Blog Arşivi

16 Şubat 2014 Pazar

Vəhhabiliyin övladları

Ərəbistan universitetlərində dini təbliğatçılar yetişdirməyə xüsusi əhəmiyyət verilir. Bu təbliğatçılar xüsusi kurslar keçdikdən sonra vəhhabi əqidəsini öyrənir və vəhhabiliyi tanıtdırmaq, şiəliklə mübarizə üçün dünyanın müxtəlif nöqtələrinə göndərilirlər.
Islam ölkələrində vəhhabiliyin təbliğ olunması ciddi bir məsələdir. Bu firqə əqidəvi cəhətdən azğınlıqda olmasından əlavə, istismarçıların, Amerika və İngiltərənin şeytani siyasətləri üçün bir vasitədir və müsəlmanlar arasında parçalanmanın əsas amillərindəndir.
İslam dünyasında parçalanma yaratmaq Amerika başda olmaqla,...

12 Şubat 2014 Çarşamba

Zəlzələ bəzi bölgələrdə dağıntılara səbəb olub

Seysmoloq baş verən son yeraltı təkanı qiymətləndirdi və proqnoz verdi; zəlzələ anında insanlar nə etməlidir?

Amerikalı alimlərin Azərbaycan haqda verdiyi zəlzələ proqnozundan sonra əhali arasında bir gərginlik var idi. Fevralın 10-da baş vermiş zəlzələdən sonra bu gərginlik daha da artıb. İnsanlar təlaş və qorxu içərisindədirlər. Məlumat üçün bildirək ki, zəlzələ zamanı paytaxtda qorxuya düşən insanlar bir neçə saatlıq evlərini tərk ediblər.







Şamaxıda da əhalinin əksəriyyəti evini tərk edib. Bunu aznews.az-a açıqlamasında...

Səudiyyə Ərəbistanında terrorçular necə hazırlanır

Livanın “Asianewslb” saytına istinadən, bir neçə gün öncə Səudiyyə Ərəbistanında yeni bir qanun qüvvəyə mindi. Məlum qanuna əsasan Suriyaya döyüşməyə gedən bu ölkə vətəndaşları cəzalandırılacaq. Ekspertlərin fikrincə rəsmi Riyadın 3 il Suriya olaylarından sonra belə bir qanunun...

Azərbaycan media azadlığı indeksində 180 ölkə arasında 160-cıdır


Beynəlxalq media təşkilatı olan “Sərhədsiz reportyorlar” yeni hesabat – “Dünyada Mətbuat Azadlığı İndeksi” adlı sənəd yayıb. Reytinq cədvəli 180 ölkəni əhatə edir. İlk sıranı Finlandiya, sonuncu pilləni...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizimlə bağlı açıqlama verdi


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib. Komitədən bildiriblər ki, məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib:

"Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili,...

Azərbaycanda yeni nazirlik yaradıldı


Eldar Əzizovun park biznesi

Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə yoxa çıxıb; Nəsimi parkı oliqarxlara satılır

“Eldar Əzizov Sumqayıtda hər yeri satıb qurtarıb, indi də keçib Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisini satmağa. Ən acınacaqlısı odur ki, icra başçısı bu parkın ərazisindəki 20 Yanvar şəhidlərinin...

Tələbələrdən Anadolu Universitetinin “filialı”na şok ittihamlar






Onlar distant təhsil verən İnnovasiya Mərkəzini “pul tələsi” adlandırırlar; mərkəzin isə ittihamlara öz cavabı var

Anadolu Universitetinin Bakıdakı İnnovasiya Mərkəzində təhsil alan bir qrup...

11 Şubat 2014 Salı

Xəstə çağırışçılar varlı balalarının əvəzinə əsgər aparılır

Üzeyir Cəfərov: “Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar?”
Yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən geri qaytarılması xəbəri diqqəti yenidən gənclərin həqiqi hərbi xidmətə çağırılması mövzusuna yönəldib.

Rəsmi məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin tabeliyində...

Hər il Azərbaycanda 40-60 uşaq intihar edir

Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir.

Bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil...

9 Şubat 2014 Pazar

Bakıda qadın özünü yandırdı

Yaxınlıqda olan polis əməkdaşları dərhal özlərini çatdırıblar. Bu gün paytaxtda daha bir nəfər özünə od vurub.
Qarabaghnews.com-ın “Anspress”-ə istinadən verdiyi xəbərə görə,...
8 Şubat 2014 Cumartesi

47 milyon amerikalı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

47 milyon amerikalı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və orta təbəqəyə aid olan bir çox ailələr də tədricən yoxsullaşırlar.
Barak Obama özünün konqresdəki son...

Suriyada daha bir azərbaycanlı öldürüldü

Gürcüstanda yaşayan soydaşlarımızın içərisində də Suriyaya vuruşmağa gedənlər olub.
Bunlar Marneuli rayonunun Qaçağan kəndinin sakinləri Azər və Asif Alim oğlu Qafarovlardır. İki qardaşdan biri, Azər Qafarovun ölüm xəbəri ailəsinə xəbər verilsə də, Asəf barədə ailəsi məlumatsızdır. Verilən məlumata görə hər iki qardaş radikal dini qruplaşmaların üzvü kimi tanınıblar.

Suriyada döyüşən azərbaycanlıların komandiri öldürüldü

Suriyada Bəşər Əsədə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb.
Lent.az-ın terorçulara yaxın “kavkazcenter” saytının “tvitter” səhifəsinə istinadən verdiyi xəbərə görə, Şuşanınin Hələb həbsxanası yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.

Axı onlar ilğım deyillər…

İyirmi ildən çoxdur ki, Azərbaycan vətəndaşı hər an müharibə başlayacağını gözləyir və bu perspektivlə yaşayır.
Düşmən bəllidir – Ermənistan. Lakin son günlərin hadisələri sübut etdi ki, əslində düşmənlərimiz yalnız ermənilər deyil. Bəzi uzaqgörən həmyerlilərimiz neçə illərdir ki, daxilimzdə qorxulu bir əjdahanın bəsləndiyini deyir, haray çəkir. Nə fayda? Onları ciddiyə almayıb, hamımız diqqətimizi başqa səmtlərə, başqa problemlərə yönəltdik. Amma ay dolandı, il keçdi, vədə yetişdi: baramadan yeddibaşlı əjdaha çıxdı və od püskürməyə başladı. Bir zamanlar Əfqanıstanda, Pakistanda, İraqda müşahidə etdiyimiz və vəhşilikləri damarlarımızda qan donduran “mücahidlər” artıq Azərbaycanda yetişir.

Mövsüm Səmədov: “Qapalı rejimlər bizi qorxutmaz”

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov bəyanatla çıxış edib. Onun vəkili Anar Qasımlı “Media forum” saytına bildirib ki, Mövsüm Səmədov ruhani Abgül Süleymanovun saxlandığı rejimin dəyişdirilməsinə etiraz edib: “Mövsüm Səmədov bəyan edir ki, Abgül Süleymanova qarşı təzyiqlər təkcə ona yox, bütövlükdə islamçılara qarşı yönəlib. Amma belə təzyiqlər, qapalı rejimlər bizi qorxutmaz. Yaxşı olar ki, hökumət buna sərf etdiyi vaxtı, qüvvəni, enerjini vəhhabilərlə mübarizəyə həsr etsin”.

Məmurlar din məsələsində ehtiyatlı olmalıdırlar» – İlqar İbrahimoğlu

DEVAMM rəhbəri spiker Oqtay Əsədovun Quranın Azərbaycan dilində oxunması barədə təklifini şərh edib
Hacı İlqar İbrahimoğlu: «Quranın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir»
Parlamentin son plenar iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunması barədə tövsiyyəsi günün müzakirə mövzusuna çevrildi. MM sədrinin bu barədə təklifi dini kəsimdə necə qarşılanır?
2 Şubat 2014 Pazar

Azərbaycanda elektrik enerjisinin qiyməti qalxdı


Fevralın 1-dən etibarən ölkədə elektrik enerjisinin qiyməti bahalaşacaq. Bu barədə "Akkord” Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyinin administrasiyası tərəfindən şəhərciyin sakinlərinə xəbərdarlıq edilib. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, onlara bildirilib ki, fevral ayının 1-dən etibarən elektrik enerjisində yeni tariflər tətbiq olunacaq və artıq sakinlər elektrik enerjisinin 1 kv/saatını 6 qəpikdən deyil, 10 qəpikdən ödəməli olacaqlar. Yəni birdən-birə təxminən benzinin qiymətində olduğu kimi, 70 faizə yaxın artım baş verəcək. Hətta, bundan əndişəyə düşən sakinlər gələn ay sərf edəcəkləri elektrik enerjisinin ödənişini də bəri başdan ödəməyə başlayıblar ki, təxminən 70 faiz qabağa düşsünlər.

AXCP Müsavatın təklifini rədd edib

“Siyasi partiyaların əsas vəzifəsi seçkilərə hazırlaşmaqdır. Biz həm ölkədəki siyasi vəziyyəti, həm də partiya strukturlarında durumu araşdırırıq. Bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı qərarımız bu araşdırma başa çatdıqdan sonra məlum olacaq”.

Silahlı Qüvvələr ötən ay 7 nəfər itirib

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2014-cü ilin ilk ayında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 7 nəfər itirib. İtkilərin 2-si döyüş, 5-i qeyri-döyüş itkiləridir. 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 6-sı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.

Baş nazirin müavini: “Azərbaycan müharibəyə hazırdır”

“Azərbaycan müharibəyə hazırdır. Eyni zamanda ermənilərin təxribatları əsasında atəşkəslə bağlı baş verən hadisələr və onların nəticələri də Azərbaycanın müharibəyə hazırlığının yüksək səviyyədə olduğundan xəbər verir”.

“Qarabağda müharibə niyə də indi başlamasın...”

Rusiyalı nüfuzlu ekspert hesab edir ki, Bakının savaş qərarı Kremli olduqca çətin duruma sala, onun reputasiyasına sarsıdıcı zərbə vura bilər...
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.
28 Ocak 2014 Salı

Bu bayrağı tutan əllər var olsun!


Bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən sərgidə azərbaycanlı tələbələrin qeyri-adi və həm də təbbi bir etiraz aksiyası olub. Belə ki, keçirilən sərgidə təşkilatçılarla əvvəlcədən razılaşdırıldığının əksinə olaraq, ermənilərin "Qarabağ" adlı stendi yerləşdirilib. Bundan hiddətlənən İspaniyadakı azərbaycanlı tələbələr Azərbaycan bayrağına bürünərək stendin qarşısını kəsiblər. Onlar burada Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini sərgidəki media orqanlarının diqqətinə çatdırıblar.

Azərbaycanda ali məktəblərin reytinqi açıqlandı


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları ali məktəblərin adlarını açıqlayıb.

TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda deyib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan

27 Ocak 2014 Pazartesi

Azərbaycan sürətlə qocalır

Bir neçə gün öncə qohumumuzla bağlı faciə baş verib. Həmin ailə Rusiyada yaşayır. Ata öz kiçik oğlunun bəzi sənədlərini qaydaya salmaq üçün Bakıya gəlir və bacısı gildə qalmağa başlayır. Faciədən bir gün əvvəl gecə saat 2-yə kimi Moskvada qalan həyat yoldaşı və böyük oğlu ilə Skype vasitəsi ilə danışır. Sübh tezdən hansısa sənədlə bağlı yenidən evə zəng edir. Xanımı ilə danışır, oğlunun da səsini eşitmək istəyir və…
Bacısı deyir ki, bir də o biri otaqdan fəryad səsi eşitdim. İçəri girəndə qardaşının böyük ekranın qarşısında yerdə dizin-dizin süründüyünü, xalça-palayazı yaladığını,

Cəbhədəki gərginlik, yoxsa müharibənin ayaq səsləri


“İl boyu elə gün olmasın ki, cəbhə bölgəsində atəşkəs rejimi pozulmasın. Xüsusilə bu cür hallar Ermənistan tərəfindən daha çox baş verir. Azərbaycan ordusu da öz növbəsində düşmən tərəfi cavab atəşi ilə susdurur.” 
 
Bu sözləri  ehtiyatda olan zabit, hərbçi-ekspert Tərlan Eyvazov son
25 Ocak 2014 Cumartesi

7 qəzet tətil edərək piket keçirmək qərarı verdi

Yanvarın 25-də bir qrup qəzet redaktoru və səyyar satış şirkətlərinin təmsilçiləri “Zerkalo” qəzetinin redaksiyasında toplantı keçirib. Əl yayımına qadağa problemini müzakirə edən toplantı iştirakçıları bir neçə qərar qəbul ediblər.
7 mətbuat orqanının (“Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Zerkalo”, “Novoye vremya”, “Gündəm xəbər”, “Gündəlik Bakı”) 1 günlük tətil etməsi razılaşdırılıb. Həmçinin yaxın günlərdə deputatların, ictimaiyyət təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir, Sabir bağında piket keçirilməsi qərara alınıb.

Sahib Məmmədov: “Təhlükəsizlik baxımından söküntü işləri tikinti işlərindən daha məsuliyyətli bir sahədir”

Bu gün Bakının Heydər Əliyev prospektində, Nəriman Nərimanov metrosunun yaxınlığında sökülməkdə olan bina çöküb. Binanı sökən işçilər onu həyətə uçurmaq istəyərkən, bina əksinə küçəyə və yolun üstünə aşıb. Nəticədə bir neçə maşın uçqunun altında qalıb. Hadisə nəticəsində ölənlər var.
Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının icrayə komitəsinin sədri Sahib Məmmədovdeyib ki,

Bakıda nazirlik rəsmisinə qarşı inanılmaz cinayət: 200 min ver, öldürməyək

Bakıda törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bir qrup şəxs tərəfindən hədələnən, özünün və ailəsinin öldürülməməsi qarşılığında 200 min manat tələb edilən Mirzəyev Mirzə Rəşid oğlu Maliyyə Nazirliyi 5 saylı Xəzinədarlıq İdarəsinin rəisidir. O, daha əvvəl Xəzər və Xətai rayonlarında maliyyə idarələrinə rəhbərlik edib.

Ermənilər əsgərimizi yaraladılar

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı

Daha bir gənc fəal narkotik ittihamı ilə həbs olundu

Ömər Məmmədov narkotiklə ittiham olunur, tanıyanlar isə gənc fəalın, hətta siqaret də çəkmədiyini bildirir
"Həbsxanalar xaricdə təhsil almış, yerli universitetlərinə yüksək balla daxil olan gənclərlə doldurulub..."
Daha bir gənc fəal - “NIDA” Vətəndaş Hərəkatının keçmiş üzvü, hazırda isə “Axın” hərəkatının

Bakıda növbəti evyıxma prosesi başlayır

Sakinlər kompensasiya ilə razılaşmır, onlara evlərini tərk etmək üçün bir həftə vaxt verilib
Bakının Səbayel rayonunda 70 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.
Bayraq meydanının yaxınlığında yerləşən Mikayıl Hüseynov 14 ünvanlı binanın sakinlərinə evlərini tərk etmək üçün bir həftə vaxt verilib. Rəsmilər binanı tərk edəcək vətəndaşlara evin kvadratmetrinə uyğun olaraq cəmi 1500 manatdan pul təklif edirlər. Əks halda onların məcburi olaraq evlərindən çıxarılacaqlar və bina söküləcək. Rəsmilər binanın qəzalı vəziyyətdə olduğunu iddia etsələr də, sakinlər iddianı yalanlayır və bildirirlər ki, bu cür fikirlər binanı onlardan

Türkiyədəki səfirliyimiz Suriyaya gedən muzdlu azərbaycanlıların qardaş ölkədən keçdiyini təsdiqlədi



Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərə iştirak edən azərbaycanlıların sayı barədə hər gün yeni xəbərlər yayılır. Bu xəbərlərdə muzdlu azərbaycanlıların sayı ilə bağlı hər ötən gün artım müşahidə olunur.
Dəqiq statistik rəqəmlər açıqlanmasa da, həmin döyüşlərdə ölən muzdlu azərbaycanlıların sayının 100-dən çox olduğu bildirilir. Məlumatlara görə, Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhədi keçmək üçün əsasən Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edirlər.

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb. Səhiyyə Nazirliyindən bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüz, əsəb sistemi və hissiyat orqanlarının, həzm, qan dövranı sisteminin yolxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.

Xaçmazda vəhabilər 5-ci sinif şagirdini girov götürdülər



Yanvarın 23-də Xaçmazın Susay-Qışlaq kəndində silahlı sələfi (vəhhabi) dəstəsi Susay qışlaq kənd tam orta məktəbinin V sinifində oxuyan Valeh adlı bir uşağı girov götürüb.

Dərsdən evlərinə qayıdan uşaq yolda 15 nəfərlik dəstəni görüb. Dəstə uşağı zorla saxlayaraq, ləzgi dilində ona “Bizi gördüyünü heç kimə demə, yoxsa səni də, ailəni də öldürərik” deyə hədələyiblər və uşağı bu şərtlə buraxıblar.

17 saylı cəzaçəkmə müəssisəsində Hilal Məmmədova qarşı zorakılıq

Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində Hilal Məmmədova qarşı zorakılıq törədilib. O, yanvarın 23-də Kürdəxanı təcridxanasından buraya gətirilib.

Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası.

- «Bank Standart» avtomobil krediti verirmi?

- Xeyr, artıq avtomobil kreditləri verilməsi dayandırılıb.

- Səbəb nədir?

- Mərkəzi Bankdan belə bir tapşırıq gəlib və bundan sonra bizim bankımız avtomobil kreditlərinin verilməsini dayandırıb.

Avtomobil kreditləri ilə bağlı daha bir-neçə bankdan da eyni cavabı aldıq. Digər mal və xidmətlərə gəldikdə, banklar indi bu kreditləri də arayışsız vermirlər.

21 Ocak 2014 Salı

Son dövrdə azərbaycanlı gənclərin Suriyadakı döyüşlərdə iştirakı, həlak olmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilir

Son dövrdə azərbaycanlı gənclərin Suriyadakı döyüşlərdə iştirakı, həlak olmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu məsələ bizi də ciddi şəkildə narahat edir. Qarabağ Azadlıq

Vəhhabi mərəkəsinə sözardı

Son zamanlar bəzi vəhhabilər İmam Xomeyninin "Təhrir əl-vəsilə" kitabında bir məsələ görüb nəsə yeni bir şey kəşf etdiklərini düşünür, bunu bəhanə edib Əhli-beyt məzhəbinə və Şiə alimlərinə qarşı təhqiramiz hücumlara keçirlər. Söhbət hətta südəmər olsa belə, həddi-büluğa çatmamış qız uşaqlarının ərə verilməsindən və ərin də cinsi əlaqəni çıxmaq şərtilə digər formalarda onunla ehtirasını doyurmasından gedir. İddiaya görə, İmam Xomeyni bunun mümkünlüyünə dair fətva vermişdir.

Qarabağda yox Suriyada daha iki Azərbaycan vətəndaşı öldürülüb

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” qrulaşması sıralarında Suriya dövlətinə qarşı vuruşan, Azərbaycanın Qusar rayonundan olan “Seyfullah ləzgi” ləqəbli vəhhabi dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb.
“Seyfullah ləzgi” ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd olunur.
Məlumata görə, döyüşlərdə həlak olan Nicat isə ötən il tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel