Blog Arşivi

16 Şubat 2014 Pazar

Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb

Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb. Öldürülən şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verildiyi məlum olub. Həmin şəxs Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşub. Bakı şəhər sakini,...
31 yaşlı Tərlan Məmmədov koalisiya qüvvələri tərəfindən öldürülüb. İnterpolun saytındakı məlumatda bildirilir ki, Tərlan Məmmədov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Artıq İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar – Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Bakı şəhər sakini, 46 yaşlı Akif Osmanov, Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramov, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayılıb.(apa)

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel