Blog Arşivi

20 Nisan 2013 Cumartesi

Salam və rüşvət


Camaat robota ev işlərini görməyi öyrədir, ayıya futbol oynamağı başa salır, bizdə də xalqı rüşvətə öyrəşdirirlər
Rüşvətxor ölkələr siyahısı tərtib edilsə, birinci olmasaq da, ön sıraları tutacağımıza şübhə yoxdur. Heç kimə sir deyil ki, bu gün adicə bir inşaata fəhlə düzəlmək üçün də az qalırlar rüşvət alsınlar. O vaxt rəhmətlik Füzuliyə ayrılan məvacibi vermədikləri üçün və onun işini bizim idarələrdəki kimi get-gələ saldıqları üçün rəhmətlik dözməyib belə deyib: “Salam verdim, rüşvət deyildir deyə, almadılar.”

Salam və rüşvət. Bir-birini zidd iki şey; biri salamatçılıq, sülh, sağlamlıqdır, dinimizin təməlidir. Digəri isə bunun tam əksidir, xəstəlikdir, ölümdür, əziyyətdir, bu dünyada həbs, o dünyada atəşdir.

Birinin (salamın) verilməsi bəyəniləndir, lakin alınması vacibdir. Digərinin (rüşvətin) verilməsi də, alınması da haram və böyük günahlardandır.

Bizim məmləkətdə salamdan çox rüşvətin dəyəri, hörməti, yuxarı başda yeri var. Hətta, o həddə ki, bunu israrla çatdırmaq üçün bəzən el arasında deyirlər, “əşşi, bu zamanda adama pulsuz salam da vermirlər”. Şəksizdir ki, bu söz bizim xalqın içindən çıxıb. Təsəvvür edirsinizmi ki, salamı pulla versinlər və alsınlar. Məsələn, on min verirsən, salam verirlər. İslam düşmənləri çox tədbirlidir, İslamı hər fürsətdə aradan aparmağa çalışırlar. Şeytanın qulağı kar olsun, birdən eşidər və İslamın təməli olan, bütün dünyada verilən və duaya, xeyirə səbəb olan salamı ləğv etmək istəyər. Və yaxud da Milli Məclis qərar qəbul edər ki, insanlar bir-birinə salam verməsin, kimi salam verən görsəniz, həbs edin. Cərimə edin. Məsələn, 5000 AZN-dən 25000 AZN-ə qədər. Edərlər, bunu da edərlər. Misal üçün kimin ağlına gələrdi ki, aksiyada iştirak edənləri cərimələyərlər və yaxud da məscidlərdəki xütbələr QMİ ilə, müvafiq icra hakimiyyəti ilə razılaşdırılandan sonra verilməsi haqqında cızmaqara imzalanar. Çox əcaib və qəraibdir.

Bu gün-sabah salam vermək də pulla olar, yəni rüşvətlə. Bir zamanlar yatsaq yuxumuza da girməzdi ki, həkim, polis pulla olar, rüşvətə hörmət, haqq, şirinlik deyilər. Lakin buna bizi öyrəşdirdilər. İndi bəlkə bu yazdıqlarım qəribə görünür. Hər şey öyrəşdirməkdən asılıdır. Camaat dəmirə (robota) ev işlərini görməyi öyrədir, ayıya futbol oynamağı başa salır, bizdə də, xalqı rüşvətə öyrəşdirirlər.

Nə deyim vallah, ümid edirəm ki, gün gələr, Füzulinin dediyinin əksini deyərik. Rüşvət verəndə almazlar ki, bu salamatçılıq yox, xəstəlikdir, atəşdir. Onda bizdə iftixarla deyərik: Rüşvət verdim, salam deyildir deyə, almadılar...

“Elə bil keçən əsrin 37-ci ilində yaşayırıq”



Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov “Media forum” saytının suallarını cavablandırıb
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
- Saxlandığınız cəzaçəkmə müəssisəsinin şəraitindən razısınızmı?
- Bu müəssisə sovet dövründə tikilmiş bir binadır. Təsisatları da eynilə o dövrdən qalmadır, Avropa standartlarına heç bir uyğunluğu yoxdur.
- Oktyabr ayında prezident seçkisi keçiriləcək. Prosesləri izləyə bilirsinizmi?
- Bura ancaq iqtidar qəzetlərini buraxırlar. Müxalifətə aid heç nə yoxdur. Televiziya da, radio da bu tipdədir. Elə bil müasir Azərbaycanda, 21-ci əsrdə deyil, keçən əsrin 37-ci ilində yaşayırıq. Yalnız bugünlərdə öz istəyimlə ailə üzvlərim mənə müxalifət qəzetləri gətirib. Bu 2 ildə birinci dəfədir həmin qəzetləri görürəm.
- Oktyabrda keçiriləcək prezident seçkisində hansı namizədə dəstək verəcəksiniz?
- Azərbaycanın həqiqi istiqlaliyyəti uğrunda öz səyini əsirgəməyənə. Bu şəxs ilk növbədə Qarabağ probleminin həlli yolunda iradəsini göstərməlidir. Belə keyfiyyətləri daşıyan şəxsin varlığını bilsək, onun bu mübarizə yolunda axıra qədər davam gətirəcəyini görsək, müşahidə etsək, namizədliyimizi də geri götürməyə hazırıq. Bu namizəd hazırkı iqtidar kimi zalım, ədalətsiz yox, insani keyfiyyətləri olan, ədalətli, vicdanlı biri olmalıdır. Hər hansı cərəyana qulluq etməməlidir. Azərbaycanın azadlığını Avropanın yanında axtarmamalıdır. Milli-mənəvi məsələlərə diqqət yetirməlidir.
Belə şəxslər var, 20 ildə özlərini göstərib. İnanıram ki, xalqımız məhz o adamlara etimad göstərəcək.
- Sizin namizədliyiniz necə, gözlənilirmi?
- Lazım gələrsə, namizədliyimi irəli sürməyə hazıram. Bir şərtlə ki, dostlarımız və xalqımız bunu istəsin, mənə etimad göstərsin. Belə halda bunu özümə borc, vəzifə hesab edərək seçkidə iştirak edərəm.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel