Əlaqə
11 Mart 2014 Salı
Yalançının Ev Yandı Heç Kim Ona İnanmadı
Heç kimə sirr deyil ki, İlham Əliyev hakimiyyətdə qalıb, iqtidardan
getməmək üçün Şeytanın özü ilə belə əlbir olmağa hazırdır və elə əlbir
də olub.
İlham Əliyev cavabında bildirib ki,
Azərbaycanda siyasi məhbusun olmaması AŞPA-nın ötən ilin yanvar ayında
siyasi məhbuslarla bağlı gündəliyə çıxarılan qətnamənin əleyhinə səs
verməklə də təsdiqləyib.
Xatırladaq ki, 2013-cü ilin yanvar ayının
19-da AŞPA-nın qış sessiyasında qurumun Azərbaycan üzrə olan siyasi
məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser siyasi məhbuslarla bağlı
toplantıya qətnamə təklif etmişdi ancaq səsvermədə qətnamə qəbul
olunmadı.
Onu da qeyd edək ki, Ştrasseri İlham Əliyev hakimiyyəti 3
il müddətində bir dəfə də olsun mandatı üzrə Azərbaycana buraxmadı.
Bundan başqa İlham Əliyev cavabında onu da qeyd edib ki, Azərbaycan
vətəndaşları arasında yerli məhkəmələrdən narazı qaldıqları halda və
ədalətsizliklə üzləşdikləri halda Avropa İnsan Haqları məhkəməsinə üz
tuta bilərlər ki, bu məhkəmənin də qərarlarını Azərbaycan hakimiyyəti
yerinə yetirir.
Daha sonra Prezident onu da əlavə etdi ki,
ümumiyyətlə siyasi məhbus termininin universal izahı olsaydı yaxşı
olardı. Bu prezidentin dedikləridir.
İlham Əliyevin dediklərini
şərh edərkən birinci ondan başlamalıyıq ki,...
AŞPA-nın toplantısına siyasi
məhbuslar üzrə elə bu qurum tərəfindən qəbul olunmuş və mandat verilmiş
Kristof Ştrasseri Azərbaycan hakimiyyətinin üç il müddətində bir dəfə
də olsun ölkəyə buraxmaması vəziyyətin nə yerdə olduğunu göstərir.
İkincisi,
ədalətsizlikdən narazı qalıb yerli məhkəmə instansiyalarını keçərək
Avropa məhkəməsinə gedib çıxmaq üçün heç olmasa 3 il vaxt lazımdır və
bundan sonra da heç olmasa 5-7 il orda növbə gözləmək lazım gəlir ki, 10
il müddətinə də nə siyasi məhbus sağ qala bilər nə də kimsə onun işinə
baxar.
Üçüncüsü, prezident yanılır, belə ki, artıq çoxdanda Avropa
Şurasına daxil olan ölkələr üçün “siyasi məhbus” terminin universal
izahı müəyyənləşib və orda deyilir ki, siyasi motivlərlə həbs olunan
şəxslər “siyasi məhbus”, söz azadlığı və ya insan haqlarını tələb etdiyi
üçün həbs olunan şəxslər isə “vijdan məhbusu” hesab olunur.
İlham
Əliyevə sual ünvanlayan jurnalist İlqar Məmmədov və Anar Məmmədlinin də
adını çəkib ancaq İlham Əliyev də məlum cavabı verib.
İlqar
Məmmədov bir siyasətçi kimi prezident seçkisində namizədliyi irəli
sürülmüş və sonradan saxta, daha doğrusu absurd ittihamlarla həbs
olunmuş şəxsdir və bu həbslə bağlı reaksiya verən bütün beynəlxalq
təşkilatlar o cümlədən Avropa təsisatları İlqar Məmmədovu siyasi məhbus
kimi tanıyıb. Eynilə də seçkilərin monitorinqini həyata keçirən Anar
Məmmədovu vijdan məhbusu kimi tanıyıblar.
Mövcud vəziyyətdən sonra
İlham Əliyevin verdiyi cavab sadəcə olaraq prezidentin vəziyyətdən
çıxması kimi qəbul etmək olar, ancaq göründüyü kimi çıxa bilmədi. Bir
vacib məqam da qeyd olunmalıdır, yəqin heç kimə sirr deyil ki, İlham
Əliyev hakimiyyətdə qalmaq üçün, iqtidardan getməmək üçün Şeytanın özü
ilə belə əlbir olmağa hazırdır və elə əlbir də olub.
Buna görə
İlham Əliyev AŞPA və digər qərb dairələrində onun hakimiyyətdə qalmasına
xidmət etmək üçün lobbilərə milyardlarla avro pul xərcləyir və “kürü
diplomatiyası” ifadəsi də elə burdan yaranıb. Bu da o deməkdir ki, ötən
il AŞPA-da səsvermədə Ştrasserin təqdim etdiyi qətnamənin qəbul
olunmamasının səbəbi də elə Avropa parlamentində Əliyevin pulla ələ
aldığı deputatların Azərbaycan hakimiyyətinə verdiyi dəstək olub.
Biz
onu da qeyd edək ki, bu gün Azərbaycanda siyasi məhbuslardan başqa həm
də vijdan məhbusları var, onların da arasında ən çoxusu hicaba azadlıq
tələb edən 300 nəfərə qədər olan dindar fəallardır ki, onlar müxtəlif
saxta və şər ittihamlarla əliyev rejiminin represiya maşınının qurbanı
olublar və həbsə atılıblar.
İlham Əliyevə pula görə dəstək verən avropalı deputatlar və səfirlər Azərbaycan xalqına zərbə vurmuş olur.
Başqa
maraq doğuran bir məqam da budur ki, heç də həmişə İlham Əliyevə bu cür
sualları vermək imkanı olan jurnalistlər olmur, Azadlıq Radiosunun
müxbiri sualında cəmi iki məhbusun adını çəkir, dindar məhbuslarla bağlı
isə heç bir sual vermir. Burdan o nəticəyə gəlmək olar ki, yəqin
hansısa bir dairədə, mətbuat orqanında elə jurnalistlər olmalıdır ki,
onlar da İlham Əliyevlə görüşmək imkanı əldə edib ona dindar məhbuslarla
bağlı sual versin. Bəlkə də bu cür imkan Azərbaycanda mümükün deyil
hansısa başqa bir ölkədə mümkün olar, ancaq hələ ki, bu cür jurnalistlər
yoxdur.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder