Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
8 Şubat 2014 Cumartesi
Mövsüm Səmədov: “Qapalı rejimlər bizi qorxutmaz”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov
bəyanatla çıxış edib. Onun vəkili Anar Qasımlı “Media forum” saytına
bildirib ki, Mövsüm Səmədov ruhani Abgül Süleymanovun saxlandığı rejimin
dəyişdirilməsinə etiraz edib: “Mövsüm Səmədov bəyan edir ki, Abgül
Süleymanova qarşı təzyiqlər təkcə ona yox, bütövlükdə islamçılara qarşı
yönəlib. Amma belə təzyiqlər, qapalı rejimlər bizi qorxutmaz. Yaxşı olar
ki, hökumət buna sərf etdiyi vaxtı, qüvvəni, enerjini vəhhabilərlə
mübarizəyə həsr etsin”.
Vəkil bildirib ki, Mövsüm Səmədovun səhhətində problemlər var:
“Böyrəkləri ağrıyır. Müalicə müəssisəsinə keçirilməsi üçün müraciət
olunub. Növbəti həftə köçürülməsi gözlənilir”.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti
zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12
il müddətinə azadlıqdan məhrum olunub. Bakıdakı 11 saylı Cəzaçəkmə
Müəssisəsində saxlanır.
Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il
müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin yanvarında o, 13 saylı
Cəzaçəkmə Müəssisəsindən ciddi rejimli 8 saylı Cəzaçəkmə Müəssisəsinə
köçürülüb.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder