Əlaqə
8 Mart 2014 Cumartesi
Dünya qadına qarşı
Beynəlxalq Amnistiya Təşkilatın hesabatına əsasən qadınların ölüm və
əlillik hallarında ağır xəstəliklər və qəzalardan çox ailədəki
amansızlıq rol oynayır. Hesabatda 16-44 yaşında qadınlar nəzərdə
tutulur.
Ailədə amansızlıq qurbanları arasında 90 faiz qadınların, 10 faiz kişilərin payına düşür.
İntihara əl atan qadınların sayı bu yolu seçən kişilərin sayından iki
qat artıqdır. Subay qadınlar subay kişilərdən az, evli qadınlar evli
kişilərdən çox intihar yolunu seçir.
Dünyada hər 18 saniyədə bir qadın ölür.
Dünya səhiyyə təşkilatının hesabatına əsasən hər 18 saniyədə bir qadın təcavüzə məruz qalır.
Dünyanın müxtəlif ölkələrində aparılan sorğuya əsasən 50 faizədək
aləli qadınlar həyat yoldaşları tərəfindən fiziki zorakılığa məruz
qalır. Bu 50 faizin üçdə biri həm də...
psixoloji təzyiqlərlə müşayiət
olunur. Amerikada ailəli qadınların 3-35 faizi ərləri tərəfindən fiziki
zorakılığa məruz qalır. Bu qadınların 15-20 faizi hamilə olduğu zaman
ərləri tərəfindən döyülür, incidilir. Qətlə yetirilən on qadından üçü
əri və ya başqa kişi tərəfindən öldürülür.
Çilidə qadınların 63 faizi fiziki zorakılığa məruz qalır.
Kolumbiyada qadınların 20 faizi ərləri tərəfindən fiziki və psixoloji təzyiqdən əziyyət çəkir.
Kanadada 1987-ci ildə qətlə yetirilən qadınların 62 faizi ərləri tərəfindən öldürülüb.
Britaniyada on qadından yeddisi işdə fiziki təzyiqlərə məruz qalır.
Rusiya statistika idarəsinin hesabatına əsasən 1999-cu ildə 14 min
qadın yaxınları tərəfindən qətlə yetirilib. Bununla belə ölkədə
qadınların müdafiəsi üçün heç bir tədbir görülməyib.
Banqladeşdə qətllərin 50 faizi kişilərin amansızlığı ilə bağlıdır.
Hindistanda qadınların 41 faizi ərlərinin amansızlığı səbəbindən intihara əl atır.
YUNİSEF-in statistikasına əsasən Hindistanda 2 milyona yaxın küçə
qadını var. Onların yarım milyon nəfəri yetkinlik yaşına çatmayıb. Bu
qadınlara qarşı amansızlığın qarşısını alacaq qanun yoxdur. Hindistan
dövləti rəsmi şəkildə bildirib ki, ötən 20 ildə dünyaya yenicə gəlmiş on
milyon qız övlad valideyni tərəfindən qətlə yetirilib.
Cənubi Afrikada evdə odlu silahla qətlə yetirilən qadınların sayı evdən kənarda qətlə yetirilən qadınların sayından çoxdur.
Yeni Qvineyada kənd qadınlarının 67 faizi, şəhər qadınlarının 56 faizi fiziki zorakılığa məruz qalır.
Kenyada qadınların 42 faizi zorakılığa məruz qalır.
Amansızlıq, işgəncə və qətllərin müxtəlif səbəbləri var:
Qadınlara qarşı zorakılığa əl atan kişilərin əksəri alkaqol, narkomaniya, psixi pozuntudan əziyyət çəkən kişilərdir.
Zorakılığın başqa bir səbəbi dünyanı ağuşuna almış modernizm, bu
düşüncənin qadına qədərincə dəyər verməməsidir. Təssüf ki qadınlara
qarşı amansızlıq bəşər tarixi boyu yüksələn xəttlə gedir. Kapitalın
hakimiyyəti, imperialist meyllər güclənldikcə qadın hüquqları da
məhdudlaşır. Zahirən azadlıq adlandırılan hüquqlar əslində qadınların
istismarına yol açıb.
Acınacaqlı faktlardan biri də budur ki, zorakılığa məruz qalan qadınların böyük əksəriyyəti bunu gizlədir.
Kütləvi informasiya vasitələrində, xüsusilə biznes məqsədi ilə
çəkilmiş filmlərdə amansızlığın təbliği yer alır. Qədim ədəbiyyatda da
bir növ amansızlığın təbliği ilə rastlaşırıq. “Pişiyi toy gecəsi
boğarlar” kimi məsəllər kişilərə mesaj verir ki, qadınla ilk gündən güc
dilində danışmaq lazımdır. Qadınlara hörmətlə yanaşan kişilərin müxtəlif
təhqiramiz adlarla çağırılması da kişiləri qıcıqlandıran
səbəblərdəndir. Kişinin hakim olduğu cəmiyyətlərdə belə məsəllər var ki,
evdən ağ gəlinlik paltarında çıxan qız bir də ər evindən ağ kəfəndə
çıxa bilər. Yəni qadın bütün
zülmlərə dözməlidir. Deyirlər ki, kişi üç şeydən həzər qılmalıdır:
Uçan divardan, uzun dil qadından, bəd itdən. Hətta qadınları qruplara
bölürlər. Dilli qadının dilini kəsməyə çağırırlar, at kimi vəfalı qadını
yüksək dəyərləndirirlər. Yəni qadın müti olmalı, haqlı-haqsız kişinin
əmrlərinə itaət etməlidir. Deyirlər qadın ki, 20 yaşa çatdı onun halına
ağlamaq lazımdır. Bir növ yaşa dolmuş qadını dəyərsiz hesab edirlər.
Deyirlər ki, ərlə arvadın davasına əbləhlər inanar. Bu belə bir mesaj
verir ki, ailə ixtilaflarına qayrışmayın. Hansı ki ailədəki problemlərə
yaxınların biganə qalması boşanmanın əsas səbəblərindəndir. İş elə bir
yerə çatıb ki, hətta polis ər-arvad davasına müdaxilə etməməyə çalışır.
Deyirlər qadın ilan kimidir, zəhərini tökməsə rahatlaşmaz. Evdən çıxan
qadının qıçlarını qır – bu da bir məsəldir. Deyirlər qadın əyri sümükdən
yaranıb. Bu sözlə onun şəxsiyyətini alçaldırlar. Hətta bu məqsədlə
Qurana istinad edir, qadının kişidən aşağı məqamda olduğunu sübuta
yetirmək istəyirlər. Qadının etibarsız sayır, ona axmaqların güvəndiyini
deyirlər. Sonsuz qadını dəyərsiz sayır, hətta onun adi insan haqlarını
inkar edirlər.
Mütəxəssislər qadınlara qarşı zorakılıq mövzusunu araşdırmış və zorakılığa məruz qalan qadınları qruplara bölmüşlər:
-Dillə zorakılığa məruz qalanlar: Bir çox qadınlar ailədə kobud sözlərdən, təhqirdən əziyyət çəkir.
-Fiziki və psixoloji zorakılığa məruz qalanlar: Qadınların döyülməsi,
həbsə salınması, ac saxlanılması fiziki zorakılıq hallarındandır.
Ardıcıl təhqir, ata ailəsindən dolayı qaxınclar psixoloji zorakılıq
növlərindəndir.
-Cinsi zorakılığa məruz qalanlar: Hədə-qorxu altında qadınların
parnoqrafiyaya cəlb olunması, fahişəliyə məcbur edilməsi cinsi zorakılıq
növlərindəndir.
-İqtisadi zorakılıq: Qadının mülkünü əlindən almaq, onun öhdədə olan xərclərini verməmək iqtisadi zorakılıqdır.
-Hüquqi zorakılıq: Faktiki olaraq tənha buraxmış kişinin onu boşamaq
istəməməsi, onu övladlarla görüşdən məhrum etməsi hüquqi zorakılıqdır.
-İdeoloji və ictimai zorakılıq: Qadına hansısa inancların zorla qəbul
etdirilməsi, ona yaxınları ilə əlaqələrin qadağan edilməsi bu qəbil
zorakılıqlardandır.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder