Blog Arşivi

9 Haziran 2014 Pazartesi

Qarabağ diplomatiyasında fəallaşmanın pərdəarxası

Ekspertlər yüksək çinli rusiyalı məmurların Bakıya səfərlərinin intensivləşməsini şərh edir; “mümkündür ki, Moskva Azərbaycana amerikalı həmsədrin təkliflərindən daha cəlbedici şərtlər təklif eləsin…”
İyun ayının Azərbaycanın köklü maraqları, o sırada Dağlıq Qarabağın həll perspektivi baxımından kifayət qədər gərgin keçəcəyi gözlənilir. Ən azı ona görə ki, bu ayın sonlarında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün rəsmiləşməsi ilə yanaşı, Bakının da ölkənin yeni quruma qoşulması ilə bağlı Moskvanın təklifinə bitkin cavab verməsi gözlənilir.
Hər iki məsələnin birbaşa və ya dolayısıyla Qarabağ probleminə dəxli var. Rusiya diplomatiyasının odioz fiqurlarından olan xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının sədri Dmitri Roqozinin Bakıya səfərləri də məhz bu aya planlaşdırılır. Bəllidir ki, Roqozin həm də silah satışı məsələlərini kurasiya edir.
Bəs, qarşıdakı səfərlərdən real gözləntilər nə ola bilər? Ekspertlər bu yöndə nə düşünürlər? minval.az-a portalına açıqlamasında politoloq Zəfər Quliyev indiki mərhələdə Rusiyanın Azərbaycana təzyiqlərini davam etdirəcəyini deyib: “Ancaq yüksək çinli Kreml emissarlarının budəfəki səfəri açıq təzyiq xarakteri daşımaya da bilər. Adətən Moskva əlindəki ”kökələrdən” istifadə edərək çalışacaq ki,...

Dustaqlar İlham Əliyevi həbsxanaya dəvət etdilər

12 saylı cəzaçəkmə müəssisəsində baş verən tükürpədici işgəncə, korrupsiya və narkomaniya onları buna vadar edib. Penitensiar Xidmət isə məktubda yazılanların doğru olmadığını bəyan edir

12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbuslar dövlət başçısı Ilham Əliyevi həbsxanaya dəvət ediblər. “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansından “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir qrup məhbus Ilham Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət edib.

Məhbusların telefon danışıqlarından hər ay 25 min qazanc…

Müraciəti imzalayan məhbuslar Tofiq Baxşıyev, Bayram Abdullayev,...

Yenə də ağızlarını açdılar

Hilari Klintonun xatirə kitabçasından: Suriya Milli Ordusunun qarşısını yalnız ən müasir silahlarla ala bilərdik
CBS Nyus TV kanalı: Hilari Klinton öz xatirələrini “Çətin Seçim Çeşidləri” adlı ünvanda kitab halına salaraq çap edib

dünya xalqlarının daxili işlərinə daim dəxalət etməkə adət edən Amerika Birləşmiş Ştatlarının sabiq xarici işlər naziri Hilari Klinton öz yaddaş dəftərçəsində belə yazıb: “Mən Suriya qarşıdurmalarının başlandığı ilkin günlərdə müxalif qüvvələri ən müasir silahlar ilə təmin etməyin zəruri olduğunu söylədim, lakin prezident Barak Obama bu fikirm ilə müxalifətçilik edirdi...”

CBS Nyus televiziya kanalı bu haqqda verdiyi xəbərdə bildirib ki, Hilari Klinton öz xatirələrini “Çətin Seçim Çeşidləri” adlı ünvanda kitab halına salaraq çap edib.

CBS xəbər agentliyi ötən gün Qeyd olunan kitabın bir nüsxəsi üzərində Kitabın fəsilləri haqqda proqram hazırlayaraq efirdə yayımlamışdır. H. Klintonun kitabı sabah Amerikanın bütün ştatlarında satışa çıxrılacağı bildirilir.

Kitabın nəşriyyatçısı isə CBS xəbər agentliyinin nümayəndələrindən biri olan Saymon Şusterdir. O, bildirib ki, iyun ayının 11-də bu kitab Vayar nəşriyyatı tərəfindən “Qərar qəbul etmək vaxtı” ünvanı ilə Fransız dilində nəşr olunacaq.

H. Klinton öz yazdığı xatirələrində Suriya böhranı haqqda belə deyir: “Suriya durumu olduqca mürəkkəb bir məsələdir. Elə bu səbəbdən də bu böhranın həlli üçün münasib bir variant tapmaq çətindir. Suriya üçün hər hansı bir həll yolunu nəzərdə tutmaq, böhranın dahada pisləşməsinə gətirib çıxardır...”

Amerika Birləşmiş Ştatlarının sabiq xarici işlər naziri yazdığı xatirələrində təkid edir ki, “Mən Suriyada döyüşlərin başlandığı ilk günlərdə Bəşşar Əsədə qarşı döyüşən silahlıların daha yaxşı və ən müasir silahlar ilə silahlanmalarının tərəfdarı olmuşam...”

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel