Əlaqə
Popüler Yayınlar
8 Mart 2014 Cumartesi
Elnur Aslanov və Rəbiyyət Aslanova haqda inanılmaz iddialar
Ana-oğul
aslanovlara qarşı ciddi ittihamlar irəli sürüldü: Türkiyə MİT-i
Bakıdakı “gizli texnoloqlar”la birləşib; nurçu qalmaqalı daxili siyasətə
daşınır; hər iddia bir suç, bir cinayət...
Prezident
Administrasiyasında məsul vəzifə tutan və təriqətçi olduqları iddia
edilən vəzifəli məmurlarla bağlı qalmaqal davam edir. Martın ilk həftəsi
hakimiyyət daxilinə sızmasından danışılan bu qrupun və onlara qarşı
ifşa kampaniyası aparan gizli texnoloqların virtual savaşının daha da
şiddətlənməsi ilə yadda qalıb.
“Gizli texnoloqlar” deyilən qrupun ifşa kampaniyasında əsas hədəf hələ də Azərbaycan əsilli nurçulardır.
Prezident Administrasiyasının olduqca əhəmiyyətli postlarını tutan
Elnur Aslanov (Prezident Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri), Fərhad Məmmədov (Prezident
yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri) və onların
himayəsində olan digərləri barədə heyrətamiz dərəcədə özəl, lakin
həqiqət olub-olmadığı təsdiqlənməyən məlumatlar yayan qrup yeni
sənədlər, gizli məktublar, hətta səs yazısı da faş edib. Diqqətçəkən
məqam isə budur ki,...
nurçuların gizli yazışmaları deyə iddia olunan sənədləri faş edən qrup əslində özünü də ələ verir.
nurçuların gizli yazışmaları deyə iddia olunan sənədləri faş edən qrup əslində özünü də ələ verir.
Olduqca məxfi sənədlər ifşa olunursa, bu deməkdir ki, ortada xüsusi
xidmət orqanlarının da dəstəyi var və məsələ daha ciddidir. Əlbəttə,
E.Aslanov və F.Məmmədovun tutduqları postun şriftlərini höccələsən də,
bütöv da oxusan, orada “Prezident Administrasiyası”, “Prezident
yanında...” ifadələri dərhal gözə və zehnə xitab edir. Belə çıxır ki,
günlərdir “prezidentin yanında” olan iki məsul məmur və onların çetesi
(dəstəsi) şiddətli ifşa, virtual hücumlara məruz qalırlar, onlar barədə
adi adamların əlinin çata bilməyəcəyi məlumatlar sosial şəbəkələrdə
şütüyür, qəzetlərə manşet olur; lakin dövlətin rəhbərliyindən bunlara
reaksiya verilmir.
Bunun da anlamı, izahatı budur ki, əslində bu gəncləri “dövlət
baba” özü vurdurur, onlar “seçilmişlərdir”, qurban olaraq adaqlanıblar
(işarələniblər). Həm də bu o, deməkdir ki, “dövlət baba” bu məmurlar
barədə bütün iddiaları artıq qəbul edib, onların Türkiyədən gələn bir
təriqətin Azərbaycandakı ayağı olması bilgisini ballandıra-ballandıra
cəmiyyətə yedirdir; az sonra əməliyyat başladacaq, onları sıradan
çıxaracaq. 7 mart günü Mətbuat Şurasının təşkilatçılığı, Prezident
Administrasiyasının şöbə müdiri Əli Həsənovun iştirakı ilə keçirilən
tədbir də “adaqlanmışlar” üçün “əcəl zəngi” sayıla bilər.
Burada Türkiyə amilini də unutmaq olmaz. Görünən budur ki, “gizli
texnoloqlar” yalnız azərbaycanlılardan ibarət deyil. Burada Türkiyə
MİT-in də qatqısı hiss olunmaqdadır. Əgər bakılı texnoloqların hədəfində
öz yerli nurçuları varsa, tədricən kampaniyaya Türkiyədən gəlmiş
“Xidmət Hərəkatı” - fətullahçıları da qoşurlar - hədəf edirlər.
Günlərdir ki, “Yeni Müsavat”ın ünvanına “Xidmət”in məktəbləri,
universiteti, onların Bakıdakı liderləri, televiziyası və onun
rəhbərliyi barədə israrlı məlumatlar, yazılar daxil olmaqdadır.
Hazırlanma və təqdimetmə metodikası, yazıların strukturu, gizli yazılan
səs yazısı təcrübəli qəzetçilərdə şübhə doğurub: “Bizimkilər belə
işləmir. Bu, yad ünsürlərin taktikasıdır ”, - qeydi bu sətirlərin
müəlliflərinə də söylənib.
Biz iddia etmirik, lakin şübhə edirik ki, rəsmi Bakıdan “ya mən, ya
Gülən” tələbi edən Türkiyənin baş naziri Azərbaycandakı nurçu deyilən
“Xidmət Hərəkatı”nı sıxışdırmaq üçün ortaq bir qrup qurmağa nail olub.
Proseslərin bundan sonrakı inkişafında yəqin ki, vektorlar azərbaycanlı
nurçulardan Türkiyədən gələn və illərdir Bakıda fəaliyyət göstərən
“könüllülər hərəkatının” tanınan üzvlərinə doğru dəyişəcək. Hazırda
baxmayaraq ki, Elnur Aslanov və Fərhad Məmmədov olduqca strateji postlar
tuturlar, ölkə iqtidarının informasiya və analitika təminatı onlardan
sorulur; “gizli texnoloqlar” qısa müddət ərzində onları və
tabeçiliyindəki bütün potensialı qeyri-münasib duruma sala bilib.
Elnur Aslanov və onun dəstəsi müdafiə ilə məşğuldur; informasiya
savaşında yol verilməz bir haldır; üstəlik, bu işi də fərli qura
bilmirlər. Həm də, yuxarıda da qeyd etdiyimiz kimi, iqtidara bağlı olan
başqa kimsə onları himayə və müdafiə etmir. İnkar və imtina, bir
tərəfdən də ünvansız ittihamlar hazırda ölkənin baş informasiyaçısının
(E. Aslanov) və baş analitikinin (F. Məmmədov) əsas silahıdır... “Dövlət
özünün informasiya təminatını gör kimlərə həvalə edib”, - “nurçu”
cütlüyün son davranışları bu qeydlərin bir çox dəfə səslənməsi ilə
müşayiət olunmaqdadır.
Etiraf etmək lazımdır ki, Elnur bəyin anası Rəbiyyət xanım oğlunu
və onun dəstəsini onların özlərindən daha keyfiyyətli, inandırıcı və
ürəkdən, qorxmadan müdafiə edib. “Yeni Müsavat” qəzetinə müsahibə verən
R. Aslanova dişi aslan kimi, oğluna hücum edənlərə kükrəyib. Lakin ana
ürəyidir; - bir sıra ciddi məqamlarda “obıvatel”in tuta bilməyəcəyi
səhvlər buraxıb. “Gizli texnoloqlar” bunu əfv etməyib. Onlar müxalifət
mediasının sevimli məlumat qaynağına çevrilmiş “İnci Azeri” profilində
(facebook) bu müsahibənin cavabını ağır veriblər. Həmin yazı elektron
poçtla bir sıra saytlara da serviz edilib.
“Gizli texnoloqlar” yazır: “Milli Məclisin deputatı Rəbiyyət Aslanova ”Yeni Müsavat" qəzetinə müsahibəsində bildirib:
- Elnurla bu barədə söhbət edəndə o, çox gözəl və məni sevindirən
bir söz dedi. Söylədi ki, ana, sən bu məsələlərə qarışma, sənin öz
mövqeyin var, orda çalışırsan, mənim də öz mövqeyim. Biz evdə
ana-balayıq, ancaq biz siyasətçilərik, mənim sənin köməyinə və məni
müdafiə etməyinə heç bir ehtiyacım yoxdur, mən özüm-özümü müdafiə etmək
iqtidarında olan birisiyəm. Bu, bir ana kimi məni çox sevindirdi. Başa
düşdüm ki, ana olaraq həmin səddən o yana keçmək mümkün deyil və buna
ehtiyac da yoxdur. Vətəninə, xalqına, dövlətinə sədaqətli bir övlad
böyütdüyümə görə qürur hissi yaşadım. Bilirəm ki, ona qarşı yönələn
təhdidlərə sinə gərə bilən güclü siyasətçidir..."
Əslində Elnur Aslanova bu sözlərlə zərər vurduğunu bilməyən
Rəbiyyət xanım oğlunun rəqiblərinin əlinə ciddi arqument verib. Onlar da
bu arqumenti bu cür formulə ediblər: “Açıq etiraf olunur ki, Elnur
Aslanov icra strukturunda çalısan sadə bir məmur deyil, siyasətçidir.
2013-cü il prezident seçkilərindən əvvəl DADP sədri Məmməd Əlizadə
partiya sədri postundan istefa verdi. Həmin dövrdə mediada xəbər
yayıldı ki, yeni sədr Fatma Əliyeva Milli Məclisin deputatı Rəbiyyət
Aslanovanın iş ortağıdır. Bu işin bir ucu Moskvadan keçərək Milli Şuraya
qədər uzanırdı...” Burada “gizli texnoloqlar” haqsız yerə Rəbiyyət
xanımın evlilik yapdığı və Rusiya prezidenti ilə dostluğu olan tanınmış
iş adamının adını qeyd edirlər. Buradakı cəhd aydındır - hədəf
obyektinin Moskva ilə, “Milyarderlər İttifaqı” ilə, Putinin Azərbaycan
iqtidarına qarşı çevriliş planı ilə bağını qurmaq, suç dosyesini daha da
böyütmək...
Yazı bu cür davam etdirilir: “Milli Şura projesi DADP layihəsi
iflasa uğradıqdan sonra daha da aktuallaşdı. İlkin layihə isə DADP-ni
almaq, təşkilatlandırmaq, gücləndirmək və iqtidar partiyası olan YAP-a
alternativ siyasi qüvvə kimi ortaya çıxarmaq idi.
Rəbiyyət Aslanova və onun oğlu Elnur Aslanov isə bu layihənin tən
ortasında mərkəzi fiqurlar kimi göründülər. Bu reallıq həmin dövrdə bəzi
politoloqların və medianın diqqətindən də yayınmadı.
Layihənin məqsədlərindən duyuq düşən partiya üzvlərinin çoxu Fatma
Əliyevaya etimadsızlıq göstərdilər və Əlisahib Hüseynovun rəhbərliyi
altında Fatma Əliyevaya qarşı birləşdilər. Plan baş tutmadı.
Bu layihədə Elnur Aslanova hansı rol ayrıldığı barədə yalnız
ehtimallarla danışmaq olar. Amma Rəbiyyət xanım oğlunu güclü bir
siyasətçi kimi görürsə, niyə də DADP projesinin mərkəzi fiquru o
olmayaydı?!
Digər tərəfdən, Elnur Aslanovun şəbəkəsinin - gənclər
təşkilatlarının, media resurslarının, gözə görünməz piar şirkətlərinin,
dövlət orqanlarında yerləşdirilmiş nurçular da daxil olmaqla,
Azərbaycanın ictimai-siyasi həyatına və idarəçilik sisteminə təsir
göstərmək istəyən nurçu komandanın mövcudluğu niyə də onun daha yüksək
siyasi ambisiyalarının olmasından xəbər verməsin?!"
Göründüyü kimi, artıq Aslanovlar barədə onların iqtidara qarşı
fəaliyyət göstərmək ittihamları arqumetləşdirilir. Rəbiyyət xanımın
“oğlum güclü siyasətçidir” ifadəsinin iqtidarda da qıcıq yaradacağı
bəllidir. Bir sıra media quruluşları isə artıq ironiya edirlər: “Sənin
oğlun güclü siyasətçidir - bəs Kissincer?”
* * * *
Martın 6-da bu mövzuda bir qədər fərqli gəzişmə də oldu. Fərhad
Məmmədovun mətbuata verdiyi məlum açıqlamaların ruhuna uyğun olaraq
azxəbər.az saytı iddia etdi ki, facebook-dakı “İnci Azəri” profili
“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Samirə Səfərovanındır. Lakin
“layihə”nin əsas rəhbəri qəzetin baş redaktoru Aydın Quliyevdir.
Yazının sonuna əlavə edilən videoklipdə isə S.Səfərovanın guya nə
zamansa həmin profildə yayılan şəkilləri yer alır.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə növbəti dəfə
deyilənləri cəfəngiyyat adlandırıb: “Məni guya hansısa tapşırığı
səriştəsiz icraçılıqda suçlayanlara demək istəyirəm ki, onları çox yaxşı
tanıyıram, o üzdən onlar barədə fəhmlə, ehtimalla yox, tutarlı
faktlarla öz adımdan danışa bilərəm. Ancaq buna ehtiyac olanda... Mən
onlardan fərqli olaraq hansı səviyyəli təşkilatçı, icraçı və ideoloq
olduğumu çoxdan sübut etmişəm. İndi isə biz öz işimizlə məşğul oluruq,
gündəlik, ciddi qəzet buraxırıq, dövlətçilik üçün vacib saydığımız
istənilən materialı çap etməkdə heç bir problemimiz yoxdur. Bizi şərə
salmaq istəyənlər isə daha ciddi, sanballı işlərlə məşğul olsalar, pis
olmaz. İtirdiklərini başqa istiqamətlərdə axtarsınlar. Biz onlar kimi
boş və mənasız işlərlə məşğul olmuruq».
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder