Əlaqə
9 Mart 2014 Pazar
Metropolitendə “təmizləmə”: Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”
"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Bakı
Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətini ləğv
edərək, onların əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti
yaradıb.
Nəticədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsini itirib.
Yeni yaradılan "Bakı Metropoliteni" QSC-yə sədr isə Zaur Hüseynov təyin edilib.
"Bakı Metropoliteni"nin yeni sədri QSC-də hansı dəyişiklik aparır?
Modern.az saytı "Bakı Metropoliteni"nindən bəzi məlumatlar əldə edib.
Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması
prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan
sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı
tərəfindən təsdiqlənəcək.
Bildirilir ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov
işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar
vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı
Əhmədovun köməkçisi olub. Bundan başqa,... Tağı Əhmədovun Bakı
Metropolitenində metro sahəsi üzrə ixtisaslı kadr olmayan, amma müxtəlif
vəzifələr tutan bir neçə qohumu da işdən kənarlaşdırılanlar
arasındadır.
"Bakı Metropoliteni"ndən əldə etdiyimiz digər məlumata görə, Tağı
Əhmədovun metro keçidlərindəki ticarətə nəzarət imkanları da tamamilə
onun əlindən alınıb. Eyni zamanda yeraltı keçidlərdəki ticarət işlərinə
nəzarətdə Tağı Əhmədova yardım edən və ona çox yaxın şəxslər də bu
sahədən kənarlaşdırılıblar.
"Bakı Metropoliteni"nin baş mühəndisi Fuad Tağızadənin də işdən
çıxarılacağı barədə məlumatlar var. Bildirilir ki, yeni rəis onunla
işləməyəcəyi barədə xəbərdarlıq edib.
Zaur Hüseynov işə başlayandan sonra "Bakı Metropoliteni"ndə Tağı
Əhmədova yaxın olan bəzi yüksək vəzifəlilər isə işdən getmək barədə
könüllü ərizə yazıblar. Ərizə yazanlar sırasında Metropoliten rəisinin
müavini, Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəisi Arif Rəsulovun
da olduğu bildirilir. Lakin 2007-ci ildən bu vəzifədə çalışan Arif
Rəsulovun təcrübəsini nəzərə alan yeni rəis onun işdə qalmasını istəyib.
"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder