Blog Arşivi

18 Şubat 2014 Salı

Təkfirçilik nədir?

Təkfir sözü dini termin kimi birisini kafir və ya müşrik saymağa, elan etməyə deyilir. Adətən bir dinin ardıcılları, ruhani və alimləri əvvəlcə onlarla eyni dində olub, sonradan həmin dindən çıxanları təkfir edir və mürtəd adlandırırlar. Bu qaydanı ənənə seçən, dini baxışlarında ona geniş yer verən şəxs, qrup və firqələrə isə təkfirçi deyilir.
Təkfir prinsipi əksər dinlərdə mövcuddur və ya mövcud olub. Muhəmməd peyğəmbər (s) və onun ilk tərəfdarları islam dinini təbliğ edəndə Qüreyş əyanları Məkkə əhalisi kimi bütpərəst...

Azərbaycanda nikaha girən 86 min nəfərdən 11,6 faizi boşanır

Milli Məclisin yaz sessiyası üçün parlamentin Sosial siyasət komitəsi 2 layihə hazırlayır. Bunu SalamNews-a komitənin sədri Hadı Rəcəbli bildirib.

O deyib ki, bunların biri "Uşaqların istirahəti haqqında", ikincisi "Repraduktiv sağlamlıq haqqında" qanun layihələridir: "Hər iki qanun, əslində, orta səviyyədə işlənmiş qanundur. Bunlarda sadəcə xırda nüanslar var ki, onlar diqqəti cəlb edir. Bu, əsasən maliyyə tutumu ilə bağlıdır. Bütövlükdə hər iki layihəyə cəmiyyətdə ehtiyac var. Biz bu layihələrdə bütün təbəqələrin fikirlərini öyrənmək istəyirik. Uşaqların istirahəti təmin olunmalıdır. İlk olaraq asudə vaxtla bağlı işlər görülməldir.

Onun sözlərinə görə, Azərbaycanda boşanmalar 11,6 faiz təşkil edir. Nikaha girən təqribən 86 min nəfərdən 11,6 %-i boşanır. Əsas səbəb uşağın olmamasıdır. Buna səbəb repraduktiv səviyyənin aşağı olmasıdır.

"Bakıelektrikşəbəkə" borclu abonentlərin işığını kəsəcək


"Bakıelektrikşəbəkə" ASC elektrik enerjisinin istifadəsində borcu yaranmış abonentlərin işığını kəsəcək.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, "Bakıelektrikşəbəkə" ona ünvanlanmış borclu abonentlərin çoxsaylı müraciətləri əsasında....

Dünən ölkə boyu 68 cinayət faktı qeydə alınıb


Fevralın 17-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 68 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
 
Respublikanın avtomobil yollarında qeydə alınmış 5 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.
 
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
 
Cinayət törətdiyinə görə 24 nəfər tutulub.

Baş Prokurorluqdan Xədicə İsmayılla bağlı rəsmi açıqlama

Baş Prokurorluqdan verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

"Sovetski"də ilk söküntülərə başlanıldı

Bakının "Sovetski" adlanan ərazilərində etirazlara baxmayaraq söküntülərə başlanılıb. N.Nərimanov heykəlinin yaxınlığında artıq kompensasiya almış bir qrup əhali evlərini tərk edib. həmin ərazinin yaxınlığında yaşayan sakinlər hal-hazırda söküntünün getdiyi ərazidən köçürülən sakinlərə 1500 manat kompensasiyanın verildiyini bildirirlər.

Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası isə fevralın 16-da keçirilib.

"Sovetski" adlanan ərazidə yaşayan əhali 100 minlik aksiyaya hazırlaşır

Bakının "Sovetski" adlanan ərazilərində geniş miqyaslı söküntü işlərinin başlanmasına vaxt azaldıqca əhali arasında gərginlik daha da artmaqdadır. Artıq fevralın 16-da keçirilmiş birinci kütləvi etiraz aksiyasından sonra yaradılmış Təşkilat Komitəsi təşkilatlanma işlərini sürətləndirib.
Artıq məhlə-məhlə komitənin nümayəndəlikləri formalaşır. Hədəf isə, 16 fevral aksiyasında səsləndirilmiş tələblərin yerinə yetirilməyəcəyi təqdirdə 100 minlik etiraz aksiyasının keçirilməsinə nail olmaqdır.
"Sovetski" adlanan ərazidə yaşayan ağsaqqallar isə bildirirlər ki, onların heç bir siyasi tələbləri yoxdur. Məqsədləri yalnız ədalətli kompensasiyanın verilməsinə nail olmaqdır.

Azərbaycan Ordusunun əsgəri əsgər yoldaşını güllələdi

"N"saylı hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində baş verib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel