Blog Arşivi

1 Mart 2014 Cumartesi

Növbədənkənar həbs kampaniyası

Hakimiyyətin cəbhəçi təlaşı hansı səbəblərdəndir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası üçün üzvlərinin həbs olunması adi haldır. Ancaq Cəbhə sıralarında yeni addımlayan kimsə belə hadisədə qəribəlik axtara bilər. Cəbhəçi öz yoldaşlarının günahsız, təqsirsiz tutulmasına təəccüb etsə, onlara verilən absurd ittihamlara qəribə nəzərlə baxsa, bu, yumşaq desək, siyasi riyakarlıq, yaxud son dərəcə siyasi bilgisizlik, naşılıq olar. Axı hamıdan birinci AXCP rəsmi və qeyri-rəsmi formada bu ölkədə ağalıq edənlərin adını qoyub!
Deyib, yazıb, qərara belə salıb ki, Əliyev rejimi cinayətkar və korrupsionerdi. Təsbit edib ki, bu rejim öz vətəndaşlarına əsir, girov kimi baxır.
Bəyan edib ki, Azərbaycan işğal altındadı – 20 faizi ermənilərin, 80 faizi əliyevlərin.
Əliyevlərin səltənətdə olduqları elə bir il bilmirəm ki, cəbhəçi həbsdə olmasın. Siyasi həyatın ən durğun zamanlarında belə AXCP ən çox siyasi məhbusu olan təşkilat olub. Bunu da qanunauyğunluq sayıram. H.Toro necə yazmışdı: “Tiranların hökumranlıq etdiyi yerdə vicdanlı adamların ən rahat yeri həbsxanalardır”.
Bütün bunları yazmaqla yanaşı, onu da mütləq vurğulamalıyıq ki,...
cəbhəçilərin həbsi daha çox ölkə daxili əlamətdar siyasi hadisələr zamanı olur. Məsələn, seçkilər zamanı, referendum vaxtı…
Bəs indi nə var? Seçki geridə qalıb, ən yaxın seçiyə ilyarım var, ölkə önəmli siyasi hadisə ərəfəsində deyil, fəqət kütləvi həbslər var. Dünən və bu gün hakimiyyət “polisə müqavimət” adı ilə cəbhəçi fəalları tutur.
O zaman biz özümüzə sual verməliyik: baş verən yeni “növbədənkənar” həbslərin səbəbi nədir?
***
Bu həbsləri sıradan, növbəti, plan xatirinə həbs adlandırmağı təhlillər rədd edir. Razılaşın ki, başı kifayət qədər dərddə olan hakimiyyət ciddi bir siyasi narahatlıq olmasa belə kobudluğa gedib, öz üzərinə yerli və beynəlxaql tənələri almaz. O zaman aydın olur ki, həbslərə səbəb olacaq ciddi narahatlıq var.
Həsblər üçün göstərilən rəsmi izah “polisə müqavimət, küçədə uca səslə söyüş söymək”dir. Bu ittihamlara ancaq “İlham Əliyev prezidentliyi dönəmində bir milyon iki yüz min yeni iş yeri açıb” dezinformasiyasına şəhadət gətirənlər inana bilər. Belə lümpenlərin düşüncəsi ilə isə dünyanın heç yerində heç nəyi ölçmürlər, ona görə də bu ittihamın sarsaq olduğunu əsaslandırmaq üçün baş yormağa dəyməz.
***
Hakimiyyətin narahatlığı iki amilə dayanır.
Bir: AXCP-nin avanqardlığı və təşkilatlanma gücü.
İki: Ukrayna hadisələri.
Açıq demək lazımdır ki, Milli Şurada ötən ilin sonu baş verənlər hakimiyyəti xeyli dərəcədə təngənəfəslikdən qurtarmışdı. Hakimiyyət düşünürdü ki, bu qurumdan məlum qopmalar cəmiyyətin cazibə və müqavimət məhkəzi kimi Milli Şuranın önəmini azaldacaq, üstəlik daxili intiriqalar müxalifəti içəridən sökəcək, bu isə onlara cənnət həzzi verəcək.
***
Fəqət gözləntilər özünü doğrultmadı. Milli Şura çevik siyasəti ilə yerbəyer oldu, təşkilat cilalandı və yola davam mesajını aydın formada verdi. Bundan sonra isə Milli Şuranın 3 əlamətdar ictimai göstərisi (20 yanvar, Novxanı, Xocalı anımı) hakimiyyəti təbdən çıxra bildi. Hər üç aksiyada Milli Şura tərəfdarlarının izdiham yaratması xəyalları suya saldı.
***
Bunlardan əlavə AXCP-nin keçirdiyi çoxsaylı müşavirələr və oradan 2014-cü ildə “yeni bir Cəbhə” (iki dəfə güclənmiş partiya) yaratmaq niyyətinin elanı da narahatlıq doğurmalıydı, doğurdu da. Hakimiyyət dərk etməyə çox çətinlik çəkmədi ki, 2014-cü illə bağlı Cəbhənin iddiası heç də pafos deyil, bu “reainmasiyadan” çox, qələbəni əldə etməyə yönələn cəhdlərdir və konkret əməllərlə müşahidə olunur.
Və belə bir anda Ukranya müxalifətinin inqilabı qələbə qazanır. Necə deyərlər, Azərbaycanda dəyişiklik istəyən xeyli adam üçün bu inqilab əyani dərs vəsaiti olur. Hələ əminliklə demək olmur, cəmiyyət bu dərsdən nələri əxz etdi, amma bu faktdır ki, hakimiyyət götürdüyünü götürüb. Amma çox pis formada.
Hakimiyyət Azərbaycanda aktiv müqavimətin yaranmasının bir an məsələsi olduğunu çox aydın duyur. Ukranya hadisələri də bu səbəbdən onu tələşlandırıb və burda da ağıl öz işini zora buraxıb. Onlar belə düşünür ki, başlayacaq etirazın avanqardı cəbhəçilər ola bilər, bu potensial müqavimət ocağıdır.
***
Bəs hadisələrin sonrakı inkişafı nə vəd edir? AXCP üçün həbs olunanların fərdi problemlərini, dərdlərini istisna etsək, bu həbslər siyasi dividentdən başqa heç nəyə yaraya bilməz. Həbslərə qarşı Cəbhənin çoxlarının qibtə edəcəyi immunteti var. Bu hadisə həmişə olduğu kimi yenə də cəmiyyətdə axtarışda olan müqavimətçilərin, dəyişiklik istəyənlərin AXCP-ni seçməsinə vəsilə yaradır.
Qaldı bu həbslərin hansısa inqilabı ertmələməsinə, məncə, bu məqama AXCP sədri Əli Kərimli facebook statusunda daha aydın cavab verib: “Həqiqətən də tarix onu öyrədirmiş ki, bəziləri tarixdən heç nə öyrənmir. Elə son illərdə neçə inqilabı canlı olaraq izləyiblər, neçə-neçə inqilab haqda eşidiblər (oxumaqla araları olmadığından, şübhəsiz, inqilablar haqda da oxumayıblar, ya televiziyadan görüblər, ya da eşidiblər), hələ də başa düşməyiblər ki, inqilabları partiyalar yox, xalq edir. Heç bir vaxtı çatmış, “yetişmiş” diktatoru, avtoritar dövlət başçısını isə repressiyalar qoruya bilmir”.
***
Bir neçə kəlimə də cəmiyyətin üzərinə düşən məsuliyyət barədə. Azərbaycan insanı öz həyatı ilə bağlı vacib qərar verməlidir. Bu, əlbəttə, göstəriş deyil, ancaq həyatımızda bir nizam, rahatlıq olması üçün qərarlaşmalıyıq: dəyişikliyi doğrudan da istəyiriksə, ölkədə hökm sürən ədalətsikdən həqiqətən təngə gəlmişiksə bunun yolu apaydındır. Heç yerdən heç vaxt ağ atlı oğlan gəlməyəcək. Cəmiyyət özü təşkilatlanmağa can atmalıdır, az-çox ortada olan siyasi qüvvəyə canıyananlıq edib onu qorumalıdır.
Yaxud, dəyişiklik bizim üçün şiddətli istək, vazkeçilməz məsələ deyilsə, o zaman Tanrı eşqinə, imitasiyamıza son qoyaq, nümunəvi təbəə olduğumuzu hər addımda isbatlayaq. İmitasiyalarla həşamətli iqtidara da boş verdən narahatlıq verməyək.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel