Blog Arşivi

7 Ocak 2013 Pazartesi

23 Aprel Xalq Hərəkatının Əsasnaməsi


23 Aprel Xalq Hərəkatı Azərbaycan xalqının ideya və məqsədlərinə nail olması uğrunda öz haqqını tələb edən bir təşkilatdır. Bu hərəkat ölkədəki mövcud güc, imkan və məhdudiyyətləri çərçivəsində öz işini proqramlaşdırır və fəaliyyət göstərir.
23 Aprel Hərəkatı azəri, müstəqil, ədalətsevər, azadlıqsevər, əxlaqi, insan haqlarını müdafiə edən, demokratik, zorakılığa qarşı, Qarabağın azadlığına çalışan, həqiqət ardıcılı, mötədil və hökumətə qarşı olan bir təşkilatdır.
Hərəkatın məqsədi aşağıdakılardan ibarətdir:
• Azərbaycan Respublikasının milli maraqları bu hərəkatın ən üstünlük verdiyi önəmdir.
• 23 Aprel Hərəkatı beynəlxalq təşkilatlar və vətəndaş hüquqları mərkəzlərinin bütün imkanlarından istifadə etsə də, Azərbaycanın müstəqilliyini öz fəaliyyətinin önündə bilir.
• 23 Aprel Hərəkatı ədaləti insanın sosial ideyalarının şüarı hesab edir və din, cinsiyyət, siyasi görüş, güc, nüfuz, şəxsi həyatının necəliyindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında hüquqlarının bərabər olmasını qəbul edir.
• Bu hərəkat özünün bütün fəaliyyətlərində əxlaqi meyarlara əməl etməyi zəruri sayır və öz məqsədlərinə nail olmağı yalnız əxlaqi çərçivədə icazəli bilir (məqsəd vasitəyə haqq qazandırmır).
• 23 Aprel Hərəkatı azadlıq müdafiəçisi olaraq, hər növ despotizm, əsasən də varislik despotizmi ilə müxalifdir. Bu hərəkat hazırkı zamanda varislik yolu ilə ötürülən hökumətçiliyi despotizmin ən bariz nümunəsi bilir.
• Bu hərəkat beynəlxalq insan hüquqları bəyanatlarına və konvensiyalarına sadiqdir.
• 23 Aprel Hərəkatı ölkənin idarə olunması üçün "demokratiya"nı ən az zərərili bir idarə üsulu kimi dəyərləndirir. "Demokratiya"dan məqsəd, hakimiyyətə gəlməkdə, ölkənin idarəsində və hakimiyyətdən getməkdə xalq seçiminə önəm verməkdir. Hökumətin qanuniliyi hakim partiyanın baxışlarından asılı olmayaraq, bütünlüklə insani işlərdir, mənşə və davamlılığında vətəndaşların razılıq və dəstəyinə tabedir. Qanunun etibarlılığı və ictimai siyasət mütləq halda vətəndaşların iradə və razılığına bağlıdır. Belə bir razılıq və dəstəyi qazanmadığı surətdə etibardan düşür. Demokratiyanın laziməsi azlıqların hüququna insan haqları əsasında riayət etmək, mətbuat azadlığı, siyasi məhbusların azadlığı, dövləti idarəetmə qüvvələrinin bir-birindən ayrılmasıdır.
• Bu hərəkat zorakılığın bütün səviyyələri ilə müxalifdir.
• 23 Aprel Hərəkatının yolu mötədillik, reallığı görmək, ifrat və təfritdən uzaq olmaq, digər ictimai-siyasi qruplarla əməkdaşlıq, hökuməti tənqid etməkdir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel