Əlaqə
11 Mart 2014 Salı
“Sovetski”də axan çarəsiz göz yaşları…
Göz yaşları iki əks hissin – kədərin və sevincin bir ifadəsidir.
Göz yaşları insan qəlbinin dərinliyindəki ucalan səsdir.
Göz yaşları həm də mesajdır və bu mesajı duyan hər bir kəs onu keçirdiyi hissləri bölüşməyə çalışır.
Göz yaşları insan qəlbinin dərinliyindəki ucalan səsdir.
Göz yaşları həm də mesajdır və bu mesajı duyan hər bir kəs onu keçirdiyi hissləri bölüşməyə çalışır.
Ötən gün ağlayan gözlər gördüm. Qayğılı, çarəsiz bir cüt göz… Saçları
ağarmış, üzləri qırışmış, ömrünün bəlkə də son qışını yaşayan yaşlı
qadın için-için ağlayırdı. Onun bir istəyi var idi. Göz yaşlarında
boğulan qadın bir təhər öz sözlərini deməyə çalışırdı: “Bizə niyə ev
vermirsən? Axı biz də Azərbaycanın balalarıyıq…”
Bu yaşlı nənənin sözlərindən çox, axıtdığı məsum göz yaşları təsirli
idi. O, yaşamaq istəyir, o, bir ev istəyir. Özü üçün deyil, xəyalında
qurduğu kimi balaları üçün, körpə nəvələri üçün. Bəlkə də, ömrünün
sonuna yaxınlaşan bu yaşlı qadın üçün son şansdır ki, övladlarını rahat
mənzildə yaşadığını görsün. Xəyallarında yaşadığını reallığa çevirmək
istəməyənlərə qəzəbi var. Ancaq bu qəzəb göz yaşlarına təslim olub.
Nə edim ki, o yaşlı ananın gözlərini silməyə cürətim yoxdur. Çünki bu
gözləri nə qədər silsəm də, qəlbin incəliyində ev quran xəyallar onun
vücudunu titrədəcək və puç olmuş xəyalların arxasınca baxıb göz
yaşlarına qərq olacaq. Ancaq yaşlı ananın arzularını dəfn etməyə
çalışmayım. Çünki insanın ümidsiz yaşaması onun yaşamaması deməkdir.
Ümid etmək istəyirəm ki, bu gözləri güldürəcək xəbər çıxacaq və yaşlı
ana sevinc göz yaşları axıdacaq, “Xəyalım dəfn olunmadı” deyəcək və
hüzurla həyatını davam etdirəcək.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder