Blog Arşivi

17 Kasım 2013 Pazar

Rəhimə xanım ziyarətgahının zəvvarları (Nardaran Piri)

Dekabr ayının 5-i axşam saatlarından başlayaraq Əhli Beyt (ə) vətəni  olan Azərbaycan başdan başa matəmə qərq oldu. İmam Hüseyn (ə) və onun əhli əyalının Kərbəlada başına gətirilən müsibətin 1372-ci ilində ölkə boyu müxtəlif matəm mərasimləri təşkil olunmağa başladı. “Deyerler.org” olaraq ölkədə və dünyada keçirilən matəm mərasimlərindən görüntüləri sizlərə təqdim etməyə çalışıq. Matəm mərasimlərinin keçirildiyi məkanlardan biri də Bakıda yerləşən Rəhimə xanım ziyarətgahı (Nardaran Piri) olub. Hər il olduğu kimi minlərlə insan bu müqəddəs məkana İmam Kazımın (ə) qızı Rəhimə xanıma baş sağlığı vermək üçün üz tutmuşdular. Aşura axşamından başlayaraq şəhərin müxtəlif yerlərindən insanlar həm piyada, həm də avtomobillərlə ziyarətgaha yürüş həyata keçiriblər.

"Cümə" icmasının Aşura karvanının Mir Mövsüm ağa ziyarətgahında əzadarlığı

"Cümə" icmasının Aşura karvanının Mir Mövsüm ağa ziyarətgahında əzadarlığı

Nardaranda on minlərlə insan Aşura mərasimini qeyd edib

 
Ölkəmizin hər bir yerində olduğu kimi, paytaxt Bakı və Bakıətrafı kəndlərdə də Aşura günü böyük izdihamla keçirilib. “Rəhim xanım” ziyarətgahının yerləşdiyi Nardaranda isə Aşura günü həmişə olduğu kimi xüsusi təmtəraqla keçirilib. “Deyerler.org”un müxbirinin Nardarandan verdiyi məlumata görə, yağış yağmasına baxmayaraq on minlərlə insan günorta namazına qədər əzadarlıq tədbirində iştirak edib.

Dövlət Komitəsi: “Aşura ilə bağlı heç kim saxlanılmır”

“Mərasimlərimizi şəhidlərimizin ruhuna layiq şəkildə keçirməliyik”
Bu gün müxtəlif KİV-lərdə Gəncədə Aşura mərasimləri ilə bağlı qadağaların olması, dindarların həbs edilməsi barədə məlumatlar yayılmışdı. Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirdilər ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Gəncədə Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilir. Bununla bağlı Dövlət Komitəsinin əlaqədar qurumlarla birgə həyata keçirdiyi tədbirlərə uyğun olaraq beynəxalq səviyyədə təqdir olunmuş Aşura günündə talessimiyalı xəstələrə qanvermə təcrübəsi geniş şəkildə tətbiq olunur.

Bu il ölkədə mobil telefon rabitəsindən əldə olunan gəlir 740 milyon manatı ötüb

Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.

 Komitədən verilən məlumata görə, rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8.5 faiz çox rabitə xidməti göstərilib.
 
 Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13.5 faiz artaraq 744.5 milyon manata çatıb və ümumi gəlirlərin 59.3 faizini təşkil edib.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel