Blog Arşivi

2 Şubat 2014 Pazar

“Qarabağda müharibə niyə də indi başlamasın...”

Rusiyalı nüfuzlu ekspert hesab edir ki, Bakının savaş qərarı Kremli olduqca çətin duruma sala, onun reputasiyasına sarsıdıcı zərbə vura bilər...
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.

Şübhəsiz ki, istənilən sülhün alternativi müharibədir - istət lokal olsun, istərsə də qlobal. Qarabağda yeni müharibə isə təkcə Azərbaycanla Ermənistanın deyil, konfliktə cəlb olunmuş bir sıra iri dövlətlərin, regional və qlobal oyunçuların - Rusiyanın, Türkiyənin, İranın, ABŞ-ın, Avropa Birliyinin köklü maraqlarına toxunduğundan, hərbi variantın necə inkişaf tapacağını indidən söyləmək çətindir.
Qarabağ ixtilafı ətrafında proseslərin inkişafı şəksiz ki, rusiyalı analitikləri də düşündürür. Proqnozlar isə əsasən üst-üstə düşür. Ümumi rəy belədir ki, yeni genişmiqyaslı əməliyyatlar proqnoza yatmayan olaylara yol aça bilər.
Əlbəttə ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan üçün ən önəmlisi şimal qonşumuzun müharibə variantında özünü necə aparmasından yanadır. Bu barədə hələ ki, müxtəlif fikirlər mövcuddur. Ortaq yanaşma belədir ki, Rusiya bir çox səbəblərdən qəliz bir seçim qarşısında qala biləcəyindən, hazırkı status-kvonun saxlanmasında maraqlı görünür.
Məsələyə münasibət açıqlayan nüfuzlu ekspert, Rusiyadakı Siyasi və Hərbi Analizlər Mərkəzinin direktoru Aleksandr Xramçixin vesti.az-a açıqlamasında deyib ki, Qarabağda yeni müharibənin labüd olduğunu həmişə söyləyib və indi də eyni mövqedə qalır: “Belədirsə, müharibə hər an başlaya bilər. O zaman niyə də indi başlamasın?”
Ekspertin sözlərinə görə, Azərbaycanın Rusiyadan, İsraildən, Amerikadan müasir silah-sursat alması yeni Qarabağ müharibəsini yaxınlaşdırır və bununla Rusiyaya böyük problemlər yaratmaq gücündədir: “Əgər Bakı hər halda, öz ərazi bütövlüyünü bərpa eləmək qərarı versə, Moskva olduqca ağır seçim qarşısında qalacaq. Əlbəttə ki, ”DQR"in hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olmasını, döyüş əməliyyatlarının isə Ermənistan ərazisinə toxunmadığını bəhanə edib neytrallığı saxlamaq mümkündür. Amma apaydındır ki, belə davranış Rusiyanın reputasiyasına sarsıdıcı zərbə vuracaq. Özü də təkcə Ermənistanın müttəfiqi kimi yox, bütövlükdə postsovet məkanında".
Analitik Bakının Moskvadan son illər böyük həcmdə yeni və müasir hücum silahları - T-72 tankları , BMP-3-lər, “Msta”, “Smerç” sistemləri, TOS-1A-lar, Mi-35 M zərbə vertolyotları, həmçinin müdafiəni tamamlayacaq ZPS S-300 PM aldığını xatırladaraq əlavə edib: “Bu silahlar sayəsində Azərbaycan rəqib üzərində həqiqi mənada ciddi üstünlük qazanıb”.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel