Blog Arşivi

5 Mayıs 2014 Pazartesi

Ruhullah Axundzadə Ədliyyə Naziri Fikrət Məmmədova yazdı

Ruhullah Axundzadə Ədliyyə Naziri Fikrət Məmmədova yazdı

Hazırda 15 saylı CÇM-də saxlanılan AİP-in Astara rayon komitəsinin sədri Ruhullah Axundzadə Ədliyyə Naziri Fikrət Məmmədova ərizə yazıb

Ərizəni olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Ədliyyə Naziri

Fikrət Məmmədova

15 saylı Cəza Çəkmə Müəssisəsində

məhkum Axundzadə Ruhullah Höccət oğlu

tərəfindən

Ərizə

Cənab Nazir!

Mən Sizə bir Azərbaycan vətəndaşı, müsəlman, dindar kimi tarixi müraciət edirəm. Bu yazım kütləvi informasiya vasitələrində də işıqlandırılacağını əvvəlcədən sizə məlum edirəm.

Cənab Fikrət Məmmədov!

Siz Nazir olmaqla,həm də Azərbaycan vətəndaşı və...

“Bu yay Ərdoğan üçün həyatının ən çətin günləri olacaq”: Qərb Ərdoğanın qələmini qırır

 Qərb Ərdoğanın qələmini qırır

 Bu iddia ilə qərb mətbuatı çıxış edib.

Mətbuat son seçkilərdən Ərdoğanın mövqeyinin xeyli zəiflədiyini bildirib:

“Ərdoğan bələdiyyə seçkilərindən qalib çıxdı. Bu çox əziyyətlər hesabına başa gəldi. Amma 1 may günü o bunu hədər etdi. Yayda isə Gəzi parkı hadisələrinin 1 yaşı tamam olur. Türkiyəni etiraz dalğası götürəcək.  Seçkilər isə ondan sonradır. Ərdoğanı bu yay həyatının ən çətin günləri onu gözləyir. Gezi parkı hadisələrinin bir yaşı onun prezidentliyə gedən yolunu bağlayacaq. Qərb isə onun qələmini sındırmaq ərəfəsindədir”

Suriyada amerikalı və avropalı terrorçular: FBİ rəsmisi son aylarda ABŞ və Avropa ölkələrində Suriyaya gedən terrorçuların sayının artdığını bildirib

FBİ-ın təhqiqat bölümünün rəisi Ceyms Komi mətbuat konfransında son aylarda Suriyadakı xarici terrorçuların sayının artdığını bildirərək deyib ki, onlarla Amerika vətəndaşı və yüzlərlə avropalı Suriyaya gedib və hazırda bu ölkənin höküməti ilə döyüşürlər. Hətta onlardan bəziləri “Əl-Qaidə”yə bağlı qruplaşmalara qoşulublar.

Komi həmçinin hazırki vəziyyəti Əfqanıstanın 70 və 80-cı illərindəki vəziyyəti ilə müqayisə edib və Suriyanın hazırki vəziyyətinin daha pis olduğunu bildirib. Suriyaya döyüşmək üçün gedən terrorçular öz ölkələrinə qayıtdıqları zaman ölkələri üçün böyük təhlükə hesab ediləcəklər. Suriyada döyüşən terrorçuların bir çoxu Əfqanıstanda döyüşən terrorçulardır, çünki Suriyaya daxil olmaq daha rahatdır. Biz icazə verməyəcəyik ki, terrorçuların Suriyadakı iştirakının sonu 11 sentyabır hadisəsi kimi bitsin

Misir: Sələfilər prezident seçkilərində Əbdül Fəttah Sisini dəstəkləyəcəklərini elan etdilər əl-Nur sələfi partiyası Sisi və onun yeganə rəqibi solçu Həmdeyn Səbbah ilə də görüşblər

“əl-Nur” sələfi partiyasının sözçüsü Nadir Bikar Ruveytezə verdiyi müsahibəsində deyib: “May ayının sonlarında keçiriləcək prezident seçkilərində əl-Nur partiyası sabiq müdafiə naziri Əbdül Fəttah Sisinin namizədliyini dəstəkləyəcək.”

əl-Nur sələfi partiyası sələfiyönlü “Müsəlman Qardaşları Partiyası” ilə həmkar və həməqidə idi lakin ötən il Avqust ayında, Misirdə baş verən çevriliş zamanı əl-Nur partiyası 180 dərəcə cəhətini dəyişərək Muhəmməd Murisinin hakimiyyətdən gedərək devrilməsi məsələsində Misir Ordusuna dəstək verdi.

Nadir Bikar daha sonra deyib: “Partiyanın ali rütbəli üzvləri Əbdül Fəttah Sisi və onun yeganə rəqibi solçu Həmdeyn Səbbah ilə görüş keçirdiblər. Görüşdən sonra şənbə günü partiyanın ali rütbəli üzvləri fövqalədə iclas keçirdərək prezident seçkiləri haqqda fikir mülahizələri yürüdübər. İclasın son nəticəsi partiyanın seçkilərdə Sisiyə dəstək verəcəki qərarı olub.”

Yəhud Qövmü: Qəzzafi Bu Sirri bilən hər kəsi öldürtdü

1997-2010 illəri arasında sabiq diktator Müəmmər Qəzzafinin protokol müdiri vəzifəsində çalışan Nuri Mismar, Aişə Qəddafinin yəhudi mənşəli olduğunu bi daha təkrarlayaraq, bu mövzuda məlumat sahibi olan hər kəsin şəxsən Müəmmər Qəzzafinin əmri ilə öldürüldüyünü açıqlayıb.

Qəzzafi bu Sirri bilən hər kəsi öldürtdü

2010-cu ildə diktator rejimindən qaçaraq Avropaya pənahəndə olmuş N. Mismar, Londonda işıq üçü görən əl-Həyat qəzetinə verdiyi xüsusi müsahibədə, Qəddafinin ən sadiq adamlarından Saleh Bu Fərvanın eyni səbəblə 1980-ci illərdə Rumıniyada öldürüldüyünü, Fərvaya Aişə Qəzzafinin yəhudi olduğunu söyləyən Liviyanın Roma səfiri Əmmar Zu Nunun da, müəmmalı sürətdə hazırlanmış bir sui-qəsdə qurban getdiyini söyləyib.

Hitler də eyni işi görmüşdür

Faşist Almaniyasının qurucusu Adolf Hitlerin özünün də baba tərəfindən yəhudi olduğu, o illərdə yəhudilərin sevilmemesi səbəbiylə özünün bu həqiqəti qəbul etmək istəmədiyi və bu məlumata sahib olan ən yaxınları daxil olmaqla hər kəsi bir şəkildə ortadan qaldırdığı ya da susturduğu bəzi tarixi sənədlərdə hələ də durmaqdadır.

 

Rusiya ABŞ-ı rədd etdi: Lavrov böhranın dialoq yolu ilə həll edilməsinin tək yol olduğunu bildirib

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ və AB-nin ölkəsinə tətbiq etdiyi sanksiyaları rədd etdiklərini deyib. Lavrov böhranın dialoq yolu ilə həll edilməsinin tək yol olduğunu bildirib.
Lavrov qeyd edib ki, bütün tərəflərin fikirləri nəzərə alınmalıdır.
Qeyd edək ki, ABŞ Cenevrədə əldə edilən razılaşmaya riayət etməyən Rusiyaya qarşı sanksiyalar siyahısına Putinin ən yaxın adamlarından ikisinə, 7 rusiyalı səlahiyyətli nümayəndəyə və 17 şirkətə sanksiyalar tətbiq etmişdi.
Avropa Birliyinin sanksiyalar tətbiq etdiyi son siyahıda isə aşağıdakı şəxslər yer alıb:
Krım naziri Oleq Savelyev, Sevastopol valisi Sergey Manyailo, Federasiya Şurasının üzvü Olqa Kovatidi, Duma Rəhbərliyinin müaviləri Ludmila Şetsova və Sergey Neverov.
Bununla da AB-nin sanksiyalar tətbiq etdiyi nümayəndələrin sayı 48-ə çatıb

Ingiltərəli ailə İŞİD-ə qoşuldu: 10ingiltərəli ailə İŞİD-ə qoşuldu

10 ingiltərəli qadın həyat yoldaşları ilə birlikdə Suriyaya keçərək, “İraq Şam İslam Dövləti” adlı terrorçu qruplaşmaya qoşulublar.

Bu barədə İngiltərənin “Daily Mirror” qəzeti xəbər dərc edib. Xəbərdə həmçinin 700 ingiltərəlinin terrorçu qruplaşmaların tərkibində döyüşdüyü də qeyd edilib. Ən azı isə 20 ingilisin döyüşlərdə öldürüldüyü bildirilib.

Digər xəbərə görə isə, İraq ordusunun Fəllucə şəhərində İŞİD-ə qarşı apardığı əməliyyatlarda İŞİD terrorçularının yüksək rütbəli komandiri Əbu Həmd əl-Mühacir də məhv edilib.

Azərbaycan və Əhli-beyt irsi” kitabı: “Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunub

“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan “Azərbaycan və Əhli-beyt irsi” adlı kitab işıq üzü görüb

DQİDK-nin Mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən və ön sözü Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən yazılan əsər akademik Vasim Məmmədəliyevin ümumi redaktəsi ilə çap olunmuşdur. Kitabın elmi rəyçisi AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir.

Əsərdə Azərbaycanın sosial və mədəni həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini tədqiq edən məqalələr öz əksini tapmışdır. Azərbaycanda Əhli-beyt mənsublarının adları ilə bağlı ziyarətgahlar, ədəbiyyatımızda Əhli-beyt irsinin rolu, ölkəmizdəki birgəyaşayış ənənəsinin və dinlərarası tolerantlıq mühitinin formalaşmasında Əhli-beytə olan sevginin rolu, Əhli-beyt irsinin qorunmasında Azərbaycan xalqının rolu və digər mövzularda ölkəmizdəki ilahiyyat sahəsindəki aparıcı mütəxəsislər tərəfindən qələmə alınmış sanballı məqalələrə yer verilmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi sahəsində yazılmış nadir əsərlərdən olan “Azərbaycan və Əhli-beyt irsi” kitabının əsas məqsədi azərbaycanlıların milli kimliynin formalaşmasında, ölkəmizin dini, ədəbi və sosial həyatında tarixən bu irsin oynadığı rolu üzə çıxarmaqdır.

Əsər milli-mənəvi dəyərlərimizin tədqiqi, ənənəvi dini dəyərlərimiz barəsində cəmiyyətin maarifləndirilməsi sahəsində yeni araşdırmaların aparılacağına da ümid verir.

Başqasına Quyu Qazan Özü Quyuya Düşər: Sisi rejimi sələfiyönlü “Müsəlman Qardaşları” partiyasının rəhbəri və digər 682 sələfini edama məhkum etdi

Misir höküməti sələfiyönlü Müsəlman Qardaşları partiyasına divan tutur. Belə ki, Misirdə keçirilən məhkəmə prossesi zamanı hakim “Müsəlman Qardaşları” partiyasının mənəvi rəhbəri Muhəmməd Bədi başda olmaqla 683 sələfiyə edam hökmü oxuyub.

əl-Mənya əyalətinin məhkəməsi ötən il mart ayında Müsəlman Qardaşları partiyasının 529 üzvünü əl-Mənya polis idarəsinə silahlı basqın edərək, bir polis zaitini qətlə yetirməkdə günahkar bilər və ilkin qərara əsasən məhkəmə onlara ölüm hökmü verib.

Məlumata görə, bu gün keçirilən Məhkəmə prossesi zamanı Muhəmməd Bədi olmaqla 37 nəfərin edam hökmü öz qüvvəsində qalıb. Qalan 492 nəfərin ölüm hökmü isə azadlıqdan əbədi məhrum edilməklə əvəz edilib.

Qeyd edək ki, məhkəmə zalında iştirak edən İnsan Haqqları təşkilatının nümayəndəsi bildirib ki, 683 nəfərin məhkəmə prossesi cəmi bir neçə saat çəkib. Hakim müttəhimlərə və onların vəkillərinə ittihamlar qarşısında özlərindən müdafiə etmək üçün vaxt verməyib.

Məhkəmə həyətində toplaşan müttəhimlərin ailə üzvləri və yaxınları xəbəri eşitdikdə şoka düşmüş və bir neçəsinin ürəyi gedərək huşların itirmişlər.

ABŞ-dan aldıqları silahları "Allahu Əkbər" deyərək istifadə edir: Terrorçular ABŞ-dan aldıqları silahları "Allahu Əkbər" deyərək istifadə edir

Terrorçular ABŞ-dan aldıqları silahları "Allahu Əkbər" deyərək istifadə edir
 Amerika hökuməti Suriyada döyüşən terrorçulara yeni silahlar, o cümlədən idarəolunan raketlər verib. Bu haqda "The Times" qəzeti məlumat yayıb. "SA-16" və "TOW" adlanan raketlər istənilən hədəfi məhv etməyə qadirdir.
Qeyd edək ki, ABŞ, İsrail və müttəfiqlərinin Bəşşar Əsədin onlara tabe olmadığı üçün Suriyanı məhv etmələrini anlamaq mümkün. Lakin adını müsəlman qoyub ABŞ-ın qoşunu kimi döyüşən “mücahidlər"i isə başa düşmək çətindir. İzləyəcəyiniz video-çarxda terrorçular Amerikanın hədiyyə etdiyi silahlar “Allahu Əkbər” deyərək atəş açırlar.

Qərbin Hicabafobiya siyasətləri Səngimmir: Almaniyada təhsil almaq istəyən Müsəlman şagirdə dərsə hicabla gəlməsi yasaqlanıb

demokratiyanı iddia edən və əqidə, geyim azadlığına qail olduğunu vurğulayan Alman hökümətiİslam və Hicaba qarşı aqressivliyini büruzə verdi. Belə ki, məhkəmə Bavariya əyalətində yaşayan şagirdin Hicabla dərsə girməsinə icazə verilməyib.

2013-2014-cü il tədris ilində peşə təhsili almaq istəyən Müsəlman qız məktəbə Hicabda getmək istəsə də, onun bu istəyi məktəb rəhbərliyi tərəfindən təmin olunmayıb. İşin çarəsini hüquqi yolnan çözülməsində görən Müsəlman şagird məhkəməyə müraciət edib.

Bavariya əyalət məhkəməsi iddia ilə bağlı məsələyə baxıb və öz qərarını verib. Qərara əsasən, Müsəlman şagirdin məktəbə Hicabla gəlməsi yasaqlanıb.

Livanın Şiəyönlü “Əməl” Partiyasının Sədri: Nəbih Berri ABŞ-a Livanda keçiriləcək seçkilərlə bağlı xəbərdarlıq etdi

Livan Parlamentinin Sədr, Şiələrin “Əməl” partiyasının Lideri Nəih Berri ABŞ-a xəbərdarlıq edərək, Livanda keçiriləcək prezident seçkilərində dəxalət etməkdən çəkinməklərini tələb edib.

Ötən gün Nəbih Berri ilə görüş keçirdən siyasi şəxslər N. Berriyə istinadla bildiriblər: “Amerikalılara xəbərdarlıq etmişəm ki, Livanın Prezident seçkilərində heç bir dəxalət etmək haqqları yoxdur.”

Livan Parlamentinin Sədri daha sonra vurğulayıb ki, növbəti prezident seçkisi Livan xalqının nümayəndələrinin öhdəsinə buraxılmalıdır.

Livanda çap olunan əl-Nəhar qazeti dərc etdiyi məqaləsində bildirib: “ABŞ-ın Beyrutdakı rəsmi səfiri Devid Hil yaxın günlərdə Nəbih Berri ilə görüşüb danışıqlar aparacaq.”

Xaricə qaçan Azərbaycan generalı: Xaricə qaçan Azərbaycan generalının adı açıqlandı

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bir neçə gün öncə açıqlamasında bildirib ki, azərbaycanlı generallardan biri Rusiyaya qaçıb. Ü.Cəfərov ilk açıqlamasında adını gizli saxladığı generalın kimliyini açıqlayıb.

Hərbi jurnalistin sözlərinə görə, həmin şəxs general Bağır Fətullayevdir. O, Rusiyada ordu komandanının müavini vəzifəsində çalışıb. Ü.Cəfərov bildirib ki, həmin şəxs Səfər Əbiyevin vaxtında Rusiya Silahlı Qüvvlərində xidmətdən təxris edildikdən sonra ona Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verilib: “Bu yaxınlarda, onunla MN-nin rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə gedib. May ayının 2-nə kimi xidmət yerinə qayıtmayıb.

Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan SQ-nin ən məxfi məlumatlarına malik olan bəzi yüksək postları tutan şəxslər də vardır ki, onların ailəsi Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq və digər şəhərlərində yaşayırlar. Özləri isə burda min hoqqalardan çıxaraq əlləri çirkli işlərə bulaşıb, rüşvət və korrupsiya əməlləri ilə məşğuldurlar. Onların da adlarını çox yaxın vaxtlarda açıqlayacam”.

Lavrovun davranışları vəhşilikdir: Kerri "Lavrovun davranışları vəhşilikdir"

Kerri: Lavrovun davranışları vəhşilikdir
 Amerika Birləşmiş Ştatlarında Moskvanın Ukraynanın şərqində geniş agentura şəbəkəsi yaratması barədə dəlillər var.
“ Bu barədə Vaşinqtonda çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri deyib. O, rəsmi Moskva ilə separatçılar arasında aparılan danışıqların səs yazısını əldə etdiklərini vurğulayıb.
Kerri bildirib ki, kəşfiyyat strukturlarından onlara Rusiyanın yerlərdəki emissarlarının Moskvadan birbaşa təlimatlar aldığı barədə məlumatlar daxil olmaqdadır:
”Biz dəqiq bilirik ki, bu göstərişləri kim və harada verir”.
ABŞ Dövlət katibi həmçinin rusiyalı həmkarı Sergey Lavrovu da ciddi tənqid edərək, onu yalan danışmaqda qınayıb:
”Son bir neçə həftə ərzində Lavrovla 6 dəfə danışıqlara girmişəm. Axırıncı təmasımız isə ümumiyyətlə şərh olunası deyil – bu, əsl vəhşilik, yadplanetli təfəkkürü idi. Onun qədər ağa qırmızı, göyə çəhrayı deyən ikinci şəxs tanımıram. Baxın, görün biz kimlərlə müzakirə aparırıq... İnsan özünə nəzarətini itiribdi”.

Edam cəzalarına reaksiya göstərib: Avropa İttifaqı edam cəzalarına reaksiya göstərib

Avropa İttifaqı edam cəzalarına reaksiya göstərib
Avropa İttifaqının gec göstərilən reaksiyasında İttifaqın hər şərtdə edam cəzalarına qarşı olduğuna diqqət çəkilib
Avropa İttifaqı Misirdə qəbul edilən edam cəzalarına reaksiya göstərib.
İslamazeri.az-ın TRT-ə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının gec göstərilən reaksiyasında İttifaqın hər şərtdə edam cəzalarına qarşı olduğuna diqqət çəkilib və Misirin beynəlxalq insan haqları haqda məsuliyyətlərinə əməl etməsi barədə gedişatın naratçılıq doğurduğuna işarə edilib.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Avropa İttifaqının Misir məhkəməsinin 683 nəfəri edama məhkum etməsinə sərt şəkildə reaksiya göstərdiyini bildirib.
Kütləvi şəkildə məhkəmə qərarlarının beynəlxalq insan haqlarını tapdaladığını qeyd edən Eşton məhkumların ayrı-ayrı ittihamlarının qeyri-müəyyən olduğunu vurğulayıb.

Səlahəddin Özgündüz DQİDK-nin sədri Elşad İskəndərovun işdən çıxarılmasından danışıb: Şeyx Səlahəddin Özgündüz Elşad İskəndərovdan danışdı

Səlahəddin Özgündüz DQİDK-nin sədri Elşad İskəndərovun işdən çıxarılmasından danışıb

İslamazeri.az-a münasibət bildirən Türkiyə şiələrinin liderlərindən olan, tanınmış ilahiyyatçı alim Höccətül-İslam vəl Muslimin Səlahəddin Özgündüz DQİDK-nin sabiq sədri Elşad İskəndərovun işdən çıxarılması, onun haqqında yayılmış xəbərlərə toxunub.

Səlahəddin Özgündüz Elşad İskəndərovun ölkəsinə sadiq olduğunu bildirərək deyib: "Elşad İskəndərov heç kimin adamı deyildi, yaxından tanıdığım biri kimi o, ölkəsinin və dövlətinin adamıydı, öz dövlətindən başqa heç kəsdən göstəriş alacaq şəxs deyildi".

Elşad İskəndərovun işdən uzaqlaşdırılmasıyla bağlı açıqlamasına da işarə edən Səlahəddin Özgündüz sözlərini belə davam edib: "İşdən uzaqlaşdırıldıqdan sonra verdiyi açıqlamanı da təqdirə layiq hesab edirəm. Zatən iş başında olanda da bu cür idi. Dini işlərlə bağlı işin rəhbərliyində olan şəxs kimi bütün dini çevrələrlə dioloqun və rabitənin olması təbii və yerində bir addımdır. Ölkəsində cinayətkar ünsürlər varsa, onlarla mübarizə etmək dövlətin səlahiyyətli qurumlarının işidir. Dövlətin cinayətkar qruplaşma kimi gördüyü şəxs və qurumlarla əlaqəsinin olmasını düşünmürəm"

Putinin 17 şirkətinə Barak Obama sanksiya elan etdi: Bəzi ABŞ konqresmenləri Qazproma da sanksiya istəyirlər

 sanksiyalar hesabların dondurulmasını, viza qadağalarını, lisenziya verilməməsini nəzərdə tutur.
Ağ ev bildirir ki, yeni siyahıda 2 nəfər Putinin yaxın çevrəsinə daxildir. Hərçənd bunların konkret kim olmağı deyilmir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri Rosneft şirkətinin prezidenti İqor Seçindir. Digəri hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergey Çemezovdur. Çemezov Rusiyada çoxları tərəfindən Putinin yaxın adamı hesab olunur.
Rusiya bundan sonra ABŞ-dan öz hərbi sənayesi üçün lazım olan məhsulları da ala bilməyəcək. Siyahıya aşağıdakı şəxslər və şirkətlər daxildir:
Baş nazirin müavini Dmitri Kozak,
Kreml administrasiyası rəhbərinin 1-ci müavini Vyaçeslav Volodin,
Rusiya prezidentinin Krımdakı səlahiyyətli nümayəndəsi Oleq Belaventsev,
“Rosneft”in rəhbəri İqor Seçin,
“Rostexnoloqii” (Rostex) Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov,
Federal Mühafizə Xidmətinin direktoru, ordu generalı Yevgeni Murov,
Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov,
“Akvanika” MMC,
“Avia qrupp” MMC,
“Avia Nord qrupp” MMC,
“Zest” QSC,
“İnvestkapitalbank”,
“Sobinbank”,
“Saxatrans”,   
“SMP Bank”,
“Stroyqazmontaj”,
“Stroytransqaz”,
“Stroytransqaz - M”
“Abros” investisiya şirkəti,
“Transoyl”,
“Volga Group”. 

Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”

 İngiltərədə yaşayan Müsəlman qızlar da Suriyaya “nikah cihadı” adı altında zina etməyə gedirlər. Bu barədə Küveytin əl-Rəyul Am qazeti bildirib.

Qazetin yazdığı məqalədə deyilir: “Şotlandiya Polisinin Terrorla Mübarizə İdarəsi bildirib: Hər gün ötdükcə Suriyaya döyüşmək üçün gedən İngiltərəli cavanların sayı artmaqdadır. Qeyd etməliyik ki, İngiltərəli cavan qızlar da “nikah cihadı”n həyata keçirtmək məqsədi ilə ingiltərəli döyüşçülər ilə birlikdə Suriyaya yollanırlar.”

İngiltərənin “King College London” adlı müəssisəsinə bağlı Beynəlxalq Siyasi ekstremizm və zorakılığ üzrə Tədqiqat Mərkəzi bu barədə apardığı araşdırmada bildirib ki, İngiltərədən 4 Müsəlman qızcığaz Suriyaya gedərək burada terrorçu ünsürlərlə “Nikah Cihadı” edirlər.

Bu barədə açıqlama verən İngiltərə Polisinin Terrorla Mübarizə idarəsinin əlaqələr şöbəəsi üzrə müdri Helen Pal bildirib: “İngiltərə Polisi Müsəlman qızların və oğlanların analarını qane etməyə çalışır ki, öz övladlarının qarşısını Suriyaya getməkdən alsınlar. Çünki İngiltərə höküməti Suriyaya gedənlərin vasitəsi ilə silahların ölkə daxilinə gətizdirilməsindən bərk narahatçılıq keçirdir.”

Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır

Livan Milli Məclisinin spikeri Nəbiyyə Beri bu gün Seyyid Sədrud Din Sədr, Seyyid Rəd Şərəfud Din və Livan Məhkəmə sisteminin əlaqələr şöbəsinin sədri Həsən Şami ilə birgə Libiyada işgüzar səfər zamanı yoxa çıxmış İmam Musa Sədr və onu müşayət edən daha iki nəfərin müəmmalı taleyi haqqda Libiya rəsmiləri ilə görüş keçirərək danışıqlar aparıblar.

Beyrutda Livanın rəsmi xəbər agentliyinin bildirdiyinə görə, Livanın Qanunvericilik Qüvvəsinin (parlament) sədri bildirib: “Bu görüş, itkin düşmüş İmam Musa Sədr və onu müşaiyət edən iki nəfərin müəmmalı taleyinin axtarışı ilə bağlı əldə olunan son nəticələr haqqda baş tutub.”

O, daha sonra bildirib: “Görüş zamanı biz xüsusi vurğu ilə, İmam Musa Sədrin itkin düşməsi ilə bağlı Livan və Libiya hökümətləri arasında əldə olunan müvafiqnamə üzərində danışıqlar apardıq. Bu iş bizim üçün olduqca həyatıdır. Çünki, qeyd olunan müvafiqnamə onların səhih və...

Azərbaycanlı vəhhabilər: Azərbaycanlı vəhhabilər baş kəsməklə məşğuldur

 İnternetdə İŞİD qruplaşmasına mənsub terrorçuların baş kəsmə videosu yayılıb
"Youtube" sosial şəbəkəsində yayılan videoda azərbaycanlı vəhhabilərin də baş kəsmə əməliyyatında iştirak etdiyi göstərilir.
İslamazeri.az-ın verdiyi xəbərə görə, videonun fonunda Azərbaycan dilində danışıqlar gedir. Videonun sonunda deyilir ki, bütün ceyşullahları bu aqibət gözləyir.
Ceyşullah qruplaşması da vəhhabi terrorçuları tərəfindən təşkilatlanıb. Digər vəhhabi təkfirçi qruplaşması İŞİD, Suriyadakı terrorçularla yola getmir, onları münafiq, kafir adlandırır və qətllərini də vacib hesab edir.
"Əl-Qaidə" terror təşkilatının sədri Əymən əz-Zəvahiri bu gün "Nusra" terrorçularına xəbərdarlıq göndərib. O deyib ki, "Nusra" yaraqlıları Suriyada olan digər təşkilatlarla savaşmasın. Belə olduğu təqdirdə əsl hədəfdən yayınırlar.

BMT-nin sığınacağına hücum: BMT-nin sığınacağına hücum - 58 ölü, 100 yaralı

Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı sığınacağına silahlı hücum olub.

Təcavüzkarlar BMT bazasına sülh nümayəndəsi kimi yaxınlaşıb. Silahlı hücum nəticəsində 48 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Təcavüzkarların sayı təxminən 350 nəfər olub və 10 itki veriblər. Hücumu şiddətli bir şəkildə qınayan BMT Baş katibi Pan Gi Mun BMT əsgərlərinə qarşı hücumun qəbul edilə bilməyəcəyini və bunun yerdə qalmayacağı xəbərdarlığını verib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel