Blog Arşivi

10 Ağustos 2014 Pazar

Roma Papası İŞİD-ə qarşı


Xristian azlığın qorunması üçün zəruri bütün addımların atılması tələb olunur.
Roma Papası bütün dünyanı İŞİD-ə qarşı mübarizəyə səsləyib. 
ruhani liderin bu bəyanatı Vatikan tərəfindən yayıb. 
Bəyanatda Şimali İraqda repressiyalara məruz qalan xristian azlığın qorunması üçün zəruri bütün addımların atılması tələb olunur.

Yaralı əsgərlərimizdən birinin gözünü digərinin isə ayağını amputasiya etdilər

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlərdə meydana gələn hücumlar zamanı yaralanan əsgərlərdən 3-ü müalicəsi Türkiyədə müalicə edilir.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsi ilə Ankaraya aparılan əsgərləri, Esenboğa Hava limanı Baş Aviasiya terminalında baş nazir müavini Emrullah İşler, Səhiyyə nazirinin müavini Agah Kafkas, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, TİKA sədri Serdar Şam, Baş qərargah Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi general Ərtoğrul Qazi Özkürkçü, Səhiyyə Nazirliyi Təcili Səhiyyə xidmətləri baş direktoru Osman Arıkan Nacar qarşılayıb. 
Yaralı əsgərlərin vəziyyəti ilə bağlı açıqlama verən Osman Arıkan bunları bildirib:
“Yaralılardan birinin həyatı təhlükəsi davam edir. Digər iki əsgər isə yaxşıdır. Onlardan birinin sağ ayağı dizdən kəsilib, digəri qarın boşluğundan güllə yarası alıb. Vəziyyəti ağır olan xəstənin bir gözü amputasiya olunub.”

Azərbaycan ordusunun daha bir əsgəri şəhid olub

Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Həmçinin, Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.

İsrailin Qəzza zolağına hava

İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil etdiyi hücumlarda 208-i uşaq, 101 qadın və 51-i yaşlı olmaqla 884 insan həlak olub. 1779-u uşaq, 1112-si qadın və 230-u yaşlı olmaqla isə 5 min 840 insan yaralanıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel