Əlaqə
Blog Arşivi
-
2014
(270)
- Eylül(2)
- Ağustos(20)
- Temmuz(25)
- Haziran(7)
- Mayıs(46)
- Nisan(44)
-
Mart(30)
- Mar 12(1)
- Mar 11(3)
- Mar 09(4)
- Mar 08(4)
- Mar 05(2)
- Mar 04(6)
- Mar 03(1)
-
Mar 01(9)
- Növbədənkənar həbs kampaniyası
- Diktatorların əsl üzü
- “Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
- Səddam Hüseyn yadınızdadımı?
- “Xruşşovka”lar da söküləcək
- Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb
- Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barəd...
- İki ayda 12 hərbçi itirmişik
- İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhab...
- Şubat(45)
- Ocak(51)
- 2013 (363)
1 Mart 2014 Cumartesi
“Xruşşovka”lar da söküləcək
Köhnə həyət evlərinin söküntüsü başa çatdıqdan sonra növbədə “Stalinka” və “Xruşşovka”ların olacağı gözlənir
Paytaxt Bakıda gedən söküntü işləri, buna görə ödənilən
kompensasiyalar hələ də aktuallığını qoruyan məsələlər sırasında yer
alır. Xatırladaq ki, hazırda söküntü işləri “Sovetski” adlanan ərazini
əhatə edir. Düzdür, burada evləri söküləcək bütün sakinlərlə tam razılıq
əldə olunmayıb və bu istiqamətdə müvafiq danışıqlar davam etdirilir.
Lakin hökumət tərəfindən təklif edilən kompensasiyalarla razılaşaraq
artıq evləri tərk edənlər də var. Bəzi ərazilərdə,...
hətta söküntü işləri
də aparılıb. Hesab edilir ki, buradakı bütün sakinlərlə razılıq əldə
olunacaq və “Sovetski”nin köhnə, balaca evləri söküləcək və onların
yerində yaşıllıqlar salınacaq.
“Sovetski” ilə yanaşı, artıq məlumdur ki, “Kubinka”, “Xutor” və
“Papanin” adlandırılan ərazilərin də sökülməsi nəzərdə tutulur.
Sökülməsi nəzərdə tutulan həmin ərazilərdə də yaşıllaşdırma işlərinin
görülməsi nəzərdə tutulur. Bütün bunlar həm də paytaxt Bakıda köhnə
evlərin sayının əhəmiyyətli dərəcədə azalacağıın deməyə əsas verir.
Bunun ardınca tamamilə gözlənir ki, paytaxtda artıq “Xruşşovka” kimi
tanınan 4-5 mərtəbəli panel binaların da sökülməsinə start verilsin.
Əslində, belə binaların sökülməsi məsələsi uzun müddətdir ki,
gündəmdədir və bəzi postsovet ölkələrində artıq bu qəbildən olan
binalara rast gəlmək mümkün deyil. Xatırladaq ki, bu məsələni ötən ilin
sonlarında deputat Elmira Axundova da qaldırmışdı. O qeyd etmişdi ki,
Bakıda “Xruşşovka”lar adlanan panel beşmərtəbəli binaların gələcəyi
məsələsi öz həllini tapmalıdır. Millət vəkili deyib ki, bu binalar həm
mənəvi, həm də fiziki baxımdan köhnəlib: “Misal üçün, Moskvada və
ümumilikdə Rusiyada belə yaşayış binalarının sökülməsi ilə bağlı qərar
qəbul edilib. Bu məsələ xeyli vəsait tələb edir, lakin gələcəkdə həll
olunmalıdır”.
Əksər ekspertlər də bildirir ki, “Xruşşovka”ların sökülməsi qaçılmaz
olacaq. Sadəcə, indi əsas diqqət köhnə bir və ikimərtəbəli evlərin
sökülməsinə yönəlib. Bu səbəbdən Bakıda “Stalinka” və “Xruşşovka”ların
sökülməsi məsələsi hələlik gündəmdə deyil. Rəsmi dairələrin bildirdiyinə
görə, “Xruşşovka”lardan əvvəl şəhərin ətrafındakı “naxalstroy”
tikililərin sökülməsi məsələsi gündəmdədir. Bundan başqa ekspertlər
deyir ki, faktiki olaraq hələ ki, bina tikmək üçün Bakı şəhəri və
şəhərətrafı ərazilərdə boş ərazilər kifayət qədərdir. Bu baxımdan
hələlik sahibkarların istismar müddəti başa çatan binalara olan marağı
müşahidə olunmur. Dövlət isə təbii olaraq həmin binaları yalnız xüsusi
yoxlamalar nəticəsində qəzalı vəziyyətdə olduğunu müəyyən etdikdən sonra
bərpa və yaxud bərkitmə işləri aparır. Bu mənada qeyd olunur ki,
qarşıdakı dövr ərzində həmin binaların sökülərək yenilərilə əvəzlənməsi
məsələsi aktual olacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiyada “Xruşşovka”lar sökülərkən xüsusi
dövlət yerləşdirmə proqramı tətbiq edilmişdi. Bu zaman yeni karkas
binalarda adambaşına 18 kvadratmetr mənzil verildi. Elə bu səbəbdən də
əhali mənzil sahəsi az olan “Xruşşovka”ları böyük məmnuniyyətlə tərk
etdi. Digər tərəfdən, Moskvada “Xruşşovka”ları sökərkən əsas kimi
onların komfortsuz, yəni yayda isti, qışda soyuq olması da əsas
gətirildi. Çünki bu binaların paneli sonra tikilmiş binalarına baxanda
nazikdir. Ən əsası isə qeyd olunduğu kimi, bu binalar yaşayış üçün
müasir tələblərə cavab vermir. Bu mənada Bakıda da “Xruşşovka”ların
sökülməsi qaçılmaz sayılır.
Bəzi ekspertlər isə bildirir ki, təkcə “Xruşşovka”lar yox,
ümumiyyətlə, ötən əsrin əvvəllərindən etibarən tikilən alman layihəli
binalardan başlayaraq italyan layihəli, fransız layihəli evlərin
sökülməsi istiqamətində addımlar atılmalıdır. Bu, təkcə fiziki baxımdan
aşınma ilə izah olunmamalıdır. Belə ki, həmin evlərə beynəlxalq
standartlara cavab vermək baxımından yanaşsaq, aydın olur ki, bu tipli
binalar müasir tələblərə cavab vermir. İnsanın normal yaşaması üçün
yetərli şərait mövcud deyildir. Bunun mənzil bazarına təsirinə gəlincə
isə, ekspertlər hələlik nikbin əhval-ruhiyyədən çıxış edirlər. Hesab
olunur ki, burada Rusiya təcrübəsindən istifadə edilsə, “Xruşşovka”ların
sökülməsinin mənzil bazarına heç bir təsiri olmayacaq
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder