Əlaqə
27 Ocak 2014 Pazartesi
Cəbhədəki gərginlik, yoxsa müharibənin ayaq səsləri
“İl boyu elə gün olmasın ki, cəbhə
bölgəsində atəşkəs rejimi pozulmasın. Xüsusilə bu cür hallar Ermənistan
tərəfindən daha çox baş verir. Azərbaycan ordusu da öz növbəsində düşmən
tərəfi cavab atəşi ilə susdurur.”
Bu sözləri ehtiyatda olan
zabit, hərbçi-ekspert Tərlan Eyvazov son
günlər cəbhə bölgəsində yaşanan gərginliklərlə bağlı açıqlama verərkən qeyd edib. Müsahibin sözlərinə görə, baş verənlər təxribat xarakteri daşıyır: “Ermənistan Müdafiə Nazirinin rəhbəri Ohanyanın bir neçə gün bundan öncə Azərbaycan kəşfiyyatının Dağlıq Qarabağ ərazisinə keçərək orada öldürülməsinə dair verdiyi bəyanat yalan çıxdı. Əslində isə düşmən tərəfi atəşkəsi pozan zaman itki verdiyi üçün belə bir qabaqlayıcı bəyanatla çıxış etmək istəyib. İndi isə hadisələrin əvəzini çıxmaq üçün Ermənistan ordusu cəbhə bölgəsi boyu atəşkəsi pozmağa çalışır. Hətta işğalçı ermənilər sadə vətəndaşları yaralamaqdan belə çəkinmirlər. “

Ohanyanın “biz Azərbaycan tərəfinə
yaralılarını çıxartmağa imkan verdik” açıqlamasının gülünc doğurduğunu
bildirən ekspert, “maraqlı budur ki, xanıma, uşağa güllə atanlar
yaralıları çıxartmaq üçün imkan verdiklərini söyləyirlər. Hesab edirəm
ki, əgər düşmənlə bizim aramızda müvəqqəti atəşkəs vardırsa,
torpaqlarımız işğal edilibsə, belə olan halda Azərbaycan tərəfi
istənilən zaman öz torpaqlarında hərbi əməliyyat, uçuşlar, kəşfiyyat
xarakterli işlər görə bilər və görməlidir”, - deyə qeyd etdi: ” Bunun
üçün Azərbaycanın həm beynəlxalq, həm də ki, daxili hüququ var.“
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder