Blog Arşivi

20 Mayıs 2013 Pazartesi

Beynəlxalq təşkilatlardan hakimiyyətə etiraz




Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) mayın 14-də ölkə parlamentinin qanunvericiliyə repressiv düzəlişləri qəbul etməsini qəti şəkildə pisləyir. Düzəlişləri baş prokuror təqdim edib və bu, prezident seçkiləri ərəfəsində qəbul olunub. Bundan sonra böhtan və təhqirə görə ağır cərimələr onlayn-kontentə, o cümlədən sosial şəbəkələrə şamil ediləcək. Bundan əlavə, inzibati həbsin müddəti iki dəfə uzadılıb. “Düzəlişlər tənqidə qadağa qoyulmasına yönəlib. Düzəlişlər repressiv ab-havaya baxmayaraq, etirazını davam etdirənləri susmağa məcbur etmək məqsədi güdür”, - İGPA-nın birgə bəyanatında deyilir. “Diffamasiyaya görə cinayət təqibini cəmiyyətin daha geniş dairəsinə, o cümlədən onlayn ifadəyə şamil etməklə Azərbaycan hakimiyyəti İlham Əliyevin özünün də bəyan etdiyi islahatların keçirilməsi ilə bağlı öhdəliklərini pozur və beynəlxalq tendensiyaların əksinə hərəkət edir. Eyni zamanda polis icazəsiz mitinqin təşkilinə və ya tabe olmamağa görə istənilən şəxsi inzibati qaydada saxlamaqda tam sərbəstdir. Seçkilərə bir neçə ay qalmış hakimiyyət rejimi tənqid edənləri qorxutmaqda əvvəlkindən daha qətiyyətlidir. İfadə azadlığı üçün mühit gündən-günə pisləşir, jurnalistlər, blogerlər, müxalifət fəalları artmaqda olan təzyiqlərə məruz qalırlar. Bura repressiv qanunlar, həbslər, fiziki hücumlar, böhtan kampaniyaları daxildir. 

Beynəlxalq birlik fikrin ifadə olunması azadlığı (o cümlədən İnternetdə) ilə bağlı öhdəliklərini Azərbaycana xatırlatmalıdır və hüquqi islahatları təmin etməlidir”, - bəyanatda bildirilir. Sənəddə konkret qanunverici dəyişikliklər sadalanır, təhlil edilir və səbəb ola biləcəyi nəticələr göstərilir. Bəyanatda jurnalistlərin, blogerlərin və fəalların hüquqlarının pozulması ilə bağlı konkret hallar qeyd olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İGPA Azərbaycan hakimiyyətini aşağıdakılara çağırır:

• söz azadlığına və dinc toplaşmaya, o cümlədən onlayn azadlığına hörmətlə yanaşmağa;
• böhtan və təhqirin dekriminallaşdırılması barədə öz vədlərinə hörmətlə yanaşma;
• icazəsiz toplaşmanın təşkilinə və ya keçirilməsinə görə cəza kimi inzibati saxlamanın ləğvi;
• narazıların cəzalandırılması üçün saxta cəza və ya inzibati işlərdən istifadə edilməsinə son qoyulması;
• KİV işçilərinin və blogerlərin təqib edilməsinə son qoyulması;
• Hilal Məmmədov, Əvəz Zeynallı, Zaur Qurbanlı və həbsdə olan digər jurnalistlərin, blogerlərin və fəalların azad edilməsi.


Bəyanatı Article 19; Freedom House; KİV-ə Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar imzalayıblar.

Azərbaycanın Qərb bölgəsindən Mövsüm Səmədova 21 min imzalıq müraciət

Məlum olduğu kimi ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə və paytaxtda yaşayan vətəndaşlar-ziyalı, dindar, mömin insanlar Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova müraciət ünvanlamaq barədə təşəbbüs qaldırıblar və bu təşəbbüsə artıq ölkənin müxtəlif bölgələrindən minlərlə imza toplanıb. Vətəndaşlar hazırda 11 saylı cəzaçəkmə müəssisəndə həbs müddəti çəkən Səmədovdan prezidentliyə namizədliyini irəli sürülməsini xahiş edirlər.

İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonundan ümumilikdə 20 minə yaxın imza atıblar.

Bu rayonların sırasına Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə və Ucardan olan 21700 nəfər də qoşulub. Vətəndaşlar keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşulduqlarını bildirirlər: “Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və  torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir. Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”

Jurnalist və AXCP fəalı mal-qara aksiyasına görə cərimələndi

Mayın 10-da Imişlinin Otuzikikənd kəndinin sakinləri örüş yerlərinin qanunsuz satılmasına etiraz olaraq, mal-qaraları ilə birlikdə rayon Icra Hakimiyyətinin qarşısına gəlib orada aksiya keçirməyə cəhd göstərmişdi. Lakin polislər Icra Hakimiyyətinin yaxınlığında etirazçıların qarşısını kəsərək, onların bir qismini tutub polis şöbəsinə aparmışdılar. Saxlanılanlar arasında AXCP-nin Imişli şöbəsinin fəalı Vüqar Qədirov, aksiyanı lentə alan “Azadlıq” radiosunun əməkdaşı Azər Əli də var idi.
Saxlanılan şəxslər həmin gün buraxılsa da, onlardan başqa yerə getməmək barədə iltizam alınmışdı. Dünən isə onların məhkəməsi keçirilib. Imişli Rayon Məhkəməsinin qərarı ilə onlar polisin qanuni tələblərinə əməl etməməkdə günahlandırılaraq, hər biri 200 manat cərimələniblər.
Jurnalistin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Azadlıq” radiosuna açıqlamasından bildirib ki, məhkəmənin qərarından narazıdır: “Bu, qanunsuz və ədalətsiz bir qərar idi. Cərimə etməklə guya ədalət nümayiş etdirdiklərini göstərmək istəyiblər. Əslində, jurnalistin saxlanması ciddi səhv idi. Biz müdafiə tərəfi olaraq apelyasiya şikayəti verəcəyik”.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel