Blog Arşivi

20 Ocak 2014 Pazartesi

İslamçılar Şəhidlərimizi ziyarət ediblər


Bu gün Azərbaycan İslam Partiyasının bir qrup üzvü 20 Yanvar şəhidlərini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. 
 
Əvvəlcə şəhidlərin məzarını ziyarət edib gül dəstələri qoyan islamçılar əbədi məşəlin önündə hadisəni pisləyənə bəyanat səsləndiriblər. AİP-in sədr əvəzi Elçin Manafov bildirib ki, islamçılar hər zaman vətəni, milləti uğrunda canlarını şəhidlər kimi fəda ediblər və bundan sonra da hər zaman Vətən yolunda, torpaqların azadlığı uğrunda vuruşmağa hazırdırlar. 
 

Yanvarın 20-sində helikopterdən yayılan vərəqlərdə nə yazılmışdı?

1990-cı il 20 Yanvar hadisələrindən sonra hərbi komendantlıq tərəfindən helikopterdən bildiriş vərəqələri atılırdı.
 
  Azərbaycan xalqının mübarizə əzmini hər yolla qırmaq istəyən rus ordusu və hərbi komendantlıq müxtəlif təbliğat fəaliyyəti də aparırdı. Komendantlıq müxtəlif bildiriş vərəqələri çap etdirərək Bakı səmalarından vertolyotlarla aşağı buraxır, televiziyanın işləmədiyi, qəzet və jurnalların çap edilmədiyi bir zamanda xalqı öz maraqlarına görə yönləndirməyə çalışırdı.
 
Həmin çağırış vərəqələrindən 2 bildirişi oxuculara təqdim edirik. Rus dilində yazılan həmin vərəqələrdən birində Sovet hakimiyyətinin şəhərdə nəzarəti tam ələ aldıqdan sonra fövqəladə vəziyyətin ləğv olunacağı və ictimai asayişin bərpa olunacağı deyilir. Həmin vərəqədə Bakı sakinlərinə səslənilərək, 24 yanvar saat 09:00-a kimi əllərində olan silahlarını aidiyyatı orqanlara təhvil vermələri istənilir və həmin şəxslərin heç bir məsuliyyətə cəlb olunmayacağı vəd edilir.
 
Digər vərəqədə isə xalqa sakitləşmə çağırısı edilərək, hökumət qüvvələrinə bu barədə köməklik göstərmələri xahiş olunur. Vərəqədə Azərbaycanın müəyyən bölgələrindən əhalinin çeşidli miqdarda silah və sursatı hökumətə təhvil verdikləri iddia olunur. Xanlar rayonu (Göygöl) sakinlərinin 27 yanvar 1990 tarixinə qədər 1 zirehli maşın, 1 hərbi piyada nəqliyyat maşını, 242 avtomat və 1 əl pulemyotunu təhvil vermələri nümunə göstərilir. Lənkəran sakinlərinin də 300-dən artıq odlu silah və 170 000 mərmini təhvil verdiklərinin yazıldığı vərəqə bu cümlə ilə bitir: “Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver”

Milli Şura Şəhidlər xiyabanını ziyarət edib - ziyarət zamanı qarşıdurma yaşanıb


Bu saatlarda Demokratik Qüvvələrin Milli Şurası Şəhidlər xiyabanını ziyarət edib.Milli Şuraya daxil olan partiya və hərəkatların liderləri, ziyalılar, partiya üzvləri Şəhidlər xiyabanını ziyarət edib.
Əməkdaşımızın verdiyi xəbərə görə, ziyarət əsnasında polislər qarşıdurma da yaşanıb. Belə ki, polis Milli Şura üzvlərindən bayraqları yığışdırlamaları istəyib.Eyni zamanda polis Milli Şura üzvlərinə buraya əklil gətirməyə icazə olmadığını da bildirib. Bu zaman yaranmış qarşıdurma zamanı Milli Şuranın Şəhidlərin xatirəsinə hazırladığı əklil dağılıb.

Sonradan maneə aradan qalxıb və Milli Şura üzvləri Şəhidlər xiyabanını ziyarət edib.

Qanlı Yanvar"ın 24 il otub

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından 24 il ötür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yeri olan Şəhidlər Xiyabanı yerləşir. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

20 Yanvar – xalqın qan yaddaşı


20 Yanvar 1990. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin

Bakıda mənzil almaq üçün bütün maaşı yığmaq şərti ilə 60 il vaxt lazımdı

Azərbaycanda, əsasən də paytaxtda mənzillərin qiyməti bir çox insanlar üçün əlçatmazdır. Buna səbəb isə qiymətlərin bahalığı və insanların həyat səviyyəsinin hələ də aşağı olmasıdır. Bakıda ildə bir neçə dəfə mənzillərin qiymətində bahalaşma müşahidə olunur. Son aylar da bu mənada istisna olmayıb. Rəsmilər qiymətlərin bahalaşması əhalinin gəlirlərinin artması ilə izah etsə də, bu iddialar tamamilə əsassızdır.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel