Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
16 Şubat 2014 Pazar
Hicab məhbusu Seymur Bağırlı azadlığa çıxdı
“Müqavimətimiz davam edir və bu yolda addımlamağa davam edirik”
5 oktyabr 2012-ci il tarixində təhsil nazirliyinin qarşısında
keçirilən “hicaba azadlıq” aksiyasında həbs olunan Seymur Bağırlı bu gün
azadlığa çıxıb.
Azadlığa çıxan hicab məhbusu İslamazeri.az-a münasibət bildirib.
O qeyd edib ki, “İbrahimə (ə) odu gülüstan edən Allah,...
Suriyada 4 sumqayıtlı öldürüldü
Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.
Terrorçulara məxsus saytlardan əldə edilən məlumata görə,...
Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb
Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb. Öldürülən şəxs
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa
verildiyi məlum olub. Həmin şəxs Əfqanıstanda silahlı qruplaşmaların
tərkibində vuruşub. Bakı şəhər sakini,...
Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?
Kişiyə aid hansı ziyanlar ailəyə ciddi ziyan vurur?1. Həyat yoldaşına əziyyət vermək.
Qadın öz isti ailə ocağından ərinin evinə köçər və burada hər şey
onun üçün yenidir. Sevgi ilə bir evdən elə bir evə gəlir ki, burada
məhəbbət ikitərəfli olmalıdır. Əgər qadın öz həyat yoldaşına sevgi
göstərər,...
Vəhhabiliyin övladları
Ərəbistan
universitetlərində dini təbliğatçılar yetişdirməyə xüsusi əhəmiyyət
verilir. Bu təbliğatçılar xüsusi kurslar keçdikdən sonra vəhhabi
əqidəsini öyrənir və vəhhabiliyi tanıtdırmaq, şiəliklə mübarizə üçün
dünyanın müxtəlif nöqtələrinə göndərilirlər.
Islam
ölkələrində vəhhabiliyin təbliğ olunması ciddi bir məsələdir. Bu firqə
əqidəvi cəhətdən azğınlıqda olmasından əlavə, istismarçıların, Amerika
və İngiltərənin şeytani siyasətləri üçün bir vasitədir və müsəlmanlar
arasında parçalanmanın əsas amillərindəndir.
İslam
dünyasında parçalanma yaratmaq Amerika başda olmaqla,...
12 Şubat 2014 Çarşamba
Zəlzələ bəzi bölgələrdə dağıntılara səbəb olub
Seysmoloq baş verən son yeraltı təkanı qiymətləndirdi və proqnoz verdi; zəlzələ anında insanlar nə etməlidir?
Amerikalı
alimlərin Azərbaycan haqda verdiyi zəlzələ proqnozundan sonra əhali
arasında bir gərginlik var idi. Fevralın 10-da baş vermiş zəlzələdən
sonra bu gərginlik daha da artıb. İnsanlar təlaş və qorxu
içərisindədirlər. Məlumat üçün bildirək ki, zəlzələ zamanı paytaxtda
qorxuya düşən insanlar bir neçə saatlıq evlərini tərk ediblər.
Şamaxıda da əhalinin əksəriyyəti evini tərk edib. Bunu aznews.az-a
açıqlamasında...
Səudiyyə Ərəbistanında terrorçular necə hazırlanır
Livanın “Asianewslb”
saytına istinadən, bir neçə gün öncə Səudiyyə
Ərəbistanında yeni bir qanun qüvvəyə mindi. Məlum qanuna əsasan Suriyaya
döyüşməyə gedən bu ölkə vətəndaşları cəzalandırılacaq. Ekspertlərin
fikrincə rəsmi Riyadın 3 il Suriya olaylarından sonra belə bir qanunun...
Azərbaycan media azadlığı indeksində 180 ölkə arasında 160-cıdır
Beynəlxalq media təşkilatı olan
“Sərhədsiz reportyorlar” yeni hesabat – “Dünyada Mətbuat Azadlığı
İndeksi” adlı sənəd yayıb. Reytinq cədvəli 180 ölkəni əhatə edir. İlk
sıranı Finlandiya, sonuncu pilləni...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizimlə bağlı açıqlama verdi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib. Komitədən bildiriblər ki, məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib:
"Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili,...
Azərbaycanda yeni nazirlik yaradıldı
Azərbaycanda yeni Nazirlik yaranıb. Prezident İlham Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası...
Eldar Əzizovun park biznesi
Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə yoxa çıxıb; Nəsimi parkı oliqarxlara satılır
“Eldar Əzizov Sumqayıtda hər yeri satıb qurtarıb, indi də keçib Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisini satmağa. Ən acınacaqlısı odur ki, icra başçısı bu parkın ərazisindəki 20 Yanvar şəhidlərinin...
“Eldar Əzizov Sumqayıtda hər yeri satıb qurtarıb, indi də keçib Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisini satmağa. Ən acınacaqlısı odur ki, icra başçısı bu parkın ərazisindəki 20 Yanvar şəhidlərinin...
Tələbələrdən Anadolu Universitetinin “filialı”na şok ittihamlar
Onlar distant təhsil verən İnnovasiya Mərkəzini “pul tələsi” adlandırırlar; mərkəzin isə ittihamlara öz cavabı var
Anadolu Universitetinin Bakıdakı İnnovasiya Mərkəzində təhsil alan bir qrup...
11 Şubat 2014 Salı
Xəstə çağırışçılar varlı balalarının əvəzinə əsgər aparılır
Üzeyir Cəfərov: “Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar?”
Yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən geri qaytarılması xəbəri diqqəti yenidən gənclərin həqiqi hərbi xidmətə çağırılması mövzusuna yönəldib.
Rəsmi məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin tabeliyində...
Yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən geri qaytarılması xəbəri diqqəti yenidən gənclərin həqiqi hərbi xidmətə çağırılması mövzusuna yönəldib.
Rəsmi məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin tabeliyində...
Hər il Azərbaycanda 40-60 uşaq intihar edir
Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir.
Bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil...
9 Şubat 2014 Pazar
Bakıda qadın özünü yandırdı
Yaxınlıqda olan polis əməkdaşları dərhal özlərini çatdırıblar. Bu gün paytaxtda daha bir nəfər özünə od vurub.
Qarabaghnews.com-ın “Anspress”-ə istinadən verdiyi xəbərə görə,...
8 Şubat 2014 Cumartesi
47 milyon amerikalı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
47 milyon amerikalı
yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və orta təbəqəyə aid olan
bir çox ailələr də tədricən yoxsullaşırlar.
Barak Obama özünün konqresdəki son...
Suriyada daha bir azərbaycanlı öldürüldü
Gürcüstanda yaşayan soydaşlarımızın içərisində də Suriyaya vuruşmağa gedənlər olub.
Bunlar Marneuli rayonunun Qaçağan kəndinin sakinləri Azər və Asif
Alim oğlu Qafarovlardır. İki qardaşdan biri, Azər Qafarovun ölüm xəbəri
ailəsinə xəbər verilsə də, Asəf barədə ailəsi məlumatsızdır. Verilən
məlumata görə hər iki qardaş radikal dini qruplaşmaların üzvü kimi
tanınıblar.
Suriyada döyüşən azərbaycanlıların komandiri öldürüldü
Suriyada Bəşər Əsədə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu
“Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri
Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb.
Lent.az-ın terorçulara yaxın “kavkazcenter” saytının “tvitter”
səhifəsinə istinadən verdiyi xəbərə görə, Şuşanınin Hələb həbsxanası
yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.
Axı onlar ilğım deyillər…
Düşmən bəllidir – Ermənistan. Lakin son günlərin hadisələri sübut
etdi ki, əslində düşmənlərimiz yalnız ermənilər deyil. Bəzi uzaqgörən
həmyerlilərimiz neçə illərdir ki, daxilimzdə qorxulu bir əjdahanın
bəsləndiyini deyir, haray çəkir. Nə fayda? Onları ciddiyə almayıb,
hamımız diqqətimizi başqa səmtlərə, başqa problemlərə yönəltdik. Amma ay
dolandı, il keçdi, vədə yetişdi: baramadan yeddibaşlı əjdaha çıxdı və
od püskürməyə başladı. Bir zamanlar Əfqanıstanda, Pakistanda, İraqda
müşahidə etdiyimiz və vəhşilikləri damarlarımızda qan donduran
“mücahidlər” artıq Azərbaycanda yetişir.
Mövsüm Səmədov: “Qapalı rejimlər bizi qorxutmaz”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov
bəyanatla çıxış edib. Onun vəkili Anar Qasımlı “Media forum” saytına
bildirib ki, Mövsüm Səmədov ruhani Abgül Süleymanovun saxlandığı rejimin
dəyişdirilməsinə etiraz edib: “Mövsüm Səmədov bəyan edir ki, Abgül
Süleymanova qarşı təzyiqlər təkcə ona yox, bütövlükdə islamçılara qarşı
yönəlib. Amma belə təzyiqlər, qapalı rejimlər bizi qorxutmaz. Yaxşı olar
ki, hökumət buna sərf etdiyi vaxtı, qüvvəni, enerjini vəhhabilərlə
mübarizəyə həsr etsin”.
Məmurlar din məsələsində ehtiyatlı olmalıdırlar» – İlqar İbrahimoğlu
DEVAMM rəhbəri spiker Oqtay Əsədovun Quranın Azərbaycan dilində oxunması barədə təklifini şərh edib
Hacı İlqar İbrahimoğlu: «Quranın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir»
Parlamentin son plenar iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunması barədə tövsiyyəsi günün müzakirə mövzusuna çevrildi. MM sədrinin bu barədə təklifi dini kəsimdə necə qarşılanır?
Parlamentin son plenar iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunması barədə tövsiyyəsi günün müzakirə mövzusuna çevrildi. MM sədrinin bu barədə təklifi dini kəsimdə necə qarşılanır?
2 Şubat 2014 Pazar
Azərbaycanda elektrik enerjisinin qiyməti qalxdı
Fevralın 1-dən etibarən ölkədə elektrik enerjisinin qiyməti bahalaşacaq. Bu barədə "Akkord” Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyinin administrasiyası tərəfindən şəhərciyin sakinlərinə xəbərdarlıq edilib. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, onlara bildirilib ki, fevral ayının 1-dən etibarən elektrik enerjisində yeni tariflər tətbiq olunacaq və artıq sakinlər elektrik enerjisinin 1 kv/saatını 6 qəpikdən deyil, 10 qəpikdən ödəməli olacaqlar. Yəni birdən-birə təxminən benzinin qiymətində olduğu kimi, 70 faizə yaxın artım baş verəcək. Hətta, bundan əndişəyə düşən sakinlər gələn ay sərf edəcəkləri elektrik enerjisinin ödənişini də bəri başdan ödəməyə başlayıblar ki, təxminən 70 faiz qabağa düşsünlər.
AXCP Müsavatın təklifini rədd edib
“Siyasi
partiyaların əsas vəzifəsi seçkilərə hazırlaşmaqdır. Biz həm ölkədəki
siyasi vəziyyəti, həm də partiya strukturlarında durumu araşdırırıq.
Bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı qərarımız bu
araşdırma başa çatdıqdan sonra məlum olacaq”.
Silahlı Qüvvələr ötən ay 7 nəfər itirib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına
görə, 2014-cü ilin ilk ayında Azərbaycanın təhlükəsizlik və müdafiə
sektoru 7 nəfər itirib. İtkilərin 2-si döyüş, 5-i qeyri-döyüş
itkiləridir. 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar
edib.
Dünyasını dəyişənlərin 6-sı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.
Dünyasını dəyişənlərin 6-sı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.
Baş nazirin müavini: “Azərbaycan müharibəyə hazırdır”
“Azərbaycan müharibəyə hazırdır. Eyni zamanda ermənilərin təxribatları
əsasında atəşkəslə bağlı baş verən hadisələr və onların nəticələri də
Azərbaycanın müharibəyə hazırlığının yüksək səviyyədə olduğundan xəbər
verir”.
“Qarabağda müharibə niyə də indi başlamasın...”
Rusiyalı nüfuzlu ekspert hesab edir ki, Bakının savaş qərarı Kremli
olduqca çətin duruma sala, onun reputasiyasına sarsıdıcı zərbə vura
bilər...
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.
28 Ocak 2014 Salı
Bu bayrağı tutan əllər var olsun!
Bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən sərgidə azərbaycanlı tələbələrin qeyri-adi və həm də təbbi bir etiraz aksiyası olub. Belə ki, keçirilən sərgidə təşkilatçılarla əvvəlcədən razılaşdırıldığının əksinə olaraq, ermənilərin "Qarabağ" adlı stendi yerləşdirilib. Bundan hiddətlənən İspaniyadakı azərbaycanlı tələbələr Azərbaycan bayrağına bürünərək stendin qarşısını kəsiblər. Onlar burada Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini sərgidəki media orqanlarının diqqətinə çatdırıblar.
Azərbaycanda ali məktəblərin reytinqi açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları ali məktəblərin adlarını açıqlayıb.
TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda deyib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan
27 Ocak 2014 Pazartesi
Azərbaycan sürətlə qocalır
Bir neçə gün öncə qohumumuzla bağlı faciə
baş verib. Həmin ailə Rusiyada yaşayır. Ata öz kiçik oğlunun bəzi
sənədlərini qaydaya salmaq üçün Bakıya gəlir və bacısı gildə qalmağa
başlayır. Faciədən bir gün əvvəl gecə saat 2-yə kimi Moskvada qalan
həyat yoldaşı və böyük oğlu ilə Skype vasitəsi ilə danışır. Sübh tezdən
hansısa sənədlə bağlı yenidən evə zəng edir. Xanımı ilə danışır, oğlunun
da səsini eşitmək istəyir və…
Bacısı deyir ki, bir də o biri otaqdan fəryad səsi eşitdim. İçəri girəndə qardaşının böyük ekranın qarşısında yerdə dizin-dizin süründüyünü, xalça-palayazı yaladığını,
Bacısı deyir ki, bir də o biri otaqdan fəryad səsi eşitdim. İçəri girəndə qardaşının böyük ekranın qarşısında yerdə dizin-dizin süründüyünü, xalça-palayazı yaladığını,
Cəbhədəki gərginlik, yoxsa müharibənin ayaq səsləri
“İl boyu elə gün olmasın ki, cəbhə
bölgəsində atəşkəs rejimi pozulmasın. Xüsusilə bu cür hallar Ermənistan
tərəfindən daha çox baş verir. Azərbaycan ordusu da öz növbəsində düşmən
tərəfi cavab atəşi ilə susdurur.”
Bu sözləri ehtiyatda olan
zabit, hərbçi-ekspert Tərlan Eyvazov son
25 Ocak 2014 Cumartesi
7 qəzet tətil edərək piket keçirmək qərarı verdi
Yanvarın
25-də bir qrup qəzet redaktoru və səyyar satış şirkətlərinin
təmsilçiləri “Zerkalo” qəzetinin redaksiyasında toplantı keçirib. Əl
yayımına qadağa problemini müzakirə edən toplantı iştirakçıları bir neçə
qərar qəbul ediblər.
7 mətbuat orqanının (“Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Zerkalo”, “Novoye vremya”, “Gündəm xəbər”, “Gündəlik Bakı”) 1 günlük tətil etməsi razılaşdırılıb. Həmçinin yaxın günlərdə deputatların, ictimaiyyət təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir, Sabir bağında piket keçirilməsi qərara alınıb.
7 mətbuat orqanının (“Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Zerkalo”, “Novoye vremya”, “Gündəm xəbər”, “Gündəlik Bakı”) 1 günlük tətil etməsi razılaşdırılıb. Həmçinin yaxın günlərdə deputatların, ictimaiyyət təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir, Sabir bağında piket keçirilməsi qərara alınıb.
Sahib Məmmədov: “Təhlükəsizlik baxımından söküntü işləri tikinti işlərindən daha məsuliyyətli bir sahədir”
Bu gün Bakının Heydər Əliyev prospektində, Nəriman Nərimanov metrosunun
yaxınlığında sökülməkdə olan bina çöküb. Binanı sökən işçilər onu həyətə
uçurmaq istəyərkən, bina əksinə küçəyə və yolun üstünə aşıb. Nəticədə
bir neçə maşın uçqunun altında qalıb. Hadisə nəticəsində ölənlər var.
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının icrayə komitəsinin sədri Sahib Məmmədovdeyib ki,
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının icrayə komitəsinin sədri Sahib Məmmədovdeyib ki,
Bakıda nazirlik rəsmisinə qarşı inanılmaz cinayət: 200 min ver, öldürməyək
Bakıda törədilmiş quldurluq cinayəti
ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bir qrup şəxs tərəfindən hədələnən,
özünün və ailəsinin öldürülməməsi qarşılığında 200 min manat tələb
edilən Mirzəyev Mirzə Rəşid oğlu Maliyyə Nazirliyi 5 saylı Xəzinədarlıq
İdarəsinin rəisidir. O, daha əvvəl Xəzər və Xətai rayonlarında maliyyə
idarələrinə rəhbərlik edib.
Ermənilər əsgərimizi yaraladılar
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun
Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa
rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız
yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz
rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı
Daha bir gənc fəal narkotik ittihamı ilə həbs olundu
Ömər Məmmədov narkotiklə ittiham olunur, tanıyanlar isə gənc fəalın, hətta siqaret də çəkmədiyini bildirir
"Həbsxanalar xaricdə təhsil almış, yerli universitetlərinə yüksək balla daxil olan gənclərlə doldurulub..."
Daha bir gənc fəal - “NIDA” Vətəndaş Hərəkatının keçmiş üzvü, hazırda isə “Axın” hərəkatının
"Həbsxanalar xaricdə təhsil almış, yerli universitetlərinə yüksək balla daxil olan gənclərlə doldurulub..."
Daha bir gənc fəal - “NIDA” Vətəndaş Hərəkatının keçmiş üzvü, hazırda isə “Axın” hərəkatının
Bakıda növbəti evyıxma prosesi başlayır
Sakinlər kompensasiya ilə razılaşmır, onlara evlərini tərk etmək üçün bir həftə vaxt verilib
Bakının Səbayel rayonunda 70 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
Bayraq meydanının yaxınlığında yerləşən Mikayıl Hüseynov 14 ünvanlı binanın sakinlərinə evlərini tərk etmək üçün bir həftə vaxt verilib. Rəsmilər binanı tərk edəcək vətəndaşlara evin kvadratmetrinə uyğun olaraq cəmi 1500 manatdan pul təklif edirlər. Əks halda onların məcburi olaraq evlərindən çıxarılacaqlar və bina söküləcək. Rəsmilər binanın qəzalı vəziyyətdə olduğunu iddia etsələr də, sakinlər iddianı yalanlayır və bildirirlər ki, bu cür fikirlər binanı onlardan
Bakının Səbayel rayonunda 70 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
Bayraq meydanının yaxınlığında yerləşən Mikayıl Hüseynov 14 ünvanlı binanın sakinlərinə evlərini tərk etmək üçün bir həftə vaxt verilib. Rəsmilər binanı tərk edəcək vətəndaşlara evin kvadratmetrinə uyğun olaraq cəmi 1500 manatdan pul təklif edirlər. Əks halda onların məcburi olaraq evlərindən çıxarılacaqlar və bina söküləcək. Rəsmilər binanın qəzalı vəziyyətdə olduğunu iddia etsələr də, sakinlər iddianı yalanlayır və bildirirlər ki, bu cür fikirlər binanı onlardan
Türkiyədəki səfirliyimiz Suriyaya gedən muzdlu azərbaycanlıların qardaş ölkədən keçdiyini təsdiqlədi
Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərə iştirak edən azərbaycanlıların sayı barədə hər gün yeni xəbərlər yayılır. Bu xəbərlərdə muzdlu azərbaycanlıların sayı ilə bağlı hər ötən gün artım müşahidə olunur.
Dəqiq statistik rəqəmlər açıqlanmasa da, həmin döyüşlərdə ölən muzdlu azərbaycanlıların sayının 100-dən çox olduğu bildirilir. Məlumatlara görə, Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhədi keçmək üçün əsasən Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edirlər.
Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb
Azərbaycanda
2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb. Səhiyyə
Nazirliyindən bildirilib ki, 2013-cü ildə Azərbaycanda
qeydə alınmış xəstəliklər arasında tənəffüz, əsəb sistemi və hissiyat
orqanlarının, həzm, qan dövranı sisteminin yolxucu və parazitar
xəstəlikləri üstünlük təşkil edib.
Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.
Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.
Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.
Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.
Xaçmazda vəhabilər 5-ci sinif şagirdini girov götürdülər
Yanvarın 23-də Xaçmazın Susay-Qışlaq kəndində silahlı sələfi (vəhhabi) dəstəsi Susay qışlaq kənd tam orta məktəbinin V sinifində oxuyan Valeh adlı bir uşağı girov götürüb.
Dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görüb. Dəstə uşağı zorla saxlayaraq, ləzgi dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik” deyə hədələyiblər və uşağı bu şərtlə buraxıblar.
17 saylı cəzaçəkmə müəssisəsində Hilal Məmmədova qarşı zorakılıq
Penitensiar
Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində Hilal Məmmədova qarşı
zorakılıq törədilib. O, yanvarın 23-də Kürdəxanı təcridxanasından buraya
gətirilib.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.







































