Blog Arşivi

27 Ağustos 2013 Salı

Myanmada müsəlmanlara qarşı zülm davam edir


Myanma hökumətinin qərarı ilə, ölkənin qərbində yerləşən Ruhingiya məntəqəsində yaşayan və ifratçı buddistlərin hücumlarında öz ev-eşiklərini itirmiş yüzlərlə müsəlmanlar başqa yaşayış məntəqələrinə köçməyə məcbur olub.

"Associated Press"-in yaydığı məlumata görə, Myanma dövləti, məntəqələrdə mövcud olan qeyri-münasib şəraitdən uzaqlaşdırmaq üçün müsəlmanları Raxin əyalətinin ən böyük şəhəri olan Sitve şəhərindən kənarda yerləşən bir düşərgədə yaşamağa məcbur etdiyini iddia edir.

Halbuki, Myanmada tanınmış müsəlman fəallardan biri deyib ki, bir çox müsəlman ailə bu icbari köçdən narazı qalıb.

Qeyd edək ki, müsəlmanlar bu ölkənin altmış milyon nəfərlik əhalisinin təqribən dörd faizini təşkil edirlər və uzun illər ərzində bu ölkədə yaşayıblar. Lakin Myanma dövləti hələ də onlara vətəndaşlıq hüququ verməkdən boyun qaçırır və müsəlmanları Banqladeş kimi ölkələrdən qanunsuz olaraq mühacirət etmiş əhali kimi qələmə verir.

Onu da bildirək ki, Myanmanın 1948-ci ildə istiqlaliyyət əldə edikdən sonra Ruhingiya müsəlmanları buddistlər tərəfindən işgəncə, ayrı-seçkilik və bərabərsizliklərlə üzləşiblər.

Roland Kobia seçkilərlə bağlı bəyanat yayıb


Avropa birliyinin Azərbaycandakı səfirti cənab Roland Kobia bəyanat yayıb

Avropa ittifaqının səfirti R.Kobia Azərbaycan höküməti və ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları ofisinin gələcək prezident seçkilərini izləmək və müşahidə etmək barədə əldə etdiyi razılaşmanı sevinclə qarşıladı. Müşahidə missiyasının adekvat ölçüsü professional və balanslı formalaşması, yerlərdə heç bir maneə olmadan işlərini yerinə yetirmək üçün yaradılan şərait Demokratik İnstitutlar və insan haqları ofisinin mandatının uğurla həyata keçirilməsinə gətirib çıxaracaq. Digər yerli və beynləxalq müşahidəçilərlə yanaşı seçkinin beynəlxalq legitimliyini artıracaq.

İnanırıq ki, müşahidə missiyasının son hesabatı Azərbaycan hökümətinin seçki prosesi ilə bağlı qəbul etdiyi beynəlxalq normalarda irəliyə doğru addım olacaq. Biz Demokratik İnstitutlar və İnsan Haqları ofisini tam dəstəkləyirik və onlara öz təşəkkürlüyümüzü bildiririk.

Naxçıvanda internet-klublar bağlanır


Naxçıvanda internet-klubların fəaliyyətinə qadağa qoyulduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna muxtar respublika sakinləri məlumat verib.

AXCP MR şöbəsinin sədri Yaşar Bağırsoy da deyir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən internet-klubların hamısı, bölgələrdəki klubların isə əksəriyyəti artıq işləmirlər:

«10 günə yaxındır ki, belə bir qadağa tətbiq ediblər. Naxçıvan şəhərində bir dənə də olsun açıq internet klub tapmaq mümkün deyil. Rayonlarda da, demək olar ki, eyni vəziyyətdir. Bu, onsuz da informasiya blokadasında olan naxçıvanlıları daha da pis vəziyyətdə qoyur. Naxçıvana müxalif qəzetlər ya buraxılmır, ya da çox məhdud sayda gətirilir. Ümid qalırdı internetə, onu da belə etdilər. Düzdür, evlərə çəkilən internetə toxunmurlar. Bu da çox az saydadır. Camaatın imkanı yoxdur ki, evinə kompyuter alıb qoysun, üstəlik internet tarifləri bahadır. Ona görə də məlumat almaq üçün insanlar internet-klublara üz tuturdu».

Yaşar Bağırsoy internet-klubların bağlanmasının qarşıdan gələn prezident seçkisi ilə əlaqəli olduğunu bildirir:

«Yerli hakimiyyət seçkiöncəsi insanların aktivləşə biləcəyindən qorxur. Son dövrlər naxçıvanlı gənclər sosial şəbəkələrdə aktivləşmişdilər. Onlar baş verən haqsızlıqlara qarşı məlumatlar paylaşır, seçkinin ədalətli keçirilməsini tələb edirlər. Məndə məlumat var ki, həmin gənclərə naməlum şəxslər bilinməyən nömrədən zəng vurub təhdid ediblər ki, bu cür tənqidi statusları dayandırsınlar. Görünür, bu metod effekt vermədiyindən, çıxış yolunu internet -klubları bağlamaqda görüblər».

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə internet klubların bağlanılması ilə bağlı deyilən məlumatların həqiqətəuyğun olmadığını bildirdilər. Nazirlikdən bildirildiyini görə, Naxçıvandakı internet-klublar fəaliyyətlərini əvvəllər olduğu kimi davam etdirirlər.

Pirallahı susuzluq və işsizlik probleminin ağuşunda


Yeni icra başçısı sökür, kompensasiya isə verilmir; buranın mağazalarında “nisyə dəftər”ləri çoxdan dolub...
Xəzər dənizində yerləşən sahilə ən yaxın adaya - Pirallahıya üz tutmağımız səbəbsiz deyil. Bakı buxtasının gözü hesab edilən Pirallahı 21 dekabr 2012-ci ildə Bakının 12-ci rayonuna çevrildi. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil olundu. Bu gün 2 təbii, 1 süni adada 18 min nəfər yaşayır. Pirralahıya rayon statusu veriləndən sonra Qala qəsəbəsindən başlayaraq adaya yeni çoxzolaqlı yolun çəkilişinə başlanıb. Pirallahıya metronun “Koroğlu” stansiyasından marşrut avtobusu ilə getmək olar. “Koroğlu”-Pirallahı arasında 52 kilometrlik yolu “Transgeyt” avtobusları 1 saata qət edir. Gediş haqqı 80 qəpikdir. Sakinlər yarızarafat, yarıciddi deyirlər ki, verdikləri 80 qəpikdən 50 qəpik gediş haqqı üçün, 30 qəpik isə avtobusda yatmaq üçün alınır. 30 dəqiqədən bir yola çıxan avtobuslarda zatən yatmamaq da mümkün deyil.
Pirallahı sakinlərinin köhnə problemlərindən biri də içməli su ilə bağlıdır. Ada sakinləri sovet dövründən bu problemin həll olunacağı günü gözləyirlər. Hüseyn Məmmədqulu oğlu deyir ki, Pirallahıya suyun veriləcəyi haqda sovet dövründən çoxlu vədlər eşidib. Amma suyu bu gün də pulla alırlar: “Bura 50-ci ildə gəlmişəm. O vaxtdan su problemimizin həll olunacağını deyirlər. Suyun vedrəsini 70-80 qəpiyə alırıq. ”Texniçeskiy" suyla qab-qaşıq, paltar yuyuruq, çimirik. İçmək üçün də alırıq. Başqa çarəmiz yoxdur. Burada yaşayanların çoxu neft sənayesində işləyən adamlardır. Kişilər 15 gün dənizdə, 15 gün evdə olur. Qadınlar əllərində vedrə su almaqdan, su daşımaqdan əldən düşürlər". 
Sakinlər deyir ki, rayona “Azərsu” ASC-nin 2 su maşını alaraq bağışlaması haqda eşidiblər. Amma həmin su maşınlarını kimsə görməyib: “Kimsə qəzetdə oxumuşdu ki, ”Azərsu" Pirallahıya 2 su maşını bağışlayıb. Bu maşınlar haradadır, kimin ixtiyarındadır, bilmirik. Təzə icra başçısı camaat üçün işləyir, gecə gündüz küçələrdədir. Yollarımız bərbad gündədir. “Abşeronneft”in ağır tonnajlı maşınlarının təkərləri altında yol dözər? Buradan asfaltlayırlar, oradan dağılıb sökülür. Zirədə 3 böyük su anbarı tikiblər. İcra başçısı camaatın yanında deyib ki, su məsələsini həll edəcək. Görək də..." 
Qəsəbədə hər addımda qapısında “nisyə mal verilmir” sözləri yazılan kiçik mağazalar diqqətimizi çəkir. Onlardan birinin satıcısı deyir ki, adada yaşayanların əksəriyyəti sovet dövründə təyinatla ora göndərilənlər olub: “48-49-cu illərdən başlayaraq adada neft çıxarılması sürətlənib. Həmin vaxtdan da institut bitirən neftçiləri bura göndəriblər. İndi həmin adamların yaşı 70-i haqlayıb. Nəvə-nəticələri var. Neftçiləri təqaüdə göndərirlər, əvəzlərinə onların uşaqlarını işə götürmürlər. Təsəvvür elə ki, həmin neftçilər 200-300 manat pensiya alır, ondan qaz, işıq, su pulu verir. Su da bilirsən də burada qəhətə çıxıb, neftdən alınan benzindən də bahadır. Təqaüddə olan neftçilərin çoxunun uşaqları səhərdən-axşamacan işsiz-gücsüz gəzirlər. Bu adamların bütün ümidi təqaüdçü ata-analarının aldığı pensiyayadır. Şəhərə işə gedib-gələ bilmirlər. Yol uzaqdır, gedişhaqqı da ki baha. Bu səbəbdən də balaca mağazalarda ”nisyə dəftər"ləri çoxdan dolub. Nisyə verirsən özün ac qalırsan, vermirsən camaat narazı qalır. Yazın ki, Rövnəq Abdullayev, niyə görə ömürlərini dənizdə çürüdən neftçilərin uşaqlarını işə götürmürsən? Məgər onların yerinə gəlib işləyənlər bu yerli camaatdan daha səriştəlidir?" 
Pirallahı 12 kilometr uzunluğu, ən enli hissəsi 4 kilometr  olan adadır. Burada neft sənayesinin inkişafına qədər 
əkinçilik və balıqçılıq əsas məşğuliyyət növü olub. Hazırda isə çox az sayda ada sakini balıqçılıq və əkinçiliklə məşğuldur. Adada kiçik mağazalarla yanaşı diqqəti cəlb edən iaşə obyektləri sırasında lombardlar da az deyil. Hər yerdən əli üzülən Pirallahı sakinlərinin üz tutduğu məkanlar da məhz lombardlardır. Camaat danışır ki, işsiz-gücsüz Pirallahı sakinlərinin qiymətli əşyaları bu məkanlarda talan olunur. Varlılar daha da varlanır, kasıblar son qiymətli əşyalarından da olurlar. 
Həmsöhbətlərimdən biri Nizami Qədimov Pirallahıya 47-ci ildə köçüb. Deyir ki, o dövrdə təyinatla bura göndərilib: “Biz institutda oxuyanda belə qayda vardı ki, yaxşı oxuyanlara diplomu 3-cü kursda verirdilər. Mən diplomu 3-cü kursda alıb bura gəldim. O vaxt bura Artyom adası idi. Neft Daşlarında işlədim, günlərimi, illərimi burada qoydum. İndi də pensiyadayam. Məni yaşıma görə işdən çıxaranda dedim ki, heç olmasa 2 oğlumdan birini işə götürün, işləsin, məni də dolandırsın. Dedilər ki, olmaz, işçiyə ehtiyac yoxdur. Necə yoxdur ki, işçilərin 90 faizi yeni işə götürülənlərdir? 3 övladım var. Qızımı köçürmüşəm, oğlanlarım isə işsiz-gücsüzdür. Kimə gedim deyim ki, mənə kömək elə? 247 manat pensiya ilə birtəhər dolanıram. Qaz, işıq, su pulu da ceyran belində”. 
Hazırda Pirallahıda böyük tikinti işləri gedir. Adanı ən yaxın kənd olan Dübəndi ilə birləşdirən yol yenidən qurulur.  Hər iki kənarında sahil-bərkitmə işləri aparılır. Yolun üzərindən uzunluğu yarım kilometr olan körpü salınması üçün əsas işlər demək olar ki, yekunlaşdırılıb.  
Pirallahı rayona çevriləndən sonra burada söküntü işləri başlayıb.
“Bu ilin martında Vasif İmanov adaya icra başçısı təyin olundu. Bundan sonra bir çox yerləri qanunsuz tikinti elan edib sökməyə başladılar. Görürsən də Polis İdarəsinin qabağından başlayıb köhnə qəbiristanlığa kimi evləri, qarajları söküb yerlə-yeksan edir. Qaraj sahiblərinə kompensasiya vermir. Deyir ki, həmin qarajların sənədləri vaxtilə burada yaşayan ermənilərin adınadır. Axı erməni buradan gedəndə həmin qarajı camaata satıb gedib. Qarajları, evləri sökülənlər qorxularından səslərini çıxara bilmirlər. Hərə bir yerdə iş tapıb işləyir, işini itirməkdən qorxub danışmırlar”.
Bakının 12-ci rayonunda gördüklərimizi bu yazıda cəm etdik. Allahdan ümidlərini üzməyən sakinlərin iş və su problemlərinin də tezliklə həll olunacağı ümidi ilə yarıuçuq yollarla adanı tərk edirik.

Milli Şuranın ilk mitinqi





Meydanın ətrafında və girişində polis qüvvələri, eləcə də xüsusi xidmət orqanlarının mülki geyimliləri cəmləşib. Polis zabitləri mülki geyimlilərə hansısa təlimat və göstərişlər verir.
Meydana gedən yolda 2 yerdə polis postu qurulub. Postlardan biri 20-ci Sahə dairəsində, o biri isə meydana aparan yolun girişindədir. Əməkdaşımız xəbər verir ki, mitinqə gələn maşınları artıq 20-ci Sahə dairəsindən irəli buraxmırlar. İnsanlar oradan meydana qədər piyada getməyə məcbur olur. İkinci postda isə mitinqə gələnlər yoxlamadan keçir.

Polislər 18 yaşdan aşağı şəxslərin meydana girməsinə imkan vermir.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür.
 

Bundan başqa, 20-ci Sahə istiqamətində marşrut avtobusların hərəkəti məhdudlaşdırılıb, avtobusların sayı azaldılıb.
Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
3 Ağustos 2013 Cumartesi

Dindarlar Bakıda aksiya keçirdilər


Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib. Nümayişdə AİP-in sədr əvəzi Elçin Manafov da iştirak edib. Aksiyaya 100-ə yaxın dindar qatılıb.
Dindar kəsimin aksiya keçirmək istəyindən əvvəlcədən xəbər tutan hüquq mühafizə orqanları İsrail səfirliyinin yerləşdiyi "Hyatt Regency" otelini nəzartə götürmüşdü. Ərazini xeyli sayda mülki və polis geyimində olan şəxslər mühafizə ediblər. Qüds günü ilə əlaqədar aksiyada iştirak edənlərin əksəriyyəti polis əməkdaşları tərəfindən saxlanılıb (faxtxeber.com).

İçərişəhər “Cümə” məscidi dini icması və DEVAMM “Qarabağ və Qüdsü Unutma!” adlı konfrans keçirdi



Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir. Bu münasibətlə 
İçərişəhər “Cümə” məscidi dini icmasının və DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin) təşkilatçılığı, “Deyerler.org”un informasiya dəstəyi ilə BMM-də (Beynəlxalq Mətbuat Mərkəzində) Beynəlxalq Qüds Gününə həsr edilmiş “Qarabağı və Qüdsü Unutma!” adlı konfrans keçirilib. Konfrans Qurani-Kərimin tilavəti ilə və Azərbaycan Dövlət Himninin ifası ilə açıq elan edilib.

Konfransı giriş sözü açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu qonaqları salamladı. Hacı İlqar Qüds gününün meydana gəlməsindən danışaraq, ötən əsrin əvvəllərində gedən ideoloji mübarizədən söz açdı. Hacı İlqar qeyd etdi ki, əsrin 70-ci illərində isə bütün mövcud ideoloji düşüncələrin tam əksinə olaraq İslami paradiqmaya söykənən yeni bir gündəm – Beynəlxalq Qüds Günü təsis olundu.
“Təəssüflər olsun ki, Qüds gününü toplumda hələ kifayət qədər tanıtmaq mümkün olmayıb. Ona görə də, hər dəfə bu günün müxtəlif çalarlarına toxunmaq zərurəti yaranır. Qüds günü – İslam günüdür. Qüds günü - Allahı insan həyatının mərkəzinə gətirməkdir. 
Bir namaz, bir oruc ki, onda Qüds yanğısı, Qarabağ yanğısı yoxdur, o namazın, orucun nə mənası? 
Qüds bir coğrafi anlamda deyil. Qüds həm Qarabağ, həm Kəşmir, həm İraqdır. Harda ki, müsəlmanlar zülmə məruz qalır, Qüds oradır.
Qüds – İslami kimlikli insanın əhyasıdır. İslam dünyasının ictimai müstəvidə Əhyası – Qüds günüdür. Mübarək Ramazan ayının son cümə günündə müsəlmanlarda bir İslami oyanış baş verir.
Vətənimizdə illərdir ki, bu gün keçirilir. Görünür, indiki mərhələdə maarifçiliyə, Qüds gününü tanıtdırmağa da ehtiyac var. Sevindirici haldır ki, ailələr bu günü yaşamağa başlayıb. Bir zamanlar əyha gecələri də toplumda daha az tanınır və yaşadılırdı. O gün uzaqda deyil ki, insanlar ictimai-siyasi əyhasını da daha geniş anlayacaq və yaşadacaq”.

Hacı İlqarın çıxışından sonra Fələstin dərdlərinə həsr olunmuş “Yadigar” filmindən bir sıra fraqmentlər nümayiş olunub. Qeyd edək ki, filmdə sionistlərin Fələstin xalqına qarşı törətdiyi cinayətlər canlandırılır. Film parçasına baxıldıqdan sonra Hacı İlqar bildirdi ki, bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. “Bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. Yəgin ki, bu oxşar səhnələr Xocalıda da, Zəngəzurda da yaşanıb. İslam toplumu gərək hər zaman ayaq üstə olsun. Oyaq olsun ki, hər zaman bu kimi hadisələrə hazır olsun.
“33 günlük” Livan müharibəsi və “22 günlük” Qəzza müharibəsi göstərdi ki, insanlar oyaq olan zaman İslam düşmənlərini zəlil edə bilər. Dinimiz bunu öyrədir ki, müsəlman oyaq olsun və İslami kimlikli olsun”.

Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Günel Hüseynliyı verildi. Natiq Qüds gününün vəhdət günü olduğunu, mövqeyi müəyyən etmək günü olduğunu bildirdi. “Qüds günü – vəhdət günüdür. Bu gün İslam dünyasının vəhdəti günüdür. Qüds günü artıq yalnız müsəlmanların deyil, bütün dünya vicdanlılarının vəhdəti günüdür.
Eyni zamanda bu gün ayrılma günüdür. İki yerə ayrılma günüdür. Zülmə məruz qalanların və ya insanlara zülm edib, işgıəncə edib, torpaqlarından didərgin salınanların yanında olma günüdür. Bu gün bitərəf qalma günü deyil. Bu gün öz mövqeyini izhar etmək günüdür”.

Günel Hüseynlinin çıxışından sonra Əhli-beyt (ə) aşiqləri qrupunun ifasında hazırlanmış “Qarabağ-Qüds – doğma qərib qardaşlar” video çarxı nümayiş olunmuşdur.
Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Tural Ağamirzəzadəyə verildi. Natiq Beynəlxalq Qüds gününün önəminə vurğu etdi. “Qüds günü təsis ediləndən bu yana yaşanan hadisələr göstərir ki, bu günün önəmi nə qədər çoxdur. Vətənimiz Azərbaycanda Dağlıq Qarabağda yaşananlar bizi Qüds gününə daha da yaxın edir. Qüds günü bütün dünya müsəlmanlarının müsibətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün olduqca önəmlidir”.

Çıxışdan sonra Fələstinli uşaqlara həsr olunmuş video-çarx izlənildi. Tədbir cəmlə duaların edilməsi və “Fərəc” duasının oxunması ilə yekunlaşdı.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel