Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
16 Şubat 2014 Pazar
Ey dad, ey dad, aman…
Srağagün dövlət başçısı Milli Konservatoriyanın yeni binasının açılışına
qatılmışdı. Bir həftə qabaq soyuqdan donan Alim Qasımovun da muğam
oxuduğu tədbir ölkəmiz üçün çox xarakterikdir. Siz prezidenti il ərzində
musiqiçilərə aid saysız-hesabsız tədbirlərdə görə bilərsiniz, ancaq
məsələn, onun hansı kitab oxuduğunu heç vaxt eşitməzsiniz. Musiqi
Azərbaycandakı rejimin sevimli məşğuliyyətidir. Onlar çoxdan başa
düşüblər ki, biz oxuyub-oynamağı sevən camaatıq. Bəzən acqarına “Yallı”
getməyə hazırıq. Bunun təsvirləri hətta Qobustan qayalıqlarında da
varmış. Orda vəhşi heyvanların hücumuna məruz qalan əcdadlarımız heç nə
olmamış kimi qol götürüb oynayırlar.
Musiqiyə maraq o dərəcədə böyükdür ki,...
başqa incəsənət sahələri
kölgədə qalıb, hətta manıs yetişdirmə üzrə 2 ali məktəbimiz vardır.
Qabaqlar bunlar bir yerdə idi. Ancaq 14 il qabaq rejim lideri
uzaqgörənliklə başa düşdü ki, xalqın manıslığa tələbatını bir ali məktəb
ödəyə bilməz. O üzdən, Bakı Musiqi Akademiyası və Azərbaycan Milli
Konservatoriyasını yaratdılar.
Siz bu “konservatoriya” termininin necə yarandığını bilirsinizmi? Bilmirsinizsə yazıram, çünki bizə dəhşət uyğun gəlir.
Qədim dövrlərdə İtaliyada kilsə yetimləri, küçə uşaqlarını toplayıb
onlara musiqi dərsi keçirmiş, sonra kilsə xorunda oxuyurmuşlar. Tədris
ocağının adı da elə latın sözü “konserve” – “qorumaq, saxlamaq”dan
yaranıb. İndi bizim manıslar aləmində də yetimlik, “hakimiyyət bizim
dədəmizdir” formulu geniş yayılıb. 2003-cü ilin dekabrında kamança çalan
Habil Əliyev efirdən deyirdi: “Bu gün mənim atam ölüb”. Milli
manıslarımızın repertuarı da “El atası”, “Bizi yaradan sənsən, yaşa
prezident” tipli musiqilərlə doludur. Onları qoruyurlar, prezident
təqaüdü, evlər, maşınlar verirlər.
Ancaq camaat arasında da bu sahəyə tələbat var. İqtisadiyyatın məşhur
qanunu ilə yazsaq, tələb təklifi yaradır. Əgər adamlar
konservatoriyaya, manıs olmağa yüngül, asan qazancın yolu kimi
baxmasaydılar hakimiyyət də bəlkə günaşırı bir muğam festivalı,
tar-kaman mərkəzi düzəltməzdi. Özü də Azərbaycanın ən kütbeyin, bəzənsə
ümumiyyətlə beyinsiz insanları bu istiqamətdə ali təhsil alırlar.
Buyurun, 2013-cü ilin qəbul imtahanlarında Azərbaycan Milli
Konservatoriyasında bəzi ixtisaslara keçid balına baxın: dirijorluq – 75
bal, xalq çalğı alətləri ifaçılığı – 75 bal, solo oxuma (xanəndəlik) –
75 bal və sairə. Əslində sadalamağa ehtiyac yoxdur, ötən il
Konservatoriya və Bakı Musiqi Akademiyasına keçid balı bütün ixtisaslar
üzrə 75 bal olub.
İndi qəbul üzrə ən yüksək balın 700 olduğunu yada salın və 75 balla
ali məktəbə girənlərin hansı ağılın yiyəsi olduğunu təsəvvür edin.
Əlbəttə, deyilər ki, bunların istedadı-zadı önəmlidir, mahnı oxuyana
bilik lazım deyil. Boş söhbətdir. Adam ən azı not dəftəri yazmağı
bilməlidir axı. Əgər savad vacib deyilsə, o zaman bu ali məktəblər nəyə
gərəkdir?
Ən böyük dərd isə bunlar deyil. Dərd o uşaqların həmin məktəbləri
bitirməsindən sonra başlanır. Bunlar hərəsi əlinə bir qavaldan-zaddan
alıb bütün sutka boyu efirdən yığışmırlar. Prezident seçməkdən tutmuş
kosmosa peyk uçurtmağa, dolma bükməkdən kvant fizikasına qədər hər
şeydən qırıldadırlar. İctimai həyatımızın hansı sferasına baxsan bu
manısları başda görərsən. Gəlin sizə başqa bir maraqlı fakt da göstərim:
Bakı Musiqi Akademiyasının solo oxuma ixtisasında illik təhsil haqqı 3
min manatdır. Hətta BDU hüquq fakültəsində də ödəniş bundan az imiş:
2850 manat. Yəni, 75 balla girən 500-600 balla girəndən çox pul
ödəyirmiş. Matah ixtisasdır axı! Hüququ neynəyirsən, əlini at qulağının
dibinə, oxu bala-bala. Camaat da heyran olsun.
Müxalifətin məşhur siyasi məhbuslarından biri bu yaxınlarda Zeynəb
Xanlarova sənəti haqda məqalə yazmışdı. Zindandan. Ta mənim sözüm
yoxdur. Mən də gedim oxumaq öyrənim, yaş 40 olsa da…
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder