Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
8 Şubat 2014 Cumartesi
Axı onlar ilğım deyillər…
Düşmən bəllidir – Ermənistan. Lakin son günlərin hadisələri sübut
etdi ki, əslində düşmənlərimiz yalnız ermənilər deyil. Bəzi uzaqgörən
həmyerlilərimiz neçə illərdir ki, daxilimzdə qorxulu bir əjdahanın
bəsləndiyini deyir, haray çəkir. Nə fayda? Onları ciddiyə almayıb,
hamımız diqqətimizi başqa səmtlərə, başqa problemlərə yönəltdik. Amma ay
dolandı, il keçdi, vədə yetişdi: baramadan yeddibaşlı əjdaha çıxdı və
od püskürməyə başladı. Bir zamanlar Əfqanıstanda, Pakistanda, İraqda
müşahidə etdiyimiz və vəhşilikləri damarlarımızda qan donduran
“mücahidlər” artıq Azərbaycanda yetişir.
Artıq Azərbaycan yalnız neft və qaz deyil, həm də dünyanın qaynar
nöqtələrinə düşüncəsiz, çürük əqidə daşıyıcısı olan zombiləri, ölüm
mexanizmlərini ixrac edir. Bu gün heç kim dəqiq deyə bilməz ki, Suriyada
quldur dəstələri sıralarında neçə azərbaycanlı vuruşur və neçəsi
həyatını hədər yerə itirib. Heç kim dəqiq deyə bilməz ki, bu gün
Azərbaycanın daxilində neçə potensial başkəsən zombi mövcuddur.
Dəfələrlə kriminal xronikalarda izlədiyimiz bu “əxilər” bir barıt
çəlləyidir ki, hamımızı göyə sovurmağa hazırdırlar. Lazımi şərait
yaransa və ehtiyac duyulduğu qədər silah əldə etsələr, heç şübhəsiz ki,
burda da “müqəddəs cihad” elan edib baş kəsməyə, sonra da bu başlarla
futbol oynamağa başlayacaqlar. Bunlar danılmaz faktdır. Amma məni
maraqlandıran bir məqam var.
Sirr deyil ki, Suriyaya yollanaraq Bəşər Əsəd ordusuna qarşı
vuruşanlar özlərini sələfi adlandıranlar, el arasında isə vəhhabi kimi
tanınanlardı. Lakin burda bir müəmma çıxır ortaya. Məsələ burasındadır
ki, sələfi liderləri imicini daşıyan iki şəxs – həm Qamət Süleymanov,
həm də Əlixan Musayev qətiyyətlə bəyan ediblər ki, Suriyada heç bir
cihaddan söhbət belə gedə bilməz, orda öldürülənlərə isə şəhid demək
düzgün deyil. Eyni zamanda, sələfilərin “kiçik çaplı” başçıları da bu
mövqeyi bölüşür və bildirilər ki, uzaq diyarda ölməyə gedənlərlə heç bir
əlaqələri yoxdur. Belə olduqda, meydana sual gəlir: bəs Suriyada
döyüşən azərbaycanlılar kimlərdir? Suriyaya yollananların hamısının
fərdi ictihad nəticəsində ora getməsinə inanmaq sadəlöhvlük olardı. Bu
proseslərin arxasında mütləq hansısa mütəşəkkil qrup və ya qruplar
dayanır. Bəs elə isə onlar kimlərdir?
Qamət Süleymanov və Əlixan Musayev mövqelərini bəyan ediblər. Onları
səmimiyyətini şübhə altına almaq üçün dəlil lazımdır ki, o da əlimizdə
deyil. Nə bilim, bəlkə təqiyyə edirlər? Yaxşısını Allah bilir. Hər
halda, Suriyada vuruşanlar ilğım deyil, real insanlar, özü də bizim
həmvətənlərimizdirlər. Amma qəribədir ki, həm adıçəkilən iki şəxs, həm
də Suriyada döyüşən terrorçulara bəraət qazandıranlar (sosial
şəbəkələrdə belə “mücahidlər” xüsusən fəaldırlar) bir mərkəzin
yetirmələridirlər – Mədinə İslam Universitetinin. Məncə, düşünmək və
məşhur el misalını xatırlamağın tam zamanıdır: “Ət budursa, pişik hanı?
Pişik budursa, ət hanı?”
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder