Blog Arşivi

4 Mart 2014 Salı

“Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son qərarı

Baş nazirin müavini Abid Şərifov bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlayıb.
A. Şərifov deyib ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub: “Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər.
Xatırldaq ki, “Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar. Aksiya iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul təklif edirlər. Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır.



İsrailin növbəti zülmü: “Məscidi-Əqsaya” giriş qadası

İsrail müsəlmanların ibadət etməsinə qadağa qoydu Qarabaghnews.com-ın “islamazeri.az”-ə istinadən verdiyi xəbərə görə, İsrail rejimi fələstinlilərə qarşı növbəti qanunsuzluğa imza atıb. Belə ki, “Məscidi-Əqsa”-ya 50 yaşdan kiçik olan kişilərə giriş qadağan edilib. İsrail ordusu tərəfindən verilən yazılı açıqlamada, “Məscidi-Əqsa”-ya icazə səndədi olan qadınlar və 50 yaşdan yuxarı icazə sənədi olan kişilərin girməsinə icazə veriləcəyi bildirilib. Qeyd edək ki, Qəzzada yaşayan fələstinlilərə ...

Məşhur turizm saytı işğal olunmuş Azərbaycan ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib

Mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Bununla belə, “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın tərkibində qeyd olunub. Funksiyası rus, ingilis, ərəb, fransız və digər dillərdə səyahətçilərə ölkələr, turizm obyektləri və otelləri haqqında məlumat bazası rolunu oynayan saytda qondarma “Dağlıq Qarabağ Respublikası”nın otelləri, turizm imkanları barədə məlumat ...

Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycanda döyüşmək üçün hazırlıq hesab edirlər

Gəncədə MTN əməkdaşdının öldürülməsi, Zaqatala, Balakən hadisələri, Eurovision müsabiqəsi ərəfəsində vəhabilər tərəfindən ölkə prezidenti İlham Əliyevi terror etmək planı Azərbaycan Respublikası vəhabilərinin yalnız bir hissəsidir
2013-cü ilin yayında Sumqayıt vəhabilərinin öz güclərini göstərmələri məqsədilə etdikləri ilk hərəkətin şahidi olduq. Bu şəhərin vəhabiləri burda yeni tikilmiş məscidi tamamilə öz idarəçiliklərinə keçirməyə çalışdılar. Bu şəhərin şiələrinin fəaliyyət və geniş iştirakının ardınca onların hərəkatı məğlubiyyətə uğradı.
Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.
Bir müddətdən sonra məlum oldu ki,...

Nemət Pənahlı ailə üzvləri ilə görüşüb

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı martın 3-də deyib ki, görüş fevralın 28-də olub: “Uşaqları da özümlə aparmışdım. Nemətin səhhəti, əhvalı çox pisdir. Şəkəri ona əvvəlkindən artıq əziyyət verir. Bu dəfə həbsxanada yemək qəbulu vaxtı olduğu üçün apardığım ərzaqları götürməkdə problemi olmadı. Sadəcə 3 saat qapıda gözlətdikdən sonra içəri buraxdılar. Çöldə gözləməkdən uşaqlar da xəstələnib. Niyə gec buraxdıqları ilə bağlı hər hansı açıqlama vermədilər”.
52 yaşlı Nemət Pənahlı 6 övlad atasıdır. O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib

Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşılaşıb”

Dini fəal, bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova onunla görüşüb. Könül İsmayılova bildirib ki, görüş əsasən yoxlama məqsədi güdüb: “Çünki Rəşad karantində idi. Nə zəng edirdi, nə də xəbər ala bilirdik. Nigaran idik. Amma 2 saylı Cəzaçəkmə Müəssisəsinə getdiyimiz gün onu buraxmışdılar. Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra əhvalı bir qədər yaxşılaşıb”.
Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Bloqçu ötən ay Bakı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel