Blog Arşivi

20 Ekim 2013 Pazar

Azərbaycan tarixi keçid yolunda olduğu görünür.


13 Ekim 2013 Pazar

Polis aksiya iştirakçılarına hücum etdi, jurnalistlər də döyüldü


Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin nəticələrinə etiraz olaraq çağırdığı mitinqdən sonra təxribat baş verib. Bu barədə musavat.com-a əməkdaşlarımız məlumat veriblər. Onların deməsinə görə, insanlar meydanı tərk edən zaman şüar səsləndirən bir qrupa mülkigeyimlilər hücum edib.
Bunu əsas götürən polislər dərhal hərəkətə keçiblər. “İnsanları, o cümlədən də jurnalistləri vururlar. Həbslər başladı. Mitinqdən gedən etirazçıları zorla polis maşınlarına basıb, aparırlar”. Əməkdaşlarımız polisin “işini” göstərən fotolar yollaya biliblər.

Qeyd edək ki, hələ mitinqdən əvvəl BŞBPİ-nin rəis müavini Səhləb Bağırov təxribat gözlənildiyi barədə açıqlama vermişdi.
Musavat.com əməkdaşı bildirir ki, jurnalistlərdən biri xəsarət alıb. Emin Mehin adlanan jurnalist musavat.com-a deyib ki, ona polis dəyənəyi dəyib. Xəsarət alanlar arasında “Musavat.com”-un əməkdaşı Araz Bayramov da var. O, burun nahiyəsindən zədə alıb. Onu vuran polis fotosu verilən mayordur.
Həbs olunanlar da var. Türkel Azərtürk adlı gənc fəal (AXCP GT) və daha 5 nəfər saxlanaraq, polis bölməsinə aparılıb.
P.S. Son məlumata görə, mitinqdən sonra saxlanılan 5 nəfər polis bölməsinə aparıldıqdan dərhal sonra sərbəst buraxılıblar.
10 Ekim 2013 Perşembe

“Demokratik seçkilər keçirilsəydi belə İlham Əliyev qalib gələcəkdi”



Sərdar Cəlaloğlu: “Baş verə biləcək saxtakarlıqları Qərbin və ABŞ-ın seçkidən öncəki Azərbaycanla bağlı mövqeyini nəzərə alanda məlum olurdu ki, bu seçkilərdə İlham Əliyev mütləq qalib gələcək”

“Bu dəfəki seçkilər əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi. Əvvəlki illərdə olduğu kimi yenə də kütləvi saxtalaşdırma halları seçki keçirildi. İlham Əliyevin seçkidə qalib gələcəyi şəksiz idi. Lakin seçkinin nəticələri konnektiuraya məruz qaldı. Belə ki, səs faizləri şişirdilməklə yanaşı namizədlərin yerlərinin seçilməsi iqtidarın maraqlarına uyğun həyata keçirildi.” Bu sözləri FaktXeber.com-a prezidentliyə namizədliyini irəli sürmüş ADP sədri Sərdar Cəlaloğlu dünən keçirilən seçkilərin nəticələrinin şəffaflığına dair açıqlama verərkən qeyd edib.”

Milli Şuranın mitinqinə razılıq verildi



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
BŞİH-nın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun verdiyi məlumata görə, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb. Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək


Putinin təbriki də ləngimədi

 
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Təbrik məktubunda V.Putin İlham Əliyev’ yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi təbriklərini çatdirib: “Seçkilərdə inamlı qələbəniz sizin yüksək siyasi nüfuzunuza, sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin xalq tərəfindən fəal dəstəklənməsini göstərir” 

"Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik"



Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik. Azərbaycan hökümətinin cox sayda beynəlxalq və yerli müşahidəcilərin seckiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir. Trend-in məlumatına görə, prezident seçkilərinin nəticələrinə dair keçirilən birifinqdə Avropa Parlamenti və AŞ PA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Alaççi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik."
 

İqbal Ağazadə: "Tərəfdarlarımı bələdiyyə seçkilərinə, parlament seçkisinə hazırlaşmağa çağırıram"

Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə 9 oktyabr seçkisinin nəticələrinə münasibət bildirib: “Ortada Mərkəzi Seçki Komissiyasının rəsmi nəticəsi var. MSK-nın elan etdiyi nəticəyə nə mən, nə beynəlxalq təşkilatlar, nə də Avropa Məhkəməsi qarışa bilər. Yalnız BMT-yə müraciət oluna bilər.

Bizim üçün dünən dünəndir. Seçki bitib və biz artıq yeni seçkiyə - növbəti il olacaq bələdiyyə seçkilərinə hazırlaşırıq. Yolumuza davam edirik. Bütün siyasi partiyaları da barış və dialoqa, bundan sonrakı seçkilərə hazırlığa dəvət edirik. Tərəfdarlarımı 9 oktyabr seçkinin nəticələri ilə bağlı mübarizəyə yox, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə, 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmağa çağırıram”.

Bizim kimi millətə...



Allah məni bağışla! Şəhidlərin ruhundan, Elmardan, Mübarizdən - inciyən incisin – həbsdə çürüdülən Nemətdən üzr istəyirəm. Allah məni bağışla!
Bu milləti nə günə qoydular, Allah! Nə yaxşı ki, peyğəmbər silsisiləsinə son qoymusan, daha o sıradan gələn, sözü yerdə qalan, zindana salınan olmayacaq.
Azərbaycanda seçkilər yekunlaşır. Nəticəsi əvvəldən məlum olan seçkilər. Baxtabaxt yox, saxta seçkilər. Suda batan saman çöpündən yapışar. Cəmil Həsənli saman çöpü idi Əliyevlər kanalının qabağında. Yalnız xalq sel olub bu kanalı daşdıra, diktatoru aşıra bilərdi. Olmadı. Bu millət yaranıb bir-birinin başını kəssin, qanını içsin, namusuna toxunsun. Nə erməni, nə rus, nə ingilis qabağında cürəti, hünəri var. Öz millətimizin ki, ölüsünü-dirisini söyüb, sinəsi üstə oturduq, əcnəbini görən kimi ayaqlarımız əsir. Maraqlıdır ki, özünü yeməkdən qorxmayan bu xalq niyə Əliyevlərdən qorxur? Əliyevlər azərbaycanlı deyil məgər?

"Əliyevlər sülaləsinin məqsədi əbədi hökmranlıqdır"

Fransa mediası Qərbi Azərbaycanda baş verənlərə göz yummaqda ittiham etdi
HaqqYolu - Fransanın “Le Point” jurnalı Azərbaycandakı seçkidən yazarkən Qərbin neft-qaz və strateji maraqlara görə Əliyev klanına loyal münasibətindən bəhs edir. “Azərbaycan: Avropa niyə gözünü bağlayıb?” başlıqlı məqaləni təqdim edirik:
Avropa niyə gözünü bağlayıb?
Avropa Ittifaqı Azərbaycandan aldığı qaza görə Əliyevin ardıcıl üçüncü dəfə prezidentliyini pisləməkdən imtina edir.
Hətta demokratiyadan uzaq vacib iqtisadi tərəfdaşla da münasibətləri istəmir. Yaxın on ildə Avropaya qaz satacaq Azərbaycanda çərşənbə günü Ilham Əliyev ardıcıl üçüncü müddətə prezident olur. O, bu vəzifəni on il əvvəl atası, keçmiş KQB generalı, Kommunist partiyasının Siyasi Bürosunun üzvü Heydər Əliyevdən miras alıb.
9 Ekim 2013 Çarşamba

Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan olunacaq nəticələri etimad göstərə bilməz”




Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb. Musavat.com-a daxil olan bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.

Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq

mənim ölkəm  verdiyi xəbərə görə :
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.



Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluqları ilə bağlı yenə onlarla fakt açıqladı




22 saylı Nəsimi seçki dairəsinin 9 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqə ərazisində qeydiyyatda olan çoxsaylı seçicilərin adı seçici siyahılarına daxil edilməyib.

121 saylı Laçın seçki dairəsinin 16 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqədə 1 nəfərə ailə  üzvlərinin səsvermə hüququ olan bütün seçicilərin əvəzinə  səsvermə imkanı yaradılır. Bu qanunsuzluğa etiraz edən müşahidəçilərə isə “Hara istəyirsiniz, ora şikayət edin”, deyə cavabı verilir.

İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və azadlıqdan məhrum edilmiş fəalların siyahısını təqdim edib.




Həbs olunmuş şəxslər

Bağırov Taleh - ilahiyyatçı

Məlikov Anar - Taleh Bağırovun sürücüsü

Əsgərov Röyal - dini fəal

Qurbanov Bəxtiyar - dini fəal

Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir, ifadə azadlığı təmin olunmayıb prezident seçkisi ədalətli sayılmayacaq




Arannews- mətbuat azadlığı sahəsində aparıcı QHT-lər və jurnalistlərdən ibarət Beynəlxalq Tərəfdaşlıq Qrupu Azərbaycanla bağlı bəyanat verib. Sənəddə Azərbaycanda hüquq və azadlıqlar sahəsində ciddi problemlər olduğu qeyd edilir, prezident seçkisinin azad və ədalətli keçirilməsi üçün həbsdə olan jurnalist və bloqçuların, hüquq müdafiəçilərinin azad olunması çağırışı yer alır.

oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları ilə bağlı ən son məlumatlar bu bölmədən dəyərli oxuculara çatdırılacaq



Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı seçki pozuntuları ilə bağlı növbəti pres-relizi təqdim edib:
16 saylı Yasamal ikinci seçki dairəsinin 1 saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb vurulmur.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda seçki bülleteninin topa halında atıldığı aşkar edilib.

Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülletenləri

Sosial şəbəkələrdə seçki məntəqələrində saxtakarlıq faktlarını əks etdirən bir sıra foto və video görüntülər yayılıb. "Meydan.tv" belə saxtakarlıqlardan birini - küncləri kəsilmiş, öncədən işarələnmiş bülletenlərin şəklini foto-fakt olaraq təqdim edib.

125 yaşlı nənə səs verdi




Ən yaşlı seçici 92 saylı Zərdab-Ucar seçki dairəsində olan Zərdab rayonunun Məlikli kənd sakini 125 yaşlı Bayramova Süfü Mikayıl qızı bu gün səsvermə hüququndan istifadə edib. 125 yaşlı nənə daşınan seçki qutusunda səs verib. Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova keçmişdə kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında işləyib.

Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.



AXCP sədri Əli Kərimli də səsvermədə iştirak edib
İsa Qəmbər səs verdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər həyat yoldaşı Aida Bağırova ilə birlikdə bu gün saat 10 radələrində Nərimanov II Seçki Dairəsinin 23 saylı məntəqəsində səs verib
Bu gün səhər saat 8.00-dan etibarən Azərbaycan Respublikasında növbəti prezident seçkisinin səsverməsi başlayıb.

MSK-dan mobil seçki saxtakarlığı




Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android telefonlar üçün tətbiqetmələr düzəldib. Tətbiqetmələri oktyabrın 8-də mobil telefonuna yükləyən istifadəçilər bu gün olacaq seçkilərin nəticələri ilə qarşılaşıblar. Belə ki, səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin 7.4%, Qüdrət Həsənquliyevin 5.24% olduğu görünür. Hətta seçici fəallığı, seçki məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub. Hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən "Bu bölmə seçki günü aktiv olacaq" yazılıb. Böyük ehtimalla tətbiqetməni hazırlayanlar həmin bölməni "bağlı" etməyi unudublar (meydan.tV).
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev "Azadlıq" radiosuna bildirib ki, baş verənlərin MSK-ya aidiyyatı yoxdur:
8 Ekim 2013 Salı

İlhamla Mehriban arasında küsmək


Azad yaşa verdiyi xəbərlərə istinadən,hakimiyyətin yaxınları yayılmış xəbərlərə görə ,İlham əliyev və Mehriban əliyeva arasında prezident namizədliyinə xatır ailə münaqişəsi baş verib.Son zamanlarda belə bir mübahisələr artıb və tanışlar vasitəsi ilə yayılıb.

23 Aprel hərəkatı beynəlxalq təşkillatlara müraciət etdi.

23 aprel hərəkatı polislə qarşılaşma istəmır ancaq ədalətsizlik əleyhinə münarizə aparır və məhbusların azadlığını istəyir.

ölkənin büdcəsindən bir firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır



Biz sədaqətli, qayğıkeş, dəyərlərə sayğılı, xalqı sevən bir dövlət istəyirik. Bizim arzuladığımız hökumət xalqın əqidə və istəklərinə təhlükə yox, fürsət kimi baxmalıdır. Biz insanların şəxsi həyatına müdaxilə, əqidələrin təftişi, casusluq, mətbuat üzərində nəzarət, azad sözün boğulması kimi halları məmləkət və xalqın zərərinə sayırıq. Bizim mövqeyimiz budur ki, ölkənin büdcəsindən bir firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır.

Çıxış yolları



- Dövlətin xalq qarşısında birbaşa öz məsuliyyətini qəbul etməsi, hökumətin yaranmış problemlərlə bağlı sualları cavablandırması.

- Seçkilər üçün nəzərdə tutulmuş qanun və qərarların tam şəkildə icrası; xalqda azad və ədalətli rəqabətə etimad yaradılması.

- Siyasi məhbusların azad edilməsi, onların şəxsiyyətinin qorunması.

- Mətbuat azadlığı, tənqidçi qəzetlərin nəşrinə icazə verilməsi.

- Azad toplaşma və partiyaların yaradılması sahəsində xalqın hüquqlarının tanınması.

- Qeyri-dövlət təyinatlı, ictimai kanalların azad fəaliyyəti, vətəndaşlar arasında ayrıseçkiliyə son qoyulması.

Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası yayılan şayiələrə 23Aprel hərəkatı bəyanat verir.




Sosial şəbəkələrdə yayılmış şayiələrə istinadən bəyanat verir ki, 23Aprel hərəkatı prezident seçkilərində heç bir namizədlərdən müdafiə və himayə etmir.
Amma Azərbaycan xalqını  9 oktyaberdə seçki məntəqələrində dəvət edir və xalqın seçdiyi namizədi ilə hörmətlə yanaşır.
23 Aprel hərəkatının üzvləri və fəal iştirakçıları yalnız həbsdə olan məhbusları xüsusi ilə dindarların  tezli ilə azadlığa buraxılması,ölkədə islahat və bərabər hüquqları tələb edir.
"Qələcək xalqın əllərinin vasitəsi ilə abad olacaq"

Cəmil həsənli-nin şansi daha çoxdur




"GALLUP World" beynəl xalq statistik təşkilatı Azərbaycan  rerspublıkasının 2013-cü il prezident seçkilərinə namizədlər arsında səsvermə göyü.
Azad yaşa verdiyi məlumatına görə Cəmil həsənli  birinci yerini qazanıb və  İlham əliyev də ikinci yerdə dir Araz əlizadə ,İqbal ağazadə və Sərdar məmədov da növbəti yerləri tutublar.
Yeri gəlmişkən bütün dünya Azərbaycan seçkiləri izləyir.
Qeyd etmək lazım dırki, " GALLUP World " müəssisəsi dünyada ən etibarli istatistik təşkilatlarının biri sayılır.

Nə üçün hakimiyyətə bağlı olan amillər korrupsiya , tərəf tutma və tamahkarlıq çoxalıb ?


Prezident namizədliyin nəticəsi Azadlıq radiosunun sorğusunda məlum olub


Azadlıq radiosu saytına verdiyi sorğuya Cəmil həsənli irəllidir və özünə artıq rəy toplayıb,İlham əliyev isə ikinci yeri qazanıb.bu sorğu da Cəmil həsənlinin fanatları İlham əliyevin tərəfdarlarına iştirakı ılə artıq daha çoxdur.

23 aprel hərəkatı zorakılıqdan uzaqlığı, dinc mübarizə çərçivəsində işləyir.



23 aprel hərəkatı zorakılıqdan uzaqlığı, dinc mübarizə çərçivəsini özünə şüar etmiş bir hərəkatdır. Bu hərəkat hər bir zaman məhz xalqın amansızlığa qurban olduğuna inanır. Hərəkata görə dialoq, dinc aksiya, zorakılıqdan uzaqlıq əsas prinsiplərdir. 23 aprel hərəkatı zaman və şəraiti nəzərə alaraq dinc aksiyanın bütün imkanlarından istifadə edəcək.

Hələ də xalqın etimadını qazanmaq olar


Nə qədər ki, gec deyil, bu yoldan qayıtmaq lazımdır. Hələ də xalqın etimadını qazanmaq olar. Ölkəmizin təhlükəsizliyi bundan asılıdır. İnqilab övladlarını həbsxanalardan azad edin. Vətəndaşlar onların dostlarını, iş yoldaşlarını və övladlarını hansısa şübhələrlə və qondarma ittihamlarla həbs edən bir hökumətə necə inana bilər?! Cəmiyyətdə məxfilik rejimi yaratmaq xalqın hökumətə qarşı hisslərini zədələməkdən başqa bir şey deyil. Azad mətbuat sağlam cəmiyyətin tənəffüs yoludur. Xalqın etimadını bərpa etmək istəyirsinizsə, bu yolu bağlamayın.

siyasi məhbusların həbsinə etirazlar haqda ölkənin hər bir yerindən bu hərəkata çoxlu xəbərlər çatır



Qarşıdakı seçkilərin vəziyyətinə, eləcə də siyasi məhbusların həbsinə etirazlar haqda ölkənin hər bir yerindən bu hərəkata çoxlu xəbərlər çatır. Əminik ki, bu reaksiyalar şəxsi maraqlardan ötrü deyil, ölkəmizə sırınan yeni siyasi duruma qarşı nigaranlıqdan irəli gəlir. Son bir neçə ayda ölkəmizdə müşahidə etdiyimiz işlərin indiyədək analoqu görünməmişdi. Xalqımız ölkəsinin gələcəyinin və müstəqilliyinin təhlükə altına düşməsindən çox nigaran olduğuna görə baş verən hadisələri təşvişlə izləyir.

23 Aprel hərəkatı ölkəmizin qeyrətli xalqının və gənclərinin nümayəndəsi kimi, dövlət rəsmilərinin ağılsız və zülmkar hərəkətlərinə qarşı kəskin etirazını dünyanın bütün haqsevər insanlarına elan edir.
7 Ekim 2013 Pazartesi

Statistikada Cəmil həsənli prezident olması ihtimali çox dur.



"CNN politics" beynəl xalq statistik təşkilatı Azərbaycan  rerspublıkasının 2013-cü il prezident seçkilərinə iki namizəd arsında sorğu göyü və iştirakçılarından seçki atmosferi də qiymətləndirib.

Azad yaşa verdiyi məlumatına görə Cəmil həsənli  49% və  İlham əliyev də 46%  vota alınıb.

Qeyd etmək lazım dırki, "CNN politics" müəssisəsi dünyada ən etibarli və mühüm istatistik təşkilatlarının biri sayılır.

23 Aprel hərəkatı beynəlxalq təşkillatlara müraciət etdi.




Bu məktubda Azərbaycan ıqtısadyatı , İctimai azadlıqlara və məhbusların azadlıq mövzularına xatırlayıb.
Həmçinin Azərbaycan xalqının istəklərini onlara çatdırıb.


işsizlik


İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...


ABŞ və azər polisləri ilə müqayisə





   


narazi


doydurulmamış iştaha


İnflyasiya


Əliyevlər dünyanın gündəmində



1.       Azərbaycanın dövlət başçısı Ilham Əliyev və ailəsinə məxsus, ofşor zonalarda qeyddiyatdan keçmiş şirkət lər barədə ICIC (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının  son araşdırmaları haqda məlumat vermişdik. Bu xəbər dünya mətbuatının gündəminizə bt etməkdədir. Qardaş Türkiyə mediasında da bu xəbər böyük müzakirə mövzusuna çevrilib.

Azərbaycanda son illər boşananlar iki dəfə artıb



Azərbaycanda ötən il nikaha girənlərin 10 faizi boşanıb. Bu da son yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir.2002-ci ildə isə bu göstərici 5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə 78,9 min nikah qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub.

Azərbaycanda son illər boşanmaların artması narahatlıq yaradıb.Ekspertlər boşanmaların sayının artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

6 Ekim 2013 Pazar

23 aprel hərəkatı sorğu6



Təqaüdçüləri ən az pul alan ölkə – Azərbaycan

«Yalnız burada minimal pensiya yaşayış minimumundan aşağıdır»
Yaşayış minimumu 95 manat olan ölkədə pensiyaçılar 85 manata necə yaşayır?
Azərbaycan hökuməti mütəmadi olaraq əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını bəyan etsə də, bunun həqiqət olmadığı heç kəsə sirr deyil. Neftdən gələn milyonları bəzən əhəmiyyətsiz layihələrə sərf edən hökumət əhalinin aztəminatlı hissəsini tamam yaddan çıxarıb. Stadionlara, körpülərə, əyləncə mərkəzlərinə milyardlarla dollar xərclənən ölkədə təqaüdçülərin aldığı vəsait nəinki bir aylıq dolanışığa, heç kommunal xərclərin ödənilməsinə bəs etmir.

inflyasiya


Ölkəni silkələyən əsgər ölümü


«Bu, sizin də başınıza gələ bilər»
2013-cü ilin ilk yarısında 41 hərbçi dünyasını dəyişib, 50-yə yaxını isə yaralanıb.

Əsgər ölümü ilə bağlı cinayət işi başladı
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun ölümü ilə bağl ıcinayət işi başlanıb.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırışüzrə Dövlət Xidmətinin Gəncə şəhərinin Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Eminİlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.

İlham əliyevin seçicyə ehtiyacı yoxdur


Əliyev Britaniyanın sənət jurnalında da "diktator" adlandırıldı

"Bakı ya uçuş" layihəsi diqqəti repressiyalardan yayındırmaq üçün incəsənətdən istifadə deyilmi?"
"Bəlkədə bu rəssamların çardaxlarında repressiya və dikatorluğu, hakim ailənin ölkənin pullarını xaricdə şöhrət pərəst layihələrə sovurmasın faşedən radikal rəsməsərləri gizlin saxlanır"
BAKININ FLORASI VƏ FƏRDİ ALLAHLARI
Josh Spero yazırki, «de Pury Azərbaycanın diktator prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət edib».
Sonra onlar birlikdə nüfuzlu LVMH-in incəsənət üzrə məsləhətçisi Hervé Mikaeloff-u kuratortəyine diblər.

Azərbaycanın hərbi airoportları israil rejiminə verilib


Azərbaycanda  intihar statistikası

Son illər hamımızın az qala adi qarşıladığımız özünə qəsdin bu şəkildə artmasına səbəb nədir?
 Deyək ki, özünəqəsdin artımı təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, son 45 ildə intiharların sayı 60 faiz artıb. Təşkilatın yaydığı hesabatda deyilir ki, 2000-ci ildən bəri dünyada baş verən intiharların sayı 1 milyona çatıb və bunun da müxtəlif səbəbləri var.
5 Ekim 2013 Cumartesi

deputatlarının bir qrupu hicab haqda narazılıq edib


Təkcə bir sual : NİYƏ???




Qusar rayonunun Düztahir kəndində intihar hadisəsi baş verib.
iyunun 20-d
ə qeydə alınan 1925-ci il təvəllüdlü Nurəddin Sərhəddin oğlu Məhsimov   tövləsində özünü asıb.
Dekabrın 24-də Oğuz rayonunda intihar hadisəsi baş verib.
1989-ci il təvəllüdlü Elsevər Nəsirov özünü öldürüb. O, yaşadığı evin həyətindəki ağacdan özünü asıb.
51 yaşlı Oğuz rayon sakini özünü öldürüb.

Azərbaycanlıların 70 faizi iş tapa bilmir



"Gallup" Mərkəzi 146 ölkədə iş tapmağın asan, yaxud çətin olması ilə bağlı sorğu keçirib. Dünya əhalisinin əksəriyyəti ötən ili iş tapmaq üçün çox pis vaxt kimi dəyərləndirib. İşləmək qabiliyyətində olan əhalinin 57 faizi deyib ki, onların ölkələrində iş tapmaq çətindir. 33 faiz isə iş tapmaq imkanlarının qənaətbəxş olduğunu bildirib.
Ən pessimist insanlar Avropada olub. Rəyi soruşulanların 72 faizi iş tapmaq məsələsində bədbin olduqlarını bildiriblər. Ən nikbinlər isə ABŞ-da olub. Bununla belə, Birləşmiş Ştatlarda rəyi soruşulanların yalnız 38 faizi keçən ili iş tapmaq baxımından qənaətbəxş sayıb.
Əhalisi nikbin olan 10 ölkə içərisində yalnız 1 inkişaf etmiş ölkə var – Sinqapur.Qalanlar inkişaf etməkdə olan ölkələrdir.Onların arasında 4-ü neftlə zəngin körfəz ölkələridir - Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyt.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel