Blog Arşivi

3 Ağustos 2013 Cumartesi

Dindarlar Bakıda aksiya keçirdilər


Azərbaycan İslam Partiyası Beynəlxalq Qüds Günü ilə əlaqədar İsrail səfirliyi qarşısında aksiya keçirib. Nümayişdə AİP-in sədr əvəzi Elçin Manafov da iştirak edib. Aksiyaya 100-ə yaxın dindar qatılıb.
Dindar kəsimin aksiya keçirmək istəyindən əvvəlcədən xəbər tutan hüquq mühafizə orqanları İsrail səfirliyinin yerləşdiyi "Hyatt Regency" otelini nəzartə götürmüşdü. Ərazini xeyli sayda mülki və polis geyimində olan şəxslər mühafizə ediblər. Qüds günü ilə əlaqədar aksiyada iştirak edənlərin əksəriyyəti polis əməkdaşları tərəfindən saxlanılıb (faxtxeber.com).

İçərişəhər “Cümə” məscidi dini icması və DEVAMM “Qarabağ və Qüdsü Unutma!” adlı konfrans keçirdi



Mübarək Ramazan ayının son cümə günü dünyada “Beynəlxalq Qüds Günü” kimi geniş qeyd edilməkdədir. Bu münasibətlə 
İçərişəhər “Cümə” məscidi dini icmasının və DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin) təşkilatçılığı, “Deyerler.org”un informasiya dəstəyi ilə BMM-də (Beynəlxalq Mətbuat Mərkəzində) Beynəlxalq Qüds Gününə həsr edilmiş “Qarabağı və Qüdsü Unutma!” adlı konfrans keçirilib. Konfrans Qurani-Kərimin tilavəti ilə və Azərbaycan Dövlət Himninin ifası ilə açıq elan edilib.

Konfransı giriş sözü açan İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu qonaqları salamladı. Hacı İlqar Qüds gününün meydana gəlməsindən danışaraq, ötən əsrin əvvəllərində gedən ideoloji mübarizədən söz açdı. Hacı İlqar qeyd etdi ki, əsrin 70-ci illərində isə bütün mövcud ideoloji düşüncələrin tam əksinə olaraq İslami paradiqmaya söykənən yeni bir gündəm – Beynəlxalq Qüds Günü təsis olundu.
“Təəssüflər olsun ki, Qüds gününü toplumda hələ kifayət qədər tanıtmaq mümkün olmayıb. Ona görə də, hər dəfə bu günün müxtəlif çalarlarına toxunmaq zərurəti yaranır. Qüds günü – İslam günüdür. Qüds günü - Allahı insan həyatının mərkəzinə gətirməkdir. 
Bir namaz, bir oruc ki, onda Qüds yanğısı, Qarabağ yanğısı yoxdur, o namazın, orucun nə mənası? 
Qüds bir coğrafi anlamda deyil. Qüds həm Qarabağ, həm Kəşmir, həm İraqdır. Harda ki, müsəlmanlar zülmə məruz qalır, Qüds oradır.
Qüds – İslami kimlikli insanın əhyasıdır. İslam dünyasının ictimai müstəvidə Əhyası – Qüds günüdür. Mübarək Ramazan ayının son cümə günündə müsəlmanlarda bir İslami oyanış baş verir.
Vətənimizdə illərdir ki, bu gün keçirilir. Görünür, indiki mərhələdə maarifçiliyə, Qüds gününü tanıtdırmağa da ehtiyac var. Sevindirici haldır ki, ailələr bu günü yaşamağa başlayıb. Bir zamanlar əyha gecələri də toplumda daha az tanınır və yaşadılırdı. O gün uzaqda deyil ki, insanlar ictimai-siyasi əyhasını da daha geniş anlayacaq və yaşadacaq”.

Hacı İlqarın çıxışından sonra Fələstin dərdlərinə həsr olunmuş “Yadigar” filmindən bir sıra fraqmentlər nümayiş olunub. Qeyd edək ki, filmdə sionistlərin Fələstin xalqına qarşı törətdiyi cinayətlər canlandırılır. Film parçasına baxıldıqdan sonra Hacı İlqar bildirdi ki, bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. “Bu səhnələr yalnız Fələstin üçün xarakterik deyil. Yəgin ki, bu oxşar səhnələr Xocalıda da, Zəngəzurda da yaşanıb. İslam toplumu gərək hər zaman ayaq üstə olsun. Oyaq olsun ki, hər zaman bu kimi hadisələrə hazır olsun.
“33 günlük” Livan müharibəsi və “22 günlük” Qəzza müharibəsi göstərdi ki, insanlar oyaq olan zaman İslam düşmənlərini zəlil edə bilər. Dinimiz bunu öyrədir ki, müsəlman oyaq olsun və İslami kimlikli olsun”.

Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Günel Hüseynliyı verildi. Natiq Qüds gününün vəhdət günü olduğunu, mövqeyi müəyyən etmək günü olduğunu bildirdi. “Qüds günü – vəhdət günüdür. Bu gün İslam dünyasının vəhdəti günüdür. Qüds günü artıq yalnız müsəlmanların deyil, bütün dünya vicdanlılarının vəhdəti günüdür.
Eyni zamanda bu gün ayrılma günüdür. İki yerə ayrılma günüdür. Zülmə məruz qalanların və ya insanlara zülm edib, işgıəncə edib, torpaqlarından didərgin salınanların yanında olma günüdür. Bu gün bitərəf qalma günü deyil. Bu gün öz mövqeyini izhar etmək günüdür”.

Günel Hüseynlinin çıxışından sonra Əhli-beyt (ə) aşiqləri qrupunun ifasında hazırlanmış “Qarabağ-Qüds – doğma qərib qardaşlar” video çarxı nümayiş olunmuşdur.
Daha sonra çıxış üçün söz araşdırmaçı-yazar Tural Ağamirzəzadəyə verildi. Natiq Beynəlxalq Qüds gününün önəminə vurğu etdi. “Qüds günü təsis ediləndən bu yana yaşanan hadisələr göstərir ki, bu günün önəmi nə qədər çoxdur. Vətənimiz Azərbaycanda Dağlıq Qarabağda yaşananlar bizi Qüds gününə daha da yaxın edir. Qüds günü bütün dünya müsəlmanlarının müsibətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün olduqca önəmlidir”.

Çıxışdan sonra Fələstinli uşaqlara həsr olunmuş video-çarx izlənildi. Tədbir cəmlə duaların edilməsi və “Fərəc” duasının oxunması ilə yekunlaşdı.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel