Əlaqə
12 Mart 2014 Çarşamba
Bakı Metropoliteni qarşısında kütləvi aksiya Foto
Yeni rəisin qərarı metro ticarətçilərini ayağa qaldırdı; polis etirazçılara zor işlətdi; bir neçə nəfər saxlanıldı
Bakı Metropoliteninin stansiyalarının daxilində və piyada
keçidlərində qurulan ticarət köşklərinin yığışdırılması barədə martın
11-də qərar verildi. Metropoliteninin yeni rəisi Zaur Hüseynovun bu
şifahi qərarını elə ötən gün səhər saatlarında stansiya rəisləri dükan
sahiblərinin diqqətinə çatdırıb. Satıcılar martın 31-nə qədər yer
haqqını ödədiklərini desələr də, bunun heç bir faydası olmayıb. Elə
bundan sonra ticarətçilərin bir qismi günorta saatlarında metropolitenin
binası önünə toplaşdılar.
“İcarə pulu yığanlar da ortalıqda yoxdur”
Bundan xəbər tutan Yasamal Rayon Polis Idarəsi əməkdaşlarını
sözügedən idarənin qarşısına göndərmişdi. Binanın qarşısına toplaşan
satıcılar dedilər ki, hələlik iki stansiyada dükanı olanlar gəlib.
“Cibinizi doldurdunuz, indi bizi çıxardırsınız? Hansı varlı gedib metronun altında alver edər? Rəis müavini gəlib dedi ki,...
dükanlarınızı
açmayın. Axşam saat 9-da dükanlar söküləcək. Bizə heç bir səbəb
demirlər. Bir sözlə, təzə vəzifəyə gələn təmizləmə işi aparır. Bura bu
qədər pul tökmüşük, gətirib ödəsinlər, banklara olan borcları
versinlər”, – deyə satıcılar “Azadlıq”a bildirdilər.“Cibinizi doldurdunuz, indi bizi çıxardırsınız? Hansı varlı gedib metronun altında alver edər? Rəis müavini gəlib dedi ki,...
Etirazçılar metrostansiyalardakı dükanlarını başqa ticarət mərkəzlərində obyektlərlə əvəz edilməsinə qarşı deyillər. Ancaq şərtləri var. Bu da ondan ibarətdir ki, həmin ticarət mərkəzləri onlardan ən azı 2-3 ay yer haqqı almasın, üstəlik, metrostansiyalarda dükanların təmir adı altında onlardan yığılan 1300-1500 manat vəsait geri qaytarılsın.
“Nərimanov” metrostansiyasında olan satıcılardan biri “Qafqazinfo”ya bildirib ki, onlardan sabaha qədər yerlərini boşaltmaq tələb edilib: “Bunu bizə indi deyirlər. Bundan əvvəl də belə hadisələr olub. Amma o vaxt bir ay qabaqdan bizə xəbərdarlıq etmişdilər və növbəti ayın arenda pulunu da almamışdılar. Bu dəfə isə deyirlər ki, tez boşaldın. Biz kasıb adamlarıq, ailəmizi bununla dolandırırıq. Ödədiyimiz icarə pulunu da qaytarmırlar. Icarə pulu yığanlar da ortalıqda yoxdur. Mən metronun rəisi ilə görüşdüm. Mənə deyir ki, bizlik iş yoxdur. Yuxarıdan bizə nə deyiblərsə, onu da sizə deyirik. Onlara verilən məlumata görə, köşklər sabah axşama qədər qalmalıdır. Amma dəqiq bilmirlər. Rəis özü də pis oldu. Biz istəyirik ki, pulumuz qaytarılsın. Bundan əlavə, bu günlərdə yeni mal vurmuşuq. Nə qədər ziyana düşmüşük. Pulumuzu qaytarmasalar, aidiyyəti qurumlara müraciət edəcəyik”.
Satıcılar deyir ki, təkcə “Koroğlu” stansiyasında 200-ə yaxın ticarət köşkü var və 1000-dən çox insan evinə çörək aparır.
Etirazçılar bu qədər vətəndaşın işsiz qalmasından narazıdırlar: “Bu qədər insanı niyə çörəksiz qoyurlar? Vaxtı-vaxtında yer pulunu ödəmişik, bunlara nə pisliyimiz dəyib ki? Tağı Əhmədovun vaxtında heç belə deyildi”.
“Belə hadisələri çox görmüşük, yerlərimizi satacaqlar”
Metronun “Nizami” stansiyasında ticarətlə məşğul olan Amil Məmmədov
virtualaz.org-a açıqlamasında bildirib ki, onlara günün sonunadək vaxt
verilib: “Ötən dəfə də belə olmuşdu. Köşkümüz söküldü, təzədən təmir
edib yerinə qoyduq. Indi yenə söküləcək deyirlər, bəs biz ailəmizi necə
dolandıraq”.
Digər satıcı Mehparə Həsənova isə yerlərin yenidən satılması üçün bu addımın atıldığına inanır: “Belə hadisələri çox görmüşük. Yerlərimizi satacaqlar, ya bizə, ya da bizdən çox pul verənlərə. Biz bu köşkləri öz vəsaitimiz hesabına düzəltmişik. Bu yerdən atasız uşaqlarıma çörək aparıram”.
“Elmlər Akademiyası” stansiyasında isə ciddi narazılıqlar baş verib. Satıcılar obyektlərinin sökülməsinə qarşı çaxacaqlarını bildiriblər. Orada metro polisləri ilə satıcılar arasında qalmaqal yaşanıb.
Metronun “Nərimanov”, “Gənclik” stansiyalarının keçidlərində də satıcılara xəbərdarlıq olunub. Satıcı Pəri Ağayeva isə deyir ki, köşkü söküləcəyi halda özünü elə metroda yandıracaq.
Digər satıcı Aliyə Babayeva da rəhbərliyi özünü yandıracağı, intihar edəcəyi ilə hədələyir.

Metropoliten rəhbərliyi “qərarımızı vermişik” deyir
Aksiya iştirakçılarının getdikcə çoxalmasından ehtiyatlanan polislər
canlı sədd yaradaraq satıcıları Metropoliteninin binası qarşısından
uzaqlaşdırmağa başladı. Bu zaman aksiya iştirakçıları ilə polis arasında
qarşıdurma oldu. Polisin canlı səddini yararaq Zaur Hüseynovla görüşmək
istəyən etirazçılardan üçü saxlanıldı.
Metropoliten rəhbərliyi satıcıların öz aralarında seçdiyi nümayəndələri qəbul etdikdən sonra ara bir qədər sakitləşdi. Daha sonra məlumat yayıldı ki, Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilir. Zaur Hüseynovla görüşən etirazçıların sözlərinə görə, onlara bir həftə vaxt verilib. Yəni qarşıdakı bir həftə ərzində metro stansiyaları daxilində və piyada keçidlərində onlar ticarətlə məşğul ola bilər, yekun qərar isə bir həftənin sonunda açıqlanacaq.
Zaur Hüseynov mediaforum.az-a açıqlamasında isə bildirib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.
Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı?” sualına “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin” cavabını verib.

Ticarət bərpa olunacaq?
Axar.az-ın yazdığına görə, söküləcək obyektlərin əksəriyyəti keçmiş
rəis Tağı Əhmədovun qohumlarına məxsusdur. Saytın yazdığına görə, metro
keçidlərində çalışan ticarətçi qohumlar bu günəcən işlətdikləri
obyektlərin müqabilində dövlətə vergi ödəməyiblər.
“Məhz bu səbəbdən yeni rəhbərlik bütün obyektlərin sökülməsinə qərar verib. Rəhbərlik ticarət obyektlərinin işlədilməsi ilə bağlı yeni qiymət müəyyənləşdirdikdən sonra Metropolitendə ticarət bərpa olunacaq. Bundan başqa, yeni rəhbərliyin Metropoliten idarəsində Tağı Əhmədovun kadrlarını vurduğu da bildirilib. Hələ T.Əhmədov vəzifəsindən uzaqlaşdırılandan 1 gün əvvəl onun yaxın adamı hesab olunan baş mühəndis Fuad Tağızadə işdən çıxarılıb”, – deyə sayt yazıb.
Ancaq etiraz edən əksər köşk sahibləri Tağı Əhmədovla heç bir qohumluq əlaqələrinin olmadığını bildiriblər.

Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder