Blog Arşivi

25 Ocak 2014 Cumartesi

Bakıda növbəti evyıxma prosesi başlayır

Sakinlər kompensasiya ilə razılaşmır, onlara evlərini tərk etmək üçün bir həftə vaxt verilib
Bakının Səbayel rayonunda 70 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
Bayraq meydanının yaxınlığında yerləşən Mikayıl Hüseynov 14 ünvanlı binanın sakinlərinə evlərini tərk etmək üçün bir həftə vaxt verilib. Rəsmilər binanı tərk edəcək vətəndaşlara evin kvadratmetrinə uyğun olaraq cəmi 1500 manatdan pul təklif edirlər. Əks halda onların məcburi olaraq evlərindən çıxarılacaqlar və bina söküləcək. Rəsmilər binanın qəzalı vəziyyətdə olduğunu iddia etsələr də, sakinlər iddianı yalanlayır və bildirirlər ki, bu cür fikirlər binanı onlardan
ucuz qiymətə alıb, külli miqdarda qazanc əldə etmək üçündür. Binanın yerində isə hotel tikiləcəyi söylənilir.
Əməkdaşımız binanın 20-dən artıq sakininin şikayətinin ardınca sözügedən ünvanda olub və problemlə maraqlanıb. O, binanın sakinlərini danışdırıb və binanın qəzalı olmadığını öyrənib. Sakinlər bildiriblər ki, iki aydan artıq müddətdə binanın qəzalı olduğu onlara deyilsə də, indiyədək heç bir rəsmi sənəd təqdim edilməyib: “Çünki bina qəzalı deyil, bizi aldadırlar. Bura hansısa oliqarxın gözü düşüb, yaxınlıqda dəniz, hotel... başqa ölkələrdən buraya istirahətə gəlirlər. Elə biz də eşitmişik ki, sakinləri bayıra atıb binanın yerində hotel tikəcəklər. Biz evimizdən çıxmayacağıq, hansısa oliqarxın pul qazanmaq istəyinə qurban vermək istəyirlər”.
Sakinlərdən Akif Məmmədovun sözlərinə görə, iki il əvvəl bina Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılıb və möhkəmliyi, davamlılığı təsdiq edilib. Bundan sonra hətta “Avrovizion” musiqi yarışması öncəsi binaya ağır dəmir konstruksiyalar da bərkidilib və stendlər asılıb: “Bina qəzalı olsaydı, həmin ağır dəmirləri asmazdılar, bütün mənzillər yoxlanılmışdı. Bu mənzillər bizim xüsusi mülkiyyətimizdir, bizi qolumuzdan tutub necə bayıra ata bilərlər? Universitet müəllimiyəm, 75 yaşım var. Bu yaşımda gedib hansısa ucqar yerdə özümə yeni həyat qura bilmərəm axı. Evi satmaq fikrində deyiləm, həm də ki 1500 manata. O gün JEK-ə yığmışdılar bizi, dedilər ki, çıxmasanız, kran gətirib binanı uçuracağıq”.
Sakinlərdən Şəhla xanım da deyir ki, binanın qəzalı, təhlükəli olması barədə yayılan xəbərlər doğru deyil: “Paytaxtda bir çox yerlərdə qəzalı binaları təmir edib, ya yenidən tikib əvvəlki sahiblərinə qaytarırlar. Əgər qəzalıdırsa, belə də etsinlər, yoxsa bizi buradan çıxarmaq onların hansı marağından irəli gəlir? Mən xahiş etmişəm ki, binanı söksünlər? Bura bizim evimizdir və satmaq fikrində də deyilik”.
Sakinlər bildirirlər ki, bina dövlət ehtiyacları üçün alınmır və onları dəyər-dəyməzinə evi satmağa məcbur edib buranı başqasına satacaqlar: “Deyilənə görə, yerində hotel tikəcəklər, elə yanında da hotel var. O gün gəlib hətta həyəti də ölçüblər, indidən planlaşdırırlar”.
Bəzi sakinlər evlərini satmağa razıdırlar, amma bazar qiymətinə: “1500 manata biz buralardan ev ala bilmərik. Gələnlər deyirlər ki, gedin Hövsana. Biz şəhərin kənarına niyə getməliyik ki? Uyğun variant təklif edilməlidir. Kimsə dövlətin adından istifadə edir, biz çıxılmaz vəziyyətdəyik”.
Sakinlərin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən, Maliyyə Nazirliyindən, rayon icra hakimiyyətindən nümayəndələr gələrək onlardan evlərini ucuz qiymətə satmağı tələb ediblər: “Burada 72 mənzildir, hazırda 60 ailə yaşayır. İki yüzdən artıq insanı bunlar küçəyə tökürlər ki, get, harada istəyirsən yaşa? Belə qanunsuzluq, özbaşınalıq olar? Bəz prezident deyirdi ki, vətəndaşı incitmək olmaz? Biz bu sözü evi ucuz qiymətə almaq istəyən rəsmilərə deyəndə gülürlər”.
Sakinlərdən Yadigar Siyabov isə qeyd edir ki, 22 il yaşadığı binanın möhkəmliyi iki il əvvəl ciddi şəkildə yoxlanılıb və FHN rəy də verib: “Sanki cəngəllik qanunları ölkədə dövran edir, ölkəni idarə edir. Gəlirlər, əllərində heç bir sübut-filan yoxdur, bircə Bakı Şəhər İcra Hakimiyyətinin bildirişi var, onu da bizə vermirlər, uzaqdan göstərirlər. Çox güman ki, sənəd saxtadır. Bildirişdə binanın qəzalı olduğu bildirilir, ancaq bu, yalandır”.
Bina sakinlərinin fikrincə, sakinlərin çıxmayacağını görən nümayəndələr indi də iki il əvvəl asılmış dəmir konstruksiyaların çıxarılmasına qərar veriblər: “İndi də deyirlər ki, dəmir konstruksiyaları çıxaracağıq. Bu, əlbəttə ki, binanı qəzalı vəziyyətə sala bilər. Biz bununla razılaşmayacağıq. Bu binaya neçə illərdir ki, kiminsə gözü düşüb. Yaxınlıqdakı bütün binalar üzlənsə də, təkcə bunu üzləməyiblər. Yəqin buradan keçəndə dövlət başçsıına göstərib buranın pis vəziyyətdə olduğunu demək, aldatmaq və binanı da sökmək istəyirlər. Biz dövlət başçısına müraciət edirik ki, belə hallara qarşı tədbir görülsün. Bizə deyirlər ki, çıxmasanız, banka məcburi şəkildə hesbalara 1500 manatdan pul köçürüləcək və bizi məcbur buradan çıxaracaqlar. Kimi də dindirirsən, yalandan iş icraçısıyıq deyib, suallarımızı cavablandırmaqdan yayınırlar. Burada biz özbaşınalıq, qanunsuzluq hökm sürür. İndi bizə biz həftə vaxt veriblər. İcra hakimiyyəti deyir ki, sonra qaz, işıq, su kəsiləcək və sonra da binanı uçuracaqlar”.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel