Əlaqə
9 Şubat 2014 Pazar
Bakıda qadın özünü yandırdı
Yaxınlıqda olan polis əməkdaşları dərhal özlərini çatdırıblar. Bu gün paytaxtda daha bir nəfər özünə od vurub.
Qarabaghnews.com-ın “Anspress”-ə istinadən verdiyi xəbərə görə,...
hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.
Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb.
Yaxınlıqda olan polis əməkdaşlarının
səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.
Xatırladaq ki, ötən gün Bərdədə bir
nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün
axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında
özünə od vurub.
Bir neçə gün öncə isə Yevlaxda 3 övladı
olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirib. O, ünvanlı
sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım
atdığını deyib.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder