Əlaqə
26 Şubat 2014 Çarşamba
Qeyri-ənənəvi təriqətlərə qoşulan məmur və məmur övladları
“Məmur övladlarının qeyri-ənənəvi dini
təriqətlərə qoşulması ilə bağlı o qədər də çox söz eşitməmişəm. Lakin
hərdən bir məlumatlar da olur. Belə ki, Hacıbala Abutalıbovun və digər
məmur övladlarının qeyri-ənənəvi təriqətlərə qoşulması ilə bağlı
məlumatlar mövcuddur.”
Bu sözləri politoloq Arif
Yunus məmur övladlarının qeyri-ənənəvi dini təriqətlərə qoşulması ilə
bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib.
Müsahibin sözlərinə görə, sözügedən
proses məmur övladları arasında o qədər də geniş miqyas almayıb: ”Real
proseslə, mətbuatda yayılan məlumatlar arasında kifayət qədər fərq var.
Düşünmürəm ki, bu sahədə elə də ciddi problemlər mövcuddur. Hansısa
məmur övladının sələfi və ya digər cərəyanların ideologiyasını qəbul
etməsi ölkədə islamın durumu ilə bağlı elə də ciddi faktor rolunu
oynamır. “
Hakimiyyətdə təmsil edilən nurçularla
bağlı da açıqlama verən ekspert bildirdi ki, bununla əlaqədar millət
vəkili Fazil Mustafa və digər şəxslərin adlarını hallandırırlar:
“Hakimiyyət daxilində nurçu təriqətinə
aid şəxslərin olması istisna edilmir. Lakin fakt lazım gəldikdə isə, bir
qədər çətin olur.”
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder