Blog Arşivi

9 Mart 2014 Pazar

Dünya Azərilər Haqqlarının Müdafiə Komitəsinin, Ayətullah Məkarimi şiraziyə Bəyanati


Rəhman və rəhim Allahın adı ilə

Böyük şiə təqlid mərcəsi Həzrət Ayətullahul-üzma Məkarim Şiraziyə
Salamlar!
Cənabınız kimi böyük fəqihlər və din alimləri tarix boyu Allah rəsulunun (s) davamçıları, İslamın keşikçiləri və Əhli-beyt (ə) yetimlərinin çətin günlərində şiənin arxa-dayağı olublar.
Sizin Qum şəhərinin Əzəm məscidində hicab qadağasının sonu ilə bağlı Bakı rəsmilərinə tövsiyəniz və bu ölkədəki din uğrunda mübarizə səbəbindən həbs olunmuş şəxsləri müdafiə etməyiniz Azərbaycanın məzlum şiələrinin ümidvarlığına və hicab məhbuslarının aramlığına səbəb oldu.
Böyük şiə təqlid mərcəsi:
Tarix boyu dünyanın hər bir yerində şiələr zülmə məruz qalsalar da,...
Azərbaycan Respublikasının şiələri son iki əsrdə daha çox zülm görüblər. 1920-ci ildən sonra kommunistlər hakimiyyətə gəldiyi zaman 800 azəri ruhani faciəvi şəkildə edam olunub. Onlardan 17 nəfəri İranın elm-dini mədrəslərində ictihad dərəcəsinə çatmış şəxslər olub. 1929-cu ildə təqribən 400 məscid bağlandı və 120 yə yaxın məscid dağıdıldı. Kommunist quruluşun məmurları alimləri və ruhaniləri dinə qarşı çıxmağa, Quranı yandırmaq kimi əməllərə vadar edirdilər. Müqavimət göstərənləri isə quyulara tökər və quyunu partladardılar. Bu illər ərzində qeyrətli və müsəlman Azərbaycan xalqı öz İslam kimliyini qorumaq üçün müxtəlif formalarda kommunistlərin dinlə vuruşuna qarşı mübarizə apardılar. Qeyrətli ruhanilər arasında Şəhriyar Məlikşərəf, Mərhum Ayətullah Şəhid Şeyx Ğəni Badkubeyi kimi şəxsləri göstərmək olar.

Sovet hökumətinin 70 illik din və İrana qarşı təbliğatından sonra Azərbaycan xalqı ilk fürsətdə 1990-cı ilin 19 yanvarında İrana daxil oldu. Azərbaycanlılar İrana keçən kimi məscidlərə hücum çəkdilər, İmam Hüseyn (ə) bayrağını təbərrük üçün parça-parça, tikə-tikə etdilər və Quranı gözlərinə, başları üzərinə qoydular.
Öz islami kimliyini qorumaq istəməsinə baxmayaraq Azərbaycan xalqı Qərb və onun nökərlərinin hiylələrinə əsir oldu. Azərbaycan Respublikasının başçıları əhalinin dini və milli keçmişini unudaraq onların inanclarına, əqidələrinə hücum etdilər. Bu illərdə bir çox dini qadağalar qoyuldu. O cümlədən: Məscidlərin sökülməsi, məscidlərin tətil edilməsi, minarələrdən azanın səslənməsinə qadağa, pasport kimi rəsmi sənədlərdə hicabla şəklin qadağan olunması, televizya kanallarında dini proqramlara qoyulmuş qadağa, hərbi hissələrdə namaza qadağa, dini məktəblərin açılmasına qadağa, böyük təqlid mərcələrinin dəftərxanalarının təsis olunmasına qadağa, hicab qadağasına etiraz edən dindarların həbs olunması, dini qadağalara etiraz etdikləri üçün həbs olunan şəxsləri uzun müddət pis şəraitdə zindanlarda saxlamaq, əxlaqsız Avroviziya müsabiqəsinin keçirilməsi, məhərrəm ayında şərab festivalı və… İnsan hüquqları bəyannaməsinin 19-cu maddəsinə, mülki və siyasi hüquqlara dair beynəlxalq pakta və insan haqqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa konvensiyasının 9-cu maddəsinə əsasən hər kəs istədiyi dini qəbul edə bilər və öz dini əqidəsini açıqlamaq haqqına malikdir. Digər bir tərəfdən Azərbaycan Respublikası konustutsiyasının 25-ci maddəsinin 3-cü bəndində bildirilir ki, dövlət dinindən, irqindən, dilindən, şəxsi yaşayış vəziyyətindən və əqidəsindən asılı olmayaraq insanların hüquq bərabərliyi və azadlığı üçün zəmanət verir. 26-cı maddədə də bütün vətəndaşlara qeyd olunan hüquqlarını müdafiə etmək icazəsi verilir və dövlət bu hüquqların gerçəkləşdirilməsi üçün məsuliyyət daşıyır. Maraqlıdır ki, indiyədək beynəlmiləl insan hüquqları iddiaçısı olanların heç biri özlərindən soruşmurlar ki, necə olur bir qrup şəxs heç bir məntiqli dəlil olmadan, yalnız öz dini əqidələrini müdafiə etdikləri üçün zindanlarda ömür sürürlər? Bəli, bugünkü dünyamızın vəziyyəti budur! Sonda Azərbaycandakı Əhli-beyt (ə) aşiqlərinin din məhbuslarının dərdlərinə şərik olduqları üçün böyük təqlid mərcələrinə dərin minnətdarlığımızı bildiririk. Şübhəsiz, bu ölkənin məzlum şiələrinin mübarizələri yezidlərə “Qanın qılınca qalib olduğunu” sübut edəcək.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel