Blog Arşivi

11 Şubat 2014 Salı

Hər il Azərbaycanda 40-60 uşaq intihar edir

Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir.

Bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil... Seyidov uşaq hüquqları ilə bağlı keçirilən dəyirmi masada çıxışı zamanı məlumat verib.

O bildirib ki, ötən il intihar edən ən kiçik uşağın 9 yaşı olub. N.Seyidovun sözlərinə görə, intihara cəhdlə bağlı ölkədə doğru statistika yoxdur və toplanılmır. O vurğulayıb  ki, əgər bununla bağlı daha düzgün statistika aparılsa, vəziyyətin daha acınacaqlı olduğu ortaya çıxar: “Hər il depressiya, həyəcan və digər psixi pozuntulardan minlərlə uşaq və yeniyetmə əziyyət çəkir, o cümlədən minlərlə uşaq cinayət əməlləri, zorakılıq və məişət zorakılığının şahidi olur. Son 2 il ərzində 300-ə yaxın uşaq müxtəlif zorakılıq halları ilə üzləşib. Yalnız Bakı şəhəri üzrə son 2 il ərzində 40-a yaxın uşaq cinsi zorakılıq və istismara məruz qalıb”.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel