Əlaqə
Blog Arşivi
-
2014
(270)
- Eylül(2)
- Ağustos(20)
- Temmuz(25)
- Haziran(7)
- Mayıs(46)
- Nisan(44)
-
Mart(30)
- Mar 12(1)
- Mar 11(3)
- Mar 09(4)
- Mar 08(4)
- Mar 05(2)
-
Mar 04(6)
- “Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son ...
- İsrailin növbəti zülmü: “Məscidi-Əqsaya” giriş qadası
- Məşhur turizm saytı işğal olunmuş Azərbaycan ərazi...
- Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycand...
- Nemət Pənahlı ailə üzvləri ilə görüşüb
- Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşıl...
- Mar 03(1)
- Mar 01(9)
- Şubat(45)
- Ocak(51)
- 2013 (363)
4 Mart 2014 Salı
Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycanda döyüşmək üçün hazırlıq hesab edirlər
Gəncədə MTN əməkdaşdının
öldürülməsi, Zaqatala, Balakən hadisələri, Eurovision müsabiqəsi
ərəfəsində vəhabilər tərəfindən ölkə prezidenti İlham Əliyevi terror
etmək planı Azərbaycan Respublikası vəhabilərinin yalnız bir hissəsidir
2013-cü ilin yayında Sumqayıt
vəhabilərinin öz güclərini göstərmələri məqsədilə etdikləri ilk
hərəkətin şahidi olduq. Bu şəhərin vəhabiləri burda yeni tikilmiş
məscidi tamamilə öz idarəçiliklərinə keçirməyə çalışdılar. Bu şəhərin
şiələrinin fəaliyyət və geniş iştirakının ardınca onların hərəkatı
məğlubiyyətə uğradı.
Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.
Bir müddətdən sonra məlum oldu ki,...
bu vəhabi qrupları Sumqayıtın idman
klubları tərəfindən ezam olunmuşdur. Əlbəttə, sonrakı aylar və
vəhabilərin Suriyada iştirakının çoxalması ilə məlum oldu ki,
Azərbaycanın bacarıqlı gəncləri bir gizli şəbəkə, idman klubları,
çayxanalar və şəxsi mənzillərdə fəaliyyət göstərən adamların vasitəsilə
cəzb olunaraq, Türkiyə yolu ilə Suriyaya göndərilir. Göndərilən
şəxslərdən bəzilərinin ailələrinin dediklərinə əsasən, Suriyaya yollanan
gənclər əvvəlcə Türkiyənin İstanbul şəhəri ətrafındakı villalarda
təşkilatlanır və Türkiyə-Suriya hərbi təlim kursları gördükdən sonra
Əl-nüsrə cəbhəsi çərçivəsində terrorçulara qoşulurlar.Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.
Bir müddətdən sonra məlum oldu ki,...
Digər tərəfdən isə 2013-cü il 11 oktyabrda Sumqayıtda silahlı insident və bunun ardınca 15 nəfərin həbsi, bir neçə nəfərin yaralanmasından sonra rəsmi surətdə bildirildi ki, bu insident Sumqayıtda yaşayan sələfi və xəvaric camaatı arasında baş vermişdir. Bu xəbər və bunun ardınca Quba və Qusar rayonlarında radikal qrupların üzvlərindən bir neçəsinin həbs edilməsi Azərbaycanın təhlükəsizlik orqanlarını radikal vəhabi qrupları ilə təşkilatlanmış və ölçülmüş səviyyədə üzləşməyə məcbur etdi.
Bu hadisələrdən qabaq da Gəncədə MTN əməkdaşının öldürülməsi, Zaqatala, Balakən hadisələri, Eurovision müsabiqəsi ərəfəsində vəhabilər tərəfindən ölkə prezidenti İlham Əliyevi terror etmək planı Azərbaycanda təzəlikcə zühur etmiş radikal vəhabi qruplarının fəaliyyətinin təhlükəsinin səviyyəsini göstərirdi. Azərbaycanın radikal vəhabi qruplarına məxsus Meşə Qardaşları və Ceyşullah terror dəstələrinin Hacı Şahini terror etmək və digər təhdid mesajlarını verməsi vəhabi hərəkatlarının gizlin və geniş fəaliyyətlərindən xəbər verir.
2014-cü ilin əvvəlindən başlayaraq Suriyada terrorçulara qoşulmuş çoxlu sayda azərbaycanlıların ölüm xəbərləri yayıldı. Təkcə yanvar ayında 20-dən yuxarı Azərbaycan vətəndaşının ölüm xəbəri Suriyadakı müxalif qruplara bağlı ictimai şəbəkələr vasitəsilə yayıldı. Onlardan çoxu Əl-nüsrə terrorçu qrupu tərkibində döyüşənlər olub və DAİŞ və Əl-nüsrə terrorçu dəstələrinin bir-birinə qarşı döyüşlərindən həlak olublar.
Son xəbərlərə görə Suriyada terrorçulara qoşulmuş azərilərdən 100-dən çoxu həlak olmuşdur.
Habelə, bəzi məlumatlara görə Suriyada 400-dən yuxarı Azərbaycan vətəndaşı (təkfirçi və xəvaric vəhabiləri) terrorçu qrupların tərkibində Suriyanın mərkəzi dövlətinə qarşı döyüşür.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder