Əlaqə
9 Eylül 2014 Salı
Qarabağ əlilləri fəryad edir
«Bizi insan yerinə qoyan yoxdur; məmurlar bizə qənim kəsilib»
Bir qrup Qarabağ müharibəsi
əlili dövlət başçısı Ilham Əliyevə ünvanladığı müraciətin surətini
“Azadlıq”a da göndərib. Müraciəti Loğman Paşayev, Məhərrəm Əliyev, Yaşar
Həziyev və daha 27 nəfər imzalayıb. Problemlərinin həllinə nail olmaq
üçün bir daha “Azadlıq” vasitəsilə dövlət başçısından yardım istəyən
Qarabağ qaziləri müraciətdə yazır:
“Qarabağ Əlilləri Cəmiyyətinin
Suraxanı rayon şöbəsinə təsərrüfat fəaliyyətilə məşğul olmaq üçün Bakı
Şəhər Icra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. 2001-ci ildə
Qarabağ Əlilləri Cəmiyyəti fəaliyyətini dayandırandan sonra onun hüquqi
varisi kimi, ”Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri” Ictimai Birliyi yaradıldı. Bu birlik orada təsərrüfat işi
apara bilməyib və Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində
3,839 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətindən çıxarış alınıb. Sonra isə cəmiyyət üzvləri arasında bölünüb.
Qərara alınıb ki, orada Qarabağ müharibəsi əlilləri kiçik də olsa,
özlərinə ev tiksin.
Təəssüf ki, Suraxanı icra
hakimiyyəti və Bakı Şəhər Icra Hakimiyyəti bu işə imkan vermədi.
Tikdiyimiz tikintiləri dəfələrlə Suraxanı rayonunun icra orqanları
söküb. Baxmayaraq ki, rayonda kifayət qədər qanunsuz tikintilər var.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda əllərini, ayaqlarını itirən,
əlil arabasında ömür keçirən, son dərəcə ağır vəziyyətdə olan insanlara
tikinti aparmağa imkan verilmir. Bizi insan yerinə qoyan yoxdur. Bu
məmurlar bizə qənim kəsilib. Biz 5 mart 2014-cü ildə Qarabağ Qaziləri və
Vətən Müharibəsi ictimai birliklərinin rəhbərlərilə birgə Bakı Şəhər
Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdük. O, bizim
yanımızda Suraxanı icra başçısıyla telefon əlaqəsi yaratdı və ona
müvafiq tapşırıq verdi. Lakin o vaxtdan indiyədək yollarda qalmışıq.
Bizi düşmən gülləsi sındıra bilmədi, lakin bəzi məmurlar bizi
aşağılamaqla mənəvi əziyyət verirlər. Məcburuq ki, özümüzə qəsd edək.
Bizim səsimizi eşidin, kömək edin”.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder