Blog Arşivi

21 Ocak 2014 Salı

Son dövrdə azərbaycanlı gənclərin Suriyadakı döyüşlərdə iştirakı, həlak olmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilir

Son dövrdə azərbaycanlı gənclərin Suriyadakı döyüşlərdə iştirakı, həlak olmaları ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu məsələ bizi də ciddi şəkildə narahat edir. Qarabağ Azadlıq
Təşkilatı hesab edir ki, bu məsələ Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalı və qarşısının alınması üçün təsirli tədbirlər görülməlidir. Gənclərin başqa ölkəyə gedərək döyüşlərdə iştirak etməsinin məsuliyyəti ilk növbədə dövlət strukturlarının üzərinə düşür. Dövlət strukturları qabaqlayıcı tədbirlər həyata keçirə bilmirlər. Digər tərəfdən, qeyd etməliyik ki, hakimiyyət Qarabağda İşğalçı Ermənistana qarşı hərbi əməliyyatları ləngidir, ona görə də bu gənclər hərbi bacarıq və istəklərini başqa yerlərdə reallaşdırmaq məcburiyyətində qalırlar. Biz əminik ki, əgər Qarabağda müharibə başalayarsa, bu gənclərin əksəriyyəti öz torpaqlarını düşməndən təmizləmək üçün döyüşə gedəcəklər.
Başqa bir məsələni də vurğulamalıyıq ki, bu gənclər Səudiyyə Ərəbistanı və bəzi digər dövlətlərin zərərli təbliğatlarının qurbanlarıdır. Onları aldadaraq bu yola cəlb edir, öz məqsədləri üçün istifadə edirlər. Biz gənclərimizi yad təbliğatların təsirindən xilas olmağa və torpaqlarımızn işğaldan azad edilməsi üçün müqəddəs savaşa hazır olmağa çağırırıq.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel