Blog Arşivi

15 Nisan 2013 Pazartesi

Yenə hərbçi ölümü; bu dəfə HDQ-də

Azərbaycan Ordusu daha hərbçisini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 24-də saat 21.25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib.

Matros Hümbətov aldığı güllə yarasından həlak olub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qəbələdə fəhlələr üsyana qalxdılar

“Hər yerə şikayət etmişik, deyirlər, lap prezident fərman versə belə, xeyri yoxdur...” (VİDEO)

Sakinlər «Azəri Trans» şirkətinin qarşısında beş tələb qoydular və bir həftə vaxt verdilər

Qəbələdə fəaliyyət göstərən “Azəri Trans” tikinti şirkətində işləyən, əksəriyyəti yerli sakinlərdən ibarət fəhlələr ötən gün səhər saatlarında etiraza qalxdılar. Etirazçılar arasında “Gilan Holdinq”in fəhlələri də olub. Məlumatlara görə, dünənki aksiya izdihamlı olmalı, aksiyaya 1500-dən çox fəhlə-işçi çıxmalı idi. Sadəcə, bu etirazdan xəbər tutan yerli məmurlar onların çoxunu hədə-qorxuyla aksiyadan çəkindirə bilib...

“1 aylıq maaşlarımızı verdilər, bir gün sonra 25 nəfəri işdən çıxartdılar”

200 nəfərə yaxın fəhlə, 3 aydır ki, gördükləri işin pulun ala bilmədikləri üçün şikayət edirdilər. Etirazçıların başlıca tələbləri əmək müqavilələrinin bağlanması, məvaciblərin vaxtında verilməsi, 8 saatdan artıq işlədilməmələri, istirahət günlərinin təyin olunması və işə götürmə zamanı iş bölgüsü üçün rüşvətin alınmaması idi.
Fəhlələrin sözlərinə görə, Qəbələdə məmur özbaşınalıqları başqa rayonlara nisbətən daha çoxdur: “Prezident Administrasiyasına və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə dəfələrlə şikayət etsək də, haqlı tələblərimizə baxan olmayıb. Şirkətin rəhbərliyi bizə dedi ki, ”Hara yazırsınız yazın, bizim işimizə heç kim qarışa bilməz".
Bundan əlavə icra başçısı Səbuhi Abdullayev və onun rəhbərliyi altında olan başqa məmurlar yaranmış problemlərin həllinə kömək etmək əvəzinə yalan vədlər verməklə camaata zülm edirlər".

Bu il martın 11-də “Gilan Holdinq”in fəhlələri işlədikləri hər gün üçün 12 manat əvəzinə 15 manat verilməsi və əmək müqaviləsinin bağlanması tələbi irəli sürüb və nazirliyin qaynar xəttinə zəng edərək bu barədə məlumat veriblər. Onlara isə bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda Qəbələdədir və şikayətinizi ona desəniz, daha yaxşı olar. Bu cavabdan sonra fəhlələr nazirin olduğu yerə yaxınlaşanda “Gilan Holdinq”in rəhbər işçiləri onları dilə tutaraq elə həmin yerdə də onların 1 aylıq maaşlarını ödəyiblər. Bir gün sonra isə aksiya təşkil etmiş 25 işçi əsassız olaraq işdən qovulub.

“Haqqımızı tələb edəndə ”işdən çıxaracağıq" deyib hədələyirlər"

Iş üzrə briqadir olduğunu bildirən Tehran Musayev deyir ki, sözügedən şirkət yeni tikilən aeroportdan rayona qədər bütün işlərə rəhbərlik edir, ancaq işlətdikləri bütün texnika yerli sakinlərə məxsusdur. Beton qarşıdıran maşınların isə hamısı icarəyə götürülüb. Hərçənd, icarə üçün çəkilən xərcə şirkət daha çox texnika ala bilər.
Onun sözlərinə görə, fəhlələrin hüquqları pozulur, əmək müqaviləsi bağlanmır, bunu tələb edənlər isə işdən çıxarılır: “Əmək müqaviləsi tələb etdiyimizə görə şəxsən mənim briqadamda olan 46 nəfər, mən daxil olmaqla, işdən çıxarıldıq. Yerli orqanlara, prezidentə, Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı teleqram və məktublar ünvanlamışıq, ancaq heç bir faydası yoxdur. Şirkət rəhbərliyi deyir ki, hara, kimə istəyirsiniz, şikayət edin, lap prezident fərman versə belə xeyri yoxdur, biz özəl şirkətik. Rayon icra başçısı nəinki bizi qəbul etmir heç saya saymır”.
“Azəri Trans”da işləyənlər deyirlər ki, onları 12 saat işlədirlər: “Maaşlarımız gecikdirilir, haqqımızı tələb edəndə ”işdən çıxaracağıq" deyib hədələyirlər".
Fəhlələr deyirlər ki, şirkət rəhbərliyi bu yolla yeyinti imkanları saxlayır. Şirkət Cəbrayıl adlı bir nəfərə məxsusdur, ancaq işçilər onu tanımır. “Burada gözümüzün qabağında rəhbər kimi gəlib işləyənlər 3 aya villa alır, bahalı maşınlara yiyələnir, ancaq bizlərin pulunu 3 aydan çoxdur vermirlər. Əvvəl bir başqa sahə rəisimiz vardı, az vaxtda varlanıb aradan çıxdı, indi yenisi gəlib - Mətləb Rzayev, bu ondan da betərdir”, - deyə fəhlələr şikayətlənirlər.
Rayon sakinləri rayonu məmur-oliqarxların zəbt etməsindən də söz açıblar. Bildirdilər ki, turizm bölgəsi elan olunan Qəbələni “qıraqdan gələn” imkanlıların bahalı villaları, istirahət mərkəzləri bürüyüb. Hətta rayon ərazisindəki çaylar da hasara alınıb. Əhalini yay aylarında çaylara, bulaqlara belə yaxın qoymurlar. Hektarlarla torpaqlar zəbt olunub. Yerli əhaliyə nəinki torpaq, heç yaşamaq imkanı vermirlər.
“Buranı az qala, ayrıca bir respublikaya çeviriblər. Ölkəni idarə edən məmur, nazir, deputatların hər birinin burada dəyəri milyonlarla ölçülən imarətləri var”, - deyə fəhlələr narazılıq edirlər.
5 tələb və bir həftə vaxt...

Olay yerində olan hüquq müdafiəçisi Taleh Xasməmmədov deyir ki, 2013-cü ilin Azərbaycanının tək bir rayonunda yüzlərlə işçinin əmək müqaviləsi olmadan hüquqlarının kobud surətdə pozulması və onların gün ərzində 12 saatdan çox işə cəlb olunmaları aşkar şəkildə özbaşınalıq və qeyri-insani idarəetmənin nəticəsidir.
Hüquq müdafiəçisi etiraz edən aksiya iştirakçılarının bütün tələblərinin haqlı olduğunu və onların əsaslı şikayətlərinə isə qanunla müəyyən olunmuş qaydada və müddətdə cavab verilmədiyini, hər hansısa müvafiq tədbirlərin görülmədiyini Azərbaycan vətəndaşlarına qarşı olan qayğısızlığın nəticəsi kimi qiymətləndirib.
Təxminən saat yarım davam edən aksiyada etirazçıların qarşısına şirkət rəhbərliyindən heç kim çıxmadı.
Icra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Təbriz Abdulxalıqov onların bu tələblərinin bayram günləri bitdikdən sonra, bir həftə ərzində yerinə yetiriləcəyini vəd edib.
Fəhlələr 5 bəndlik tələblərini yazılı surətdə icra hakimiyyətinin işçisinə təqdim etdilər. Bildirdilər ki, bir həftə ərzində yerinə yetirilməsə, yenidən aksiya keçirəcəklər.
“Bizim 5 tələbimiz var. Onlar yerinə yetirilməsə, bundan daha böyük aksiya keçirəcəyik. Indi bir qrupu qorxudaraq, bir qrupunu şirnikləndirici vəd verərək haqqını tələb etməyə qoymayıblar. Əgər problemlərimiz bir həftəyə həll olunmasa yenidən etirazımızı bildirəcəyik”, - fəhlələr ultimatum verib dağılışdılar...

"Sərhədsiz reportyorlar" Eynulla Fətullayevi "vurdu"

"Rejimin keçmiş tənqidçisinin indi onun təsir altında olmasından dəhşətə gəlmişik”

"Ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq” böyük məhkəmə cərimələri ilə iflas həddinə çatıb"

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Eynulla Fətullayevin Avropada demokratik dəyərlərin azalması haqqında “Decline of the Europe” məruzəsini və guya bu təşkilatın məruzəni dəstəkləməsi haqqında iddialarını tənqid edib.
Bəyanatda deyilir: “Sərhədsiz reportyorlar” Azərbaycanda prezident seçkiləri ərəfəsində öz tənqidçilərini boğan hakim rejimin amansız tədbirlərindən sarsılıb və ölkədə anti-Avropa əhval-ruhiyyəsi yaratmaq və müxalifəti zəiflətməklə bağlı şübhəli cəhdlərdən uzaq durur. Buna guya “Sərhədsiz reportyorlar” hüquq müdafiə təşkilatı tərəfindən dəstəklənmiş “Decline of the Europe” “araşdırması” da nümunə ola bilər”.
“Biz, məruzədə iddia edilməsinə baxmayaraq, heç bir şəkildə bu araşdırmaya cəlb olunmamışıq və Almaniyada və Azərbaycanda insan hüquqlarının pozulması hallarının müqayisəsini qeyri-adekvat hesab edirik”, deyə Berlində “Sərhədsiz reportyorlar”ın Almaniya şöbəsinin icraçı direktoru Kristian Mihr bildirib.
"Sözügedən “araşdırmanın” müəllifi Eynulla Fətullayev – beynəlxalq aləmdə rejimin tənqidçisi kimi tanınan jurnalistdir. İki müxalifət qəzetinin redaktoru olaraq o, 2011-ci ilin may ayında prezident İlham Əliyev onu əfv edənə qədər dörd il həbsdə keçirib. Azad edildikdən sonra Fətullayev siyasi məhbuslar mövzusu da daxil olmaqla, hesabatlar dərc edir. Lakin bu hesabatlar açıq-aşkar hökumətyönlü xarakter daşıyır", deyə bəyanatda bildirilir.
Fətullayev öz “araşdırmasını” 2013-cü ilin yanvar ayında Brüsseldə təqdim edib. Bu zaman “Sərhədsiz reportyorlar”dan, Amnesty İnternational-dan sitat gətirib ki, bu təşkilatlar bütün bunlardan uzaqdırlar.

Bir neçə gün sonra Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbusları azad etməyə çağıran qətnaməni qəbul etməyib, amma ölkədə insan hüquqları sahəsində vəziyyət haqqında qətnamə qəbul edilib.

Almaniyalı məruzəçi Kristof Ştrasser bunu Azərbaycan tərəfin kütləvi lobbiçiliyi ilə izah edir. Avropa sabitlik təşəbbüsü artıq 2012-ci ilin mayında dərc edilmiş “Kürü diplomatiyası” məruzəsində bu lobbiçilik növünü təsvir edib.

“Biz rejimin keçmiş tənqidçilərinin indi onun təsir altında olmasından dəhşətə gəlmişik”, deyə Kristian Mihr qeyd edib.

Prezident seçkilərinə 7 ay qalmış tənqidi əhval-ruhiyyəli jurnalistlər və KİV Azərbaycanda böyük təzyiqə məruz qalır. Martın 12-də Bakıda məhkəmə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

“Tolışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədov və digər jurnalistlər barəsində cinayət işləri davam edir.

Ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq” diffamasiya haqqında işlər üzrə böyük məhkəmə cərimələri ilə əlaqədar iflas həddinə çatıb. Belə ki, fevralda Bakıda məhkəmə 62 000 avro ölçüsündə cəriməni qüvvədə saxlayıb.

Ən azından yanvarın 26-da 9 jurnalist, o cümlədən Xədicə İsmayılova və bloger Emin Milli Bakıda icazəsiz mitinqdə iştiraka görə saxlanılıb.

Hakimiyyət icazəsiz aksiyalarda iştiraka görə cəzanı sərtləşdirib. Martın 11-də prezident İlham Əliyev qanuna birləşmək azadlığını məhdudlaşdıran və vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini çətinləşdirən dəyişiklikləri təsdiq edib.

“Sərhədsiz reportyorlar” Azərbaycan prezidentini dünyada ən pis “mətbuat azadlığı yırtıcılarından” biri hesab edir. Bu ölkə Mətbuat Azadlığı İndeksinə görə 179 dünya ölkəsi arasında 156-cı yeri tutur.

Mixail Saakaşvili: “Abxaziyadan keçən dəmir yolunun açılması Azərbaycan və Gürcüstanın maraqlarına böyük zərbə olacaq”

Bakı. Şamil Əlibəyli – APA. “Abxaziyadan keçən dəmir yolunun açılması Azərbaycan və Gürcüstanın maraqlarına böyük zərbə olacaq”.

APA-nın məlumatına görə, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, 2008-ci ildə bu yol vasitəsi ilə Gürcüstana tanklar yeridilib, üstəlik bu yol açılsa, Azərbaycan da mühasirəyə düşmüş olacaq.

Bununla belə, M. Saakaşvili bildirib ki, Gürcüstan bu dəmir yolun açılmasını dəstəkləyən Ermənistanla da yaxşı əlaqələr saxlamaq istəyir.

O əlavə edib ki, Ermənistan prezidenti Serj Sarkisyanın aprelin 9-da baş tutacaq andiçmə mərasimində iştirak edəcək.

Azay Quliyev Avronest Parlament Assambleyasının məruzəsinə etiraz edib

“Bizim Ermənistanla sərhədimiz yoxdur, bizim sadəcə təmas xəttimiz var”

Bakı – APA. Brüsseldə səfərdə olan Milli Məclisin deputatı Azay Quliyev Avronest Parlament Assambleyasının sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin “Şərqi Avropa ölkələrində yoxsulluq və sosial təcridlə mübarizəyə dair” məruzə layihəsinin müzakirəsində iştirak edib və məruzəyə öz irad və təkliflərini bildirib.

APA-nın məlumatına görə, millət vəkili məruzədə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada əhalinin 30%-inin milli yoxsulluq xəttindən aşağı həddə yaşaması barədə verilən məlumata etirazını bildirib.

Azərbaycanda yoxsulluğun səviyyəsinin 6 faiz olduğunu bildirən A.Quliyev məruzə hazırlanarkən yoxsulluq səviyyəsi barədə dəqiq informasiyanın götürülməsini və hər tərəfdaş ölkədə əhalinin neçə faizinin yoxsulluq xəttindən aşağıda yaşadığını məruzəyə əlavə edilməsini təklif edib.

A. Quliyev məruzədə göstərilən “Şərq Tərəfdaşlığı” ölkələrində qlobal maliyyə və iqtisadi böhranla yanaşı, bu ölkələrdə mövcud olan dondurulmuş və ya həll edilməmiş münaqişələrin yoxsulluğun və sosial təcridin ən başlıca səbəblərindən, məcburi köçkünlərin isə yoxsulluq və sosial təcriddən daha çox əziyyət çəkən qrup olduğunu və bunun məruzəyə əlavə edilməsinin vacibliyini vurğulayıb. Millət vəkilinin bildirib ki, bu münaqişələr nəticəsində milyonlarla qaçqın və məcburi köçkün var və onlar öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Məruzədə sərhədlərin açılması barədə təklifə millət vəkilinin münasibəti isə belə olub: “Bəzi tərəfdaş ölkələr arasında sərhədlərin nə üçün bağlı olması sualına cavab tapmalıyıq. Bunun səbəbi nədir? Mən ümid edirəm ki, bizim hörmətli həmməruzəçilər bu sualın cavabını hər kəsdən daha yaxşı bilirlər. Buna səbəb odur ki, bir ölkə digər ölkənin önəmli ərazilərini işğal edib və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, hələ də hərbi qüvvələrini işğal edilmiş torpaqlardan geri çəkmək istəmir. Bunun nəticəsində milyonlarla insanın əsas hüquqları 20 ildir ki, pozulur. İndi siz nə təklif edirsiniz? Azərbaycanla Ermənistanın sərhədlərinin açılmasını? Necə?

Bizim Ermənistanla sərhədimiz yoxdur, bizim sadəcə təmas xəttimiz var. Əgər siz həqiqətən də sərhədlərin açılmasını istəyirsinizsə, onda ilk öncə təmas xətlərini aradan qaldırmaq lazımdır. Bəs Ermənistan buna hazırdırmı? Mən buna əmin deyiləm. İndiki halda, bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları və BMT-nin təhlükəsizlik şurası və Avropa İttifaqı tərəfindən qəbul edilmiş qətnamələr əsasında həll olunmadan sərhədlərin açılması mümkünsüzdür”.

Sonda millət vəkili Avropa İttifaqını münaqişələr nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının bərpası üçün xüsusi proqram və layihələr həyata keçirilməsinə səylərini artırmağa, habelə, “Şərq Tərəfdaşlığı” ölkələrində kütləvi şəkildə və vəhşicəsinə hüquqları pozulmuş insanların sosial problemlərinin həll etmək, onların öz evlərinə geri dönmək və təhlükəsiz yaşamaq hüquqlarının təmin etmək, bununla da onları vətəndaş cəmiyyəti quruculuğunda iştiraka həvəsləndirməyə çağıran” yeni paraqrafların məruzəyə əlavə edilməsini təklif edib.

23 Aprel hərəkatı

23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel