Blog Arşivi

4 Ağustos 2014 Pazartesi

Müharibəni kim aparacaq? - Təhlil

"Bizi gözləyən müharibəni aparacaq tək bir güc var, bu da Azərbaycan dövlətidir"

 Millət vəkili Fazil Mustafa "facebook" səhifəsində "Müharibəni kim aparacaq?" adlı yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

"Cəmiyyət içindən müharibə çağırışları daha uca səslə eşidilməyə başlarkən soyuqqanlı şəkildə bizi gözləyən real müharibə tablosü üzərində intensiv düşünməyə başlayırsan. Təbii ki, bu dəfə vətənşivənlərin, bayraqbazların, siyasət qaragüruhçularının söyləntilərinə aldırmadan diqqətlə çözməyə məhkum olduğumuz bir tablodan söhbət gedir. Təsəvvür edin ki, bütün bu kimi sosial şəbəkələrdə və başqa informasiya məkanlarında çağırışlar bitir və müharibəyə başıamaq barədə qərar verilir. İlk sual da buradan başlamalıdır: Müharibəni hansı güc başlayacaq və sonadək aparacaq? Potensial olaraq dünya təcrübəsində olan anoloji variantlar bizdə də keçərlidir. Fikrimizcə, müharibəni dörd güc apara bilər: Birinci dövlət öz hərbi təsisatları ilə, ikincisi dövlətlə xalqın siyasi və praktiki birliyi ilə, üçüncüsü, dövlətə tabe olmayan gerilla-partizan-diversant qruplarla, dördüncüsü isə bizim əvəzimizdən güclü dövlətlərdən biri öz ordusu və ya qeyri rəsmi birləşmələri ilə.

Birinci varianta sonra dönəcəyəm. İkinci variantdan başlayaq: Xalq müharibəni istəyirmi? İstəsə belə uzunmüddətli müharibə apara bilərmi? Erməni xalqının müharibəyə davamlılığı ilə bizimki arasında hansı ciddi fərqlər var? Bəlkə daha başqa sualları da əlavə etmək olar. Təbii ki, müharibə başladığında hər şey xalqın adına istinadla aparılmalıdır,...

Hərbiçilərimiz Pakistana gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq konfransda iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 5-i və 6-da İslamabad şəhərində (Pakistan) AMAN-15 təliminin ilkin planlaşdırma konfransı keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel