Səudiyyə Ərəbistanın Pakistandakı səfirliyi və nümayəndəlikləri daim şiəliklə düşmən, məzhəbçi dəstələrin fəaliyyətlərini himayə edirlər. Pakistanlı cavanları Ərəbistanda dini təhsil almağa cəzb edirlər. Terrorist dəstələr yaradır, onları maddi və siyasi cəhətdən dəstəkləyirlər. Bu dəstələrdən bəzilərinə işarə edək:
“Səhabə Ordusu” dəstəsi. Bu təşkilat Ərəbistanın himayə etdiyi təfriqəçi partiyaların Pakistandakı bariz nümunəsidir. Bu partiya 1984-cü ildə general Ziya Əlhəqqin hakimiyyəti dövründə Pəncab vilayətinin Cəhəng şəhərində Həqnəvaz Cəhəngəvi adlı bir şəxs vasitəsi ilə təsis olundu və tez bir zamanda əhatələndi.
Səhabə Ordusunun fəaliyyət göstərdiyi məntəqələr (Feysəlabad, Cəhəng kimi şəhərlər) əvvəllər şiələrin fəaliyyət göstərdiyi məntəqələrdəndir. Səhabə Ordusunun yaradılmasında məqsəd şiələrlə mübarizədir.
Ziyaulhəqqi möhkəm dəstəkləyən Ərəbistan Səhabə Ordusunu maddi və siyasi dəstəkləyirdi. Səhabə Ordusunun yaradılmasındakı hədəflərdən biri səhabələrin hörmətinin tapdanmaması bəhanəsi ilə şiə təfəkkürü və İran İslam İnqilabı ilə mübarizədir. Onların geniş əhatəli və azğınlıq dolu təbliğatları, adam oğurluğu, silahlı basqın, terror, partlayışlar vasitəsi ilə kütləvi qırğınları və digər vəhşilikləri şiələr arasında böyük nigaranlığa səbəb olub.
Səhabə Ordusu Səvari-əzəm, Hərəkətul-ənsar, Tənzimul-dəvət kimi özünə bağlı dəstələr yaradıb.
Dr. Ehsan İlahi Zəhir
Bu şəxs Səudiyyəli vəhhabilərin maddi dəstəyi ilə Ərəbistanda təhsil aldı. Zühəyr təfriqəçi, vəhhabiliyin əsas təbliğatçılarından və Pakistan və digər ölkələrdə keçirilən əzadarlıq mərasimlərində bir çox şiələrin kütləvi qırğınına səbəb olan əsas fiqurlardandır. Onun vəhhabiliyin nəzər və siyasətlərini təbliğ edən və şiə əqidəsinə qarşı olan bəzi əsərlərinə işarə edək: “Əş-şiə və əhləl-beyt”; “Əş-şiə vəl-təşəyyö”; “Əş-şiə vəl-Quran”; “Əş-şiə vəl-sünnəh”.

Pakistanın Bəluçistan vilayətində mədəniyyət, təlim və xeyriyyə mərkəzlərinin açılması

Ali-Səud rejimi hicri şəmsi 1368-ci ilin şəhrivər ayından (miladi 1989) əfqanlı mühacirlərə təhsil və insani yardım bəhanəsi ilə Bəluçistan vilayətində “Müəssisətul-dəvətul-islamiyyə”, “Darətul-isra”, “Müəssisə məkkətul-mükərrəmətul-xeyriyyə” adlı mərkəzlər təsis etdi. Onlar maddi yardım pərdəsi altında bu vilayətdə yaşayan sünni mühacirlərə vəhhabiliyin şiəliyə qarşı mədəniyyətini və İran əleyhinə siyasətlərini təbliğ edən kitab, söhbət sidiləri, film yaydılar.
Əldə olan məlumatlara görə bu mərkəzlərin ən əsas fəaliyyətləri aşağıdakılardan ibarətdir:
Əfqanlı uşaqlara Quran öyrədənlərə tədris haqqı vermək, kitab, praşura və şəkillər vasitəsi ilə vəhhabi mədəniyyətinin təbliği, əhli-sünnə kitablarının və şiəlik əleyhinə kitabların əfqanlı mühacirlər üçün fars, ordu, pəştu dillərində çap və yayımı, vəhhabi əqidəsini təbliğ edən ruhanilərə maddi yaradım.

Vəhhabiliyin övladları2. Əfqanıstan
Taliban dəstəsi Əfqanıstanın ən böyük qövmlərindən olan Pəştun qövmündəndir. Bu dəstə Səhabə Ordusu və Pakistanın “Cəmiyyətul-üləma” təşkilatı tərəfindən yaradıldı. Onlar Məhəmməd (s) şəriətini bərpa etməyə çalışdıqlarını iddia edirlər və özlərini hənəfi məzhəbinə və sufiliyə aid edirlər. Lakin əməlləri 200 il əvvəlki Pəştun tayfasının adət-ənənələrini dirçəltməyə çalışdıqlarından danışır. Onların inancları və adət-ənənələri vəhhabilərin əməllərinə çox bənzəyir. Ərəbistanın onları siyasi, fikri və iqtisadi cəhətdən tam himayə etməsinə şahidik.
Bu dəstənin adı ilk dəfə 1994-cü il oktyabr ayında mediyada səsləndi. Onlar 200 nəfərlik bir dəstə ilə çox tez bir zamanda Pakistan, Amerika, Səudiyyə Ərəbistanı və birləşmiş Ərəb Əmirliklərinin maddi dəstəyi ilə geniş bir məntəqəni Əfqanıstan İslam dövlətinin nəzarətindən çıxarıb, öz ixtiyarlarına keçirdilər. Talibanın yaranması və inkişafında Səudiyyə Ərəbistanının rolu
Ərəbistan elə əvvəllərdən, xüsusi ilə Əfqanıstanın keçmiş Sovet İttifaqı tərəfindən işğalı zamanı bir neçə səbəbə görə bu ölkə barəsində ciddi düşünürdü:
- Sovet İttifaqı öz işğalına davam etsəydi, Fars Körfəzinin neftindən faydalanmaq üçün addımlar ata bilərdi.
- Kommunist rejimin genişlənməsi dünya və Əfqanıstan müsəlmanlarının əqidələri üçün təhlükəli idi.

- Əfqanıstanın işğalı zamanı İranın şiə cihad dəstələrini himayə etməsi Ərəbistanın “Ummul-qura” rolunu ifa etməsinə mane ola bilərdi.
- Orta asiya ölkələrində İran İslam Respublikasını artmaqda olan nüfuzu ilə rəqabət.
Yuxarıdakı dəlillərə əsasən Ərəbistan müxtəlif formalarda, ciddi şəkildə Əfqanıstanın işlərinə müdaxilə edirdi:
- 1992-1994-cü illərdə 2 milyard dollar məbləğində pəştunlara maddi yaradım etdi.
- İrana müxalif cihad dəstələrini himayə edərək, Rəbbaninin dövlətinə 150 milyon dollar kömək etdi.
- Pakistanla yanaşı Taliban hərəkatını maddi və hərbi dəstəklədi, Talibanın Ukraynadan silah-sursat alması üçün 70 milyon dolların böyük hissəsini ödədi.
Dr. Həmid Əhmədi yazır:

“Ərəbistanın Talibanı himayə etməkdə iki əsas hədəfi var idi: Birincisi bu idi ki, Ərəbistan özünü İslam dünyasının Ummul-qurası hesab edir və müsəlmanlara yardımı öz dini və ilahi vəzifəsi bilir. İkinci hədəfi İranın Əfqanıstan və Mərkəzi Asiyada artmaqda olan nüfuzu ilə rəqabət və özünü İslam dünyasının Ummul-qurası hesab edən İran İslam Respublikasını səhnədən kənarlaşdırmaq idi.”

Ənvər Əlhəqq deyir: “Ərəbistanın Mərkəzi Asiyada heç bir mənafesi olmamasına baxmayaraq, Amerika və Pakistanı strategi müttəfiqləri, İranı isə məntəqədəki rəqibi hesab edir.”
Ərəbistan dövləti 26. 5. 1997 tarixində açıq-aşkarcasına Taliban hökumətini rəsmi olaraq tanıdı və Əfqanıstanın Riyaddakı səfirliyinmi onlara təhvil verdi.

3. Digər ölkələr

Əhali baxımından dünyanın ən böyük ikinci ölkəsi olan Hindistan müxtəlif məzhəblərə, irqlərə malik bir ölkədir. Bu ölkə xüsusi ilə Pakistanın müstəqilliyi və hindu dini və dilinin rəsmiləşməsindən sonra vəhabilərin təbliğ fəaliyyətlərindən amanda qalmayıb.
Bu ölkədə müsəlmanlar yoxsulluğa düçar olduqları üçün vəhhabilərin maddi köməklərlə yanaşı olan təbliğatları nəticəsində vəhhabiliyi qəbul edənlərin sayı artıb.
İran İslam Respublikasının sərhədkənarı şəhərlərində yaşayan sünnilər arasında da Səudiyyəli vəhhabilərin təbliğatı artıb. Əhli-sünnənin məktəblərində İbn Teymiyyə və Məhəmməd ibn Əbdul-vəhhabın kitabları açıq şəkildə tədris olunur. Vəhhabilərin digər kitabları tələbə və ruhanilərə hədiyyə edilir.
Qişm və Kiş adaları da vəhhabiliyi təbliğ edən və İran İslam Respublikasına hakim şiə rejimini pisləməklə məşğul olan radio və televizya kanallarının təsiri altında olduqları üçün vəhhabilik təhlükəsi ilə qarşı-qarşıyadlar.
Keçmiş Sovet rejimində yaşamış müsəlmanlar (70 milyona yaxın) və Orta Asiyanın Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırqızıstan, Özbəkistan, Azərbaycan, Ermənistan və Çeçenistan kimi yeni müstəqil olmuş ölkələri vəhhabilərin öz siyasətlərini təbliğ etdiyi ölkələrdəndir. Hər il Səud padşahlarının hədiyyəsi olaraq milyonlarla nəfis Quranlar bu ölklərin əhalisi arasında havayı paylanılır.
Məscid tikmək, dini mərkəzlər yaratmaq, müsəlmanlar üçün maddi köməklər, kitab, təbliğatçılar, Quran qariləri, camaat namazı qılmaq, moizə etmək və Quran qiraəti üçün bu ölkələrə təbliğatçılar yollamaq vəhhabilərin keçmiş sovet ölkələrindəki müsəlmanlara hazırladıqları proqramlardandır. Onlar xüsusi ilə Sovet İttifaqı dağıldıqdan sonra və uyğun ölkələrdə İslamın təbliği üçün zəmin yarandıqda və Ərəbistana həcc səfəri imkanı gerçəkləşdikdə, uyğun proqramlarının icrasına başladılar.
Albaniyada 3 milyona yaxın hənəfi müsəlman var. Onlar kommunistlərin hökmranlığı dövründəki təzyiqlərə baxmayaraq Sovet İttifaqı dağıldıqdan sonra İslam təbliğatlarını qəbul etməyə hazır idilər. Səud rejiminin nümayəndələri Quran, kitab hədiyyə etmək, məscid tikmək, müsəlmanları Məkkə və Mədinədəki müdqəddəs məkanlara baxış keçirməyə dəvət etməklə yaranmış bufürsətdən istifadə edirlər.
Maldiv adaları, Serilanka, Kenya, Efiopiya, Uqanda, Qana, Nigeriya, Seneqal, Liviya, Avstraliya, Kanada, Amerika, Argentina, Filippin, Sinqapur, İndoneziya, Maleziya, Çin və Yaponya Ali-səud rejiminin müxtəlif yollarla vəhhabiliyi (sələfiliyi) təbliğ etdiyi ölkələrdir.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel