Blog Arşivi

24 Temmuz 2014 Perşembe

"hyatt recensi"



şəhidlərin sayı 712-ə yüksəldi, daha 5 sionist hərbçisi öldürüldü, BMT İsrail rejiminin cinayətlərini araşdıracaq



Qəzzada şəhidlərinin sayı 712-ə, yaralıların sayı isə 4550-ə yüksəlib. Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.



İsrail rejiminin ordusu öldürülən əsgərlərinin sayının 33-ə yüksəldiyini rəsmən etiraf edib. Bundan əvvəl isə bu rəqəm 28 olaraq açıqlanmışdı. HƏMAS isə 65 sionist əsgərinin məhv edildiyini bildirir. 


Daha bir sionist əsgəri HƏMAS tərəfindən ötən gecə əsir götürülüb.

BMT isə İsrail rejiminin Qəzzada həyata keçirdiyi əməliyyatları araşdırmaq üçün xüsusi komissiya yaratmaq barədə qərara gəlib. BMT-də qəbul edilmiş bu qərar İsrail rejimi tərəfindən çox ciddi narahatlıqla qarşılanıb.

ABŞ Dövlət Departamentinin sözcüsü Marie Harf isə ötən gecə verdiyi açıqlamasında deyib: "Beynəlxalq arenada yalnız qalsaq belə, yenə də İsraili müdafiə edəcəyik"

Onlarla hərbçisinin öldürüldüyünü, yüzlərlə hərbçisinin yaralandığını, ən azı 2 hərbçisinin əsir götürüldüyünü görən İsrail rejimi HƏMAS-a atəşkəs çağırışı edib. HƏMAS isə cavabında deyib ki, Qəzzaya tətbiq olunan embarqo aradan qaldırılmayana qədər atəşkəs olmayacaq.




Qüds və Ramallahda əliyalın gənclər sionist rejimlə mübarizə aparır



İsrail rejiminin Qəzzaya qarşı işğalçı əməliyyatları 16-cı gününə daxil olub. Artıq Qəzza ilə yanaşı Ramallahda da fələstinli gənclərin işğalçı qüvvələrə etirazları yüksələn xətlə davam edir. Təpədən dırnağa qədər silahlanmış sionist işğalçıları ilə əliyalın gənclərin mübarizəsini aşağıdakı video materiallardan izləyə bilərsiniz.
Bu video görüntülərdə isə gənclər İsrail rejiminin işğalı altındakı Qüdsün şərqində yerləşən Əbu Diş şəhərində işğalçı hərbi hissələrə etiraz edirlər.

Britaniyalı deputatdan Qəzza ilə bağlı cəsarətli addım



Böyük Britaniyanın Demokrat Partiyasının deputatı Devid Vardu bəyan edib ki, Qəzzada yaşasaydı o da İsrail rejiminə raket zərbələri endirərdi. Bu Vardunu rəsmi "Twitter" bloqunda yazıb, - "RİA Novosti".
Vardunun partiyasının deputatları onun bu açıqlamasını sərt şəkildə tənqid ediblər. Eyni partiyadan olan Qrant Şepps bildirib ki, Vardu bu sözlərinə görə, intizam tənbehi alacaq. Qeyd edək ki, Vardu bundan öncəki illərdə də İsrail rejimini tənqid edib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel