Blog Arşivi

1 Mart 2014 Cumartesi

Növbədənkənar həbs kampaniyası

Hakimiyyətin cəbhəçi təlaşı hansı səbəblərdəndir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası üçün üzvlərinin həbs olunması adi haldır. Ancaq Cəbhə sıralarında yeni addımlayan kimsə belə hadisədə qəribəlik axtara bilər. Cəbhəçi öz yoldaşlarının günahsız, təqsirsiz tutulmasına təəccüb etsə, onlara verilən absurd ittihamlara qəribə nəzərlə baxsa, bu, yumşaq desək, siyasi riyakarlıq, yaxud son dərəcə siyasi bilgisizlik, naşılıq olar. Axı hamıdan birinci AXCP rəsmi və qeyri-rəsmi formada bu ölkədə ağalıq edənlərin adını qoyub!
Deyib, yazıb, qərara belə salıb ki, Əliyev rejimi cinayətkar və korrupsionerdi. Təsbit edib ki, bu rejim öz vətəndaşlarına əsir, girov kimi baxır.
Bəyan edib ki, Azərbaycan işğal altındadı – 20 faizi ermənilərin, 80 faizi əliyevlərin.
Əliyevlərin səltənətdə olduqları elə bir il bilmirəm ki, cəbhəçi həbsdə olmasın. Siyasi həyatın ən durğun zamanlarında belə AXCP ən çox siyasi məhbusu olan təşkilat olub. Bunu da qanunauyğunluq sayıram. H.Toro necə yazmışdı: “Tiranların hökumranlıq etdiyi yerdə vicdanlı adamların ən rahat yeri həbsxanalardır”.
Bütün bunları yazmaqla yanaşı, onu da mütləq vurğulamalıyıq ki,...

Diktatorların əsl üzü

Tarix boyu, xüsusilə müasir dövrümüzdə diktatorların amansızlığı pərdə arxasında qalıb. Bu insanları adətən verdikləri amansız göstərişlərə görə diktator adlandırıblar. Əslində belələri pərdə arxasında şəxsən ən böyük amansızlıqlara imza atıblar.
İran şahı Rzaxan baş nazir olandan sonra tabeçiliyində olanlara divan tutub. Rzaxanın diktatorluğu elə bir həddə çatıb ki, bunu pərdələmək qeyri-mümkün olub. Rzaxan xalq arasında şəxsən adam döyməsi ilə tanınıb. O hətta yaşlı şeyxi döyməkdən çəkinməyib.
Rzaxan adından göründüyü kimi xan idi. Əgər bir xan ölkə başçısı postunu tutsa vay o millətin halına. Xan həmişə ətrafındakıları rəiyyət kimi görür. O hesab edir ki,...

“Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir

Evləri sökülənlər və kompensasiyadan narazı qalanlar Abid Şərifovdan cavab gözləyirlər
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, hökumətə verilən vaxt bitir. Amma buna baxmayaraq, “Sovetski”də kompensasiyadan narazı qalan sakinlərlə bağlı rəsmi hər hansı bir qərar verilməyib.
Bakının qədim məhəlləsində yaşayanlar bildirdilər ki, hökumət yenə də “Papanin” və “Basin”də söküntü zamanı tətbiq etdiyi qayda ilə məsələni həll etməyi düşünür. Həmin qayda isə kompensasiya tələb edən “Sovetski” camaatına fərdi yanaşmaqdır. Yəni evi bir qədər böyük olan sakinlər ola bilər ki,...

Səddam Hüseyn yadınızdadımı?


Ukraynada inqilabdan sonra etirazçılara divan tutan “Berkut”çuların diz çökdürülməsi mənzərəsi inzibati zülm altında inləyən azərbaycanlıların ürəyinə məlhəm kimi yaxılmaqdadır.
Biz bütün tiran-dikatorlar və onların qul-qaravaşları kimi Ukraynadakı “Berkut”ların da qorxaq dovşanlar olduğuna şahidlik etdik.
Səddam Hüseyn yadınızdadımı? Keçirdiyi paradlarda kütlənin gözü önündə havaya silahdan güllə atar, özünü qəhrəman kimi göstərərdi. Fəqət, gizləndiyi kanalizasiyada onu çox alçaldığı vəziyyətdə həbs edəndə o “millət qəhrəman”ın miskinliyi göz çıxarırdı. Səddamın qüruru olmadı ki, ABŞ əsgərlərinə müqavimət göstərmək bir yana, heç olmasa, əlindəki silahla özünə qıysın.
Belə nümunələr çoxdu.
Kimsə çox düzgün olaraq, tiranları şir belinə minən qorxaqlara oxşatmışdı. Şirdən (hakimiyyətdən) düşəndə onlar canlarını qoymağa yer axtarırlar.
Indi gəlirik “Berkut”dan alınan ibrətlərə.
Sizin gümanınız var ki, bu hadisə Azərbaycanda uzun illərdir qız, qadın, uşaq,...

“Xruşşovka”lar da söküləcək

Köhnə həyət evlərinin söküntüsü başa çatdıqdan sonra növbədə “Stalinka” və “Xruşşovka”ların olacağı gözlənir
Paytaxt Bakıda gedən söküntü işləri, buna görə ödənilən kompensasiyalar hələ də aktuallığını qoruyan məsələlər sırasında yer alır. Xatırladaq ki, hazırda söküntü işləri “Sovetski” adlanan ərazini əhatə edir. Düzdür, burada evləri söküləcək bütün sakinlərlə tam razılıq əldə olunmayıb və bu istiqamətdə müvafiq danışıqlar davam etdirilir.
Lakin hökumət tərəfindən təklif edilən kompensasiyalarla razılaşaraq artıq evləri tərk edənlər də var. Bəzi ərazilərdə,...

Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb

01 yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) oaln nisbəti 8.2 faiz təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Qeyd edək ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub...

Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barədə danışdı


“Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib....

İki ayda 12 hərbçi itirmişik


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 12 nəfər təşkil edib....

İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhabilər tərəfindən dağıdıldı



Nəsiminin
Suriyanın Hələb şəhərindəki qəbri dağıdılıb. Bu barədə Suriya Türkmən
Cəbhəsi məlumat yayıb. Məlumata görə, Nəsiminin qəbri olan qəbrstanlıq
Hələbin əl-Ferafiyə adlanan məhəlləsində yerləşir. Hazırda həmin ərazi
 terrorçu “Əl-Qaidə”yə yaxın “Əl-Nüsrə” Cəbhəsinin nəzarətinə keçib.
“Vəhabilər qəbrstanlığı viran ediblər, Nəsiminin qəbri də daxil olmaqla
minlərlə qəbir dağıdılıb”.



23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel