Əlaqə
Popüler Yayınlar
- ""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
- İslami dəyərlərə üstünlük verən Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad
- İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...
- Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”
Blog Arşivi
-
2014
(270)
- Eylül(2)
- Ağustos(20)
- Temmuz(25)
- Haziran(7)
- Mayıs(46)
- Nisan(44)
-
Mart(30)
- Mar 12(1)
- Mar 11(3)
- Mar 09(4)
- Mar 08(4)
- Mar 05(2)
-
Mar 04(6)
- “Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son ...
- İsrailin növbəti zülmü: “Məscidi-Əqsaya” giriş qadası
- Məşhur turizm saytı işğal olunmuş Azərbaycan ərazi...
- Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycand...
- Nemət Pənahlı ailə üzvləri ilə görüşüb
- Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşıl...
- Mar 03(1)
-
Mar 01(9)
- Növbədənkənar həbs kampaniyası
- Diktatorların əsl üzü
- “Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
- Səddam Hüseyn yadınızdadımı?
- “Xruşşovka”lar da söküləcək
- Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb
- Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barəd...
- İki ayda 12 hərbçi itirmişik
- İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhab...
- Şubat(45)
- Ocak(51)
- 2013 (363)
12 Mart 2014 Çarşamba
Bakı Metropoliteni qarşısında kütləvi aksiya Foto
Yeni rəisin qərarı metro ticarətçilərini ayağa qaldırdı; polis etirazçılara zor işlətdi; bir neçə nəfər saxlanıldı
Bakı Metropoliteninin stansiyalarının daxilində və piyada
keçidlərində qurulan ticarət köşklərinin yığışdırılması barədə martın
11-də qərar verildi. Metropoliteninin yeni rəisi Zaur Hüseynovun bu
şifahi qərarını elə ötən gün səhər saatlarında stansiya rəisləri dükan
sahiblərinin diqqətinə çatdırıb. Satıcılar martın 31-nə qədər yer
haqqını ödədiklərini desələr də, bunun heç bir faydası olmayıb. Elə
bundan sonra ticarətçilərin bir qismi günorta saatlarında metropolitenin
binası önünə toplaşdılar.
“İcarə pulu yığanlar da ortalıqda yoxdur”
Bundan xəbər tutan Yasamal Rayon Polis Idarəsi əməkdaşlarını
sözügedən idarənin qarşısına göndərmişdi. Binanın qarşısına toplaşan
satıcılar dedilər ki, hələlik iki stansiyada dükanı olanlar gəlib.
“Cibinizi doldurdunuz, indi bizi çıxardırsınız? Hansı varlı gedib metronun altında alver edər? Rəis müavini gəlib dedi ki,...
“Cibinizi doldurdunuz, indi bizi çıxardırsınız? Hansı varlı gedib metronun altında alver edər? Rəis müavini gəlib dedi ki,...
11 Mart 2014 Salı
Yalançının Ev Yandı Heç Kim Ona İnanmadı
Heç kimə sirr deyil ki, İlham Əliyev hakimiyyətdə qalıb, iqtidardan
getməmək üçün Şeytanın özü ilə belə əlbir olmağa hazırdır və elə əlbir
də olub.
İlham Əliyev cavabında bildirib ki,
Azərbaycanda siyasi məhbusun olmaması AŞPA-nın ötən ilin yanvar ayında
siyasi məhbuslarla bağlı gündəliyə çıxarılan qətnamənin əleyhinə səs
verməklə də təsdiqləyib.
Xatırladaq ki, 2013-cü ilin yanvar ayının
19-da AŞPA-nın qış sessiyasında qurumun Azərbaycan üzrə olan siyasi
məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser siyasi məhbuslarla bağlı
toplantıya qətnamə təklif etmişdi ancaq səsvermədə qətnamə qəbul
olunmadı.
Onu da qeyd edək ki, Ştrasseri İlham Əliyev hakimiyyəti 3
il müddətində bir dəfə də olsun mandatı üzrə Azərbaycana buraxmadı.
Bundan başqa İlham Əliyev cavabında onu da qeyd edib ki, Azərbaycan
vətəndaşları arasında yerli məhkəmələrdən narazı qaldıqları halda və
ədalətsizliklə üzləşdikləri halda Avropa İnsan Haqları məhkəməsinə üz
tuta bilərlər ki, bu məhkəmənin də qərarlarını Azərbaycan hakimiyyəti
yerinə yetirir.
Daha sonra Prezident onu da əlavə etdi ki,
ümumiyyətlə siyasi məhbus termininin universal izahı olsaydı yaxşı
olardı. Bu prezidentin dedikləridir.
İlham Əliyevin dediklərini
şərh edərkən birinci ondan başlamalıyıq ki,...
“Sovetski”də axan çarəsiz göz yaşları…
Göz yaşları iki əks hissin – kədərin və sevincin bir ifadəsidir.
Göz yaşları insan qəlbinin dərinliyindəki ucalan səsdir.
Göz yaşları həm də mesajdır və bu mesajı duyan hər bir kəs onu keçirdiyi hissləri bölüşməyə çalışır.
Göz yaşları insan qəlbinin dərinliyindəki ucalan səsdir.
Göz yaşları həm də mesajdır və bu mesajı duyan hər bir kəs onu keçirdiyi hissləri bölüşməyə çalışır.
Ötən gün ağlayan gözlər gördüm. Qayğılı, çarəsiz bir cüt göz… Saçları
ağarmış, üzləri qırışmış, ömrünün bəlkə də son qışını yaşayan yaşlı
qadın için-için ağlayırdı. Onun bir istəyi var idi. Göz yaşlarında
boğulan qadın bir təhər öz sözlərini deməyə çalışırdı: “Bizə niyə ev
vermirsən? Axı biz də Azərbaycanın balalarıyıq…”
Bu yaşlı nənənin sözlərindən çox, axıtdığı məsum göz yaşları təsirli
idi. O, yaşamaq istəyir, o, bir ev istəyir. Özü üçün deyil, xəyalında
qurduğu kimi balaları üçün, körpə nəvələri üçün. Bəlkə də, ömrünün
sonuna yaxınlaşan bu yaşlı qadın üçün son şansdır ki, övladlarını rahat
mənzildə yaşadığını görsün. Xəyallarında yaşadığını reallığa çevirmək
istəməyənlərə qəzəbi var. Ancaq bu qəzəb göz yaşlarına təslim olub.
Nə edim ki, o yaşlı ananın gözlərini silməyə cürətim yoxdur. Çünki bu
gözləri nə qədər silsəm də, qəlbin incəliyində ev quran xəyallar onun
vücudunu titrədəcək və puç olmuş xəyalların arxasınca baxıb göz
yaşlarına qərq olacaq. Ancaq yaşlı ananın arzularını dəfn etməyə
çalışmayım. Çünki insanın ümidsiz yaşaması onun yaşamaması deməkdir.
Ümid etmək istəyirəm ki, bu gözləri güldürəcək xəbər çıxacaq və yaşlı
ana sevinc göz yaşları axıdacaq, “Xəyalım dəfn olunmadı” deyəcək və
hüzurla həyatını davam etdirəcək.
Nurçuluğun Azərbaycandakı “F”sı
Son vaxtlar ölkə gündəmini zəbt edən nurçuluqla
bağlı hər gün yeni adlar çəkilsə də, onların Azərbaycandakı əsas təhsil
ocaqları Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz universiteti
göstərilir.
Dəfələrlə ölkə mediasında bununla bağlı faktlar irəli sürülsə də, hər iki qurum bunu təkzib edib. Maraqlıdır ki, hər iki məktəbin “Google Map”da görüntüsü Nurçuların lideri, onların dili ilə desək “hoca əfəndi” Fətullah Gülənin baş hərfini əks etdirir.
Qeyd edək ki, sözügedən faktın özü yeni olmasa da, bu məqamda bir daha oxuculara təqdim edirik:
Dəfələrlə ölkə mediasında bununla bağlı faktlar irəli sürülsə də, hər iki qurum bunu təkzib edib. Maraqlıdır ki, hər iki məktəbin “Google Map”da görüntüsü Nurçuların lideri, onların dili ilə desək “hoca əfəndi” Fətullah Gülənin baş hərfini əks etdirir.
Qeyd edək ki, sözügedən faktın özü yeni olmasa da, bu məqamda bir daha oxuculara təqdim edirik:
(qafqazinfo)
9 Mart 2014 Pazar
Metropolitendə “təmizləmə”: Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”
"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Bakı
Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətini ləğv
edərək, onların əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti
yaradıb.
Nəticədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsini itirib.
Yeni yaradılan "Bakı Metropoliteni" QSC-yə sədr isə Zaur Hüseynov təyin edilib.
"Bakı Metropoliteni"nin yeni sədri QSC-də hansı dəyişiklik aparır?
Modern.az saytı "Bakı Metropoliteni"nindən bəzi məlumatlar əldə edib.
Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması
prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan
sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı
tərəfindən təsdiqlənəcək.
Bildirilir ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov
işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar
vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı
Əhmədovun köməkçisi olub. Bundan başqa,...
“Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir”
Misirin ən böyük məscidlərindən birində Xocalı şəhidlərinin ruhuna dualar oxunub
Misirin ən böyük məscidlərindən sayılan Sultan Həsən məscidində Xocalı şəhidlərinin ruhuna dualar oxunub.
Məscidin axundu Xalid Himaya Azərbaycan haqqında məlumat vermiş, bu ölkənin İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu söyləyib. O, Azərbaycanın dini və mədəni dözümlülük baxımından dünyada örnək sayıla biləcək bir ölkə olduğunu diqqətə çatdırıb.
X.Himaya 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş faciə haqqında məlumat verib,... 600-dən çox dinc azərbaycanlı sakinin amansızcasına qətlə yetirildiyini, şəhərin tamamilə məhv edildiyini bildirib.
Axund bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir faciənin törədildiyini təəssüf hissi ilə vurğulayıb. O, Xocalı qətliamını törətmiş cinayətkarların cəzasız qalmayacaqlarını bildirib.
Misirin ən böyük məscidlərindən sayılan Sultan Həsən məscidində Xocalı şəhidlərinin ruhuna dualar oxunub.
Məscidin axundu Xalid Himaya Azərbaycan haqqında məlumat vermiş, bu ölkənin İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu söyləyib. O, Azərbaycanın dini və mədəni dözümlülük baxımından dünyada örnək sayıla biləcək bir ölkə olduğunu diqqətə çatdırıb.
X.Himaya 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş faciə haqqında məlumat verib,... 600-dən çox dinc azərbaycanlı sakinin amansızcasına qətlə yetirildiyini, şəhərin tamamilə məhv edildiyini bildirib.
Axund bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir faciənin törədildiyini təəssüf hissi ilə vurğulayıb. O, Xocalı qətliamını törətmiş cinayətkarların cəzasız qalmayacaqlarını bildirib.
Dünya Azərilər Haqqlarının Müdafiə Komitəsinin, Ayətullah Məkarimi şiraziyə Bəyanati
Rəhman və rəhim Allahın adı ilə
Böyük şiə təqlid mərcəsi Həzrət Ayətullahul-üzma Məkarim Şiraziyə
Salamlar!
Cənabınız kimi böyük fəqihlər və din alimləri tarix boyu Allah rəsulunun (s) davamçıları, İslamın keşikçiləri və Əhli-beyt (ə) yetimlərinin çətin günlərində şiənin arxa-dayağı olublar.
Sizin Qum şəhərinin Əzəm məscidində hicab qadağasının sonu ilə bağlı Bakı rəsmilərinə tövsiyəniz və bu ölkədəki din uğrunda mübarizə səbəbindən həbs olunmuş şəxsləri müdafiə etməyiniz Azərbaycanın məzlum şiələrinin ümidvarlığına və hicab məhbuslarının aramlığına səbəb oldu.
Cənabınız kimi böyük fəqihlər və din alimləri tarix boyu Allah rəsulunun (s) davamçıları, İslamın keşikçiləri və Əhli-beyt (ə) yetimlərinin çətin günlərində şiənin arxa-dayağı olublar.
Sizin Qum şəhərinin Əzəm məscidində hicab qadağasının sonu ilə bağlı Bakı rəsmilərinə tövsiyəniz və bu ölkədəki din uğrunda mübarizə səbəbindən həbs olunmuş şəxsləri müdafiə etməyiniz Azərbaycanın məzlum şiələrinin ümidvarlığına və hicab məhbuslarının aramlığına səbəb oldu.
Böyük şiə təqlid mərcəsi:
Tarix boyu dünyanın hər bir yerində şiələr zülmə məruz qalsalar da,...
Tarix boyu dünyanın hər bir yerində şiələr zülmə məruz qalsalar da,...
“Sovetski” sakinini bu sözlərinə görə həbs etdilər
Bakının “Sovetski” məhəlləsinin
sakinlərinin etiraz aksiyasında maraqlı olay baş verib. Jurnalistlərə
müsahibə verən sakinlərdən biri az sonra polis tərəfindən həbs edilib.
Maraqlıdır ki, o müsahibə verərkən bu açıqlamasına görə az sonra həbs
edələcəyini də bildirib.
Polis isə onu saxlayarkən həmin gəncin məhz müsahibə verən adam olduğunu işarə edib.
8 Mart 2014 Cumartesi
“Sovetski” sakinləri sabah etiraz aksiyası keçirəcək
Evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat
metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olan “Sovetski”
sakinləri martın 9-da yenidən etiraz aksiyası keçirəcəklər.
Bu barədə “Azadlıq”a məlumat verən sakinlər bildirib ki, onların
martın 8-nə təyin etdiyi aksiya təxirə salınıb, daha doğrusu, bir gün
ertələnib.
Mülkləri söküləcək vətəndaşlar bir daha bəyan edib ki, mülkiyyət
hüquqlarının müdafiəsi uğrunda sonadək mübarizə aparacaqlar: “Bizə ya
bazar qiymətlərinə uyğun kompensasiya verilsin, ya da mənzillərimizin
sahəsinə uyğun evlə təmin etsinlər. Başqa cür mümkün deyil”.
Dünya qadına qarşı
Beynəlxalq Amnistiya Təşkilatın hesabatına əsasən qadınların ölüm və
əlillik hallarında ağır xəstəliklər və qəzalardan çox ailədəki
amansızlıq rol oynayır. Hesabatda 16-44 yaşında qadınlar nəzərdə
tutulur.
Ailədə amansızlıq qurbanları arasında 90 faiz qadınların, 10 faiz kişilərin payına düşür.
İntihara əl atan qadınların sayı bu yolu seçən kişilərin sayından iki
qat artıqdır. Subay qadınlar subay kişilərdən az, evli qadınlar evli
kişilərdən çox intihar yolunu seçir.
Dünyada hər 18 saniyədə bir qadın ölür.
Dünya səhiyyə təşkilatının hesabatına əsasən hər 18 saniyədə bir qadın təcavüzə məruz qalır.
Dünyanın müxtəlif ölkələrində aparılan sorğuya əsasən 50 faizədək
aləli qadınlar həyat yoldaşları tərəfindən fiziki zorakılığa məruz
qalır. Bu 50 faizin üçdə biri həm də...
Elnur Aslanov və Rəbiyyət Aslanova haqda inanılmaz iddialar
Ana-oğul
aslanovlara qarşı ciddi ittihamlar irəli sürüldü: Türkiyə MİT-i
Bakıdakı “gizli texnoloqlar”la birləşib; nurçu qalmaqalı daxili siyasətə
daşınır; hər iddia bir suç, bir cinayət...
Prezident
Administrasiyasında məsul vəzifə tutan və təriqətçi olduqları iddia
edilən vəzifəli məmurlarla bağlı qalmaqal davam edir. Martın ilk həftəsi
hakimiyyət daxilinə sızmasından danışılan bu qrupun və onlara qarşı
ifşa kampaniyası aparan gizli texnoloqların virtual savaşının daha da
şiddətlənməsi ilə yadda qalıb.
“Gizli texnoloqlar” deyilən qrupun ifşa kampaniyasında əsas hədəf hələ də Azərbaycan əsilli nurçulardır.
Prezident Administrasiyasının olduqca əhəmiyyətli postlarını tutan
Elnur Aslanov (Prezident Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri), Fərhad Məmmədov (Prezident
yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri) və onların
himayəsində olan digərləri barədə heyrətamiz dərəcədə özəl, lakin
həqiqət olub-olmadığı təsdiqlənməyən məlumatlar yayan qrup yeni
sənədlər, gizli məktublar, hətta səs yazısı da faş edib. Diqqətçəkən
məqam isə budur ki,...
5 Mart 2014 Çarşamba
AXCP-yə qarşı qərargah təxribatına ictimai etiraz
“Hakimiyyət artıq terror dililə danışır”; “Belə siyasi mübarizə olmaz”; “Mülk sahibinin dedikləri araşdırma üçün əsasdır”…
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı
partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın
qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin
ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Amma
baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən
binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. A.Əsgərov
dünən hadisə yerində bəyan edib ki, binanı fövqəladə hallar naziri
Kəmaləddin Heydərov partlatdırıb. Sahibkar deyib ki, ona Heydərovun
adından AXCP-ni binadan çıxarmalı olduğu, yoxsa binanın yana, yaxud
partlaya biləcəyi barədə xəbərdalıq edilmişdi. A.Əsgərov dediklərini
təsdiqləyən audi-diskləri də jurnalistlərə paylayıb.
Fikrini öyrəndiyimiz ictimaiyyət nümayəndələri AXCP-nin qərargahı ilə
bağlı baş verənləri həm hakimiyyətin bu partiyaya qarşı düşmən
münasibəti, həm də konkret cinayət əməli kimi şərh ediblər.
Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki,
partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə
törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki,
AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım
partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə
törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə
təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı
bir terror aktıdır. Təəssüf ki,...
Yenə ofissiz qalan partiya baş verənləri siyasi terror adlandırdı
Martın 4-də
AXCP bir gün əvvəl zirzəmisində partlayış baş verən qərargahından
çıxarılıb. Səhər saatlarından qərargah boşaldılmağa başlayıb. Əraziyə
Çevik Polis Alayının qüvvələri gətirilib. AXCP üzvlərinin qərargahı
boşaltmaqdan imtina etməsi isə gərginliyə səbəb olub. Nərimanov Rayon
İcra Hakimiyyətinin nümayəndələri AXCP-yə binanın qəzalı oduğunu
bildiriblər. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar
İbadov bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və
Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib, müvafiq
araşdırmalar aparılıb.
Ş. İbadov qeyd edib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi tərəfindən rayon icra hakimiyyətinə telefonoqram daxil
olub. Daxil olan telefonoqramda qeyd olunan binanın yararsız vəziyyətə
düşməsi səbəbindən ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin
boşaldılması tapşırılıb: “Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
sərəncamı ilə qeyd olunan ərazidə yaşayan üç ailə köçürülür, həmin
ailələrə üç aylıq kirayə pulu ödəniləcək. Həmin ailələr dövlət
tərəfindən tikilən binalarda mənzillə təmin ediləcək”.
İcra başçısının müavini deyib ki,...
4 Mart 2014 Salı
“Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son qərarı
Baş nazirin müavini Abid Şərifov bu gün Yasamal Rayon İcra
Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı
Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlayıb.
A. Şərifov deyib ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam
etdirilməsi ilə bağlı razılıq əldə olunub: “Kim 1 kv.m üçün 1500 manat
ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər.
Xatırldaq ki, “Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz
aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar. Aksiya
iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul
təklif edirlər. Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin
qiyməti günü-gündən bahalaşır.
İsrailin növbəti zülmü: “Məscidi-Əqsaya” giriş qadası
İsrail müsəlmanların ibadət etməsinə qadağa qoydu Qarabaghnews.com-ın
“islamazeri.az”-ə istinadən verdiyi xəbərə görə, İsrail rejimi
fələstinlilərə qarşı növbəti qanunsuzluğa imza atıb. Belə ki,
“Məscidi-Əqsa”-ya 50 yaşdan kiçik olan kişilərə giriş qadağan edilib.
İsrail ordusu tərəfindən verilən yazılı açıqlamada, “Məscidi-Əqsa”-ya
icazə səndədi olan qadınlar və 50 yaşdan yuxarı icazə sənədi olan
kişilərin girməsinə icazə veriləcəyi bildirilib. Qeyd edək ki, Qəzzada
yaşayan fələstinlilərə ...
Məşhur turizm saytı işğal olunmuş Azərbaycan ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib
Mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı
Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini
“Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Bununla belə, “Dağlıq
Qarabağ Respublikası” Azərbaycanın tərkibində qeyd olunub. Funksiyası
rus, ingilis, ərəb, fransız və digər dillərdə səyahətçilərə ölkələr,
turizm obyektləri və otelləri haqqında məlumat bazası rolunu oynayan
saytda qondarma “Dağlıq Qarabağ Respublikası”nın otelləri, turizm
imkanları barədə məlumat ...
Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycanda döyüşmək üçün hazırlıq hesab edirlər
Gəncədə MTN əməkdaşdının
öldürülməsi, Zaqatala, Balakən hadisələri, Eurovision müsabiqəsi
ərəfəsində vəhabilər tərəfindən ölkə prezidenti İlham Əliyevi terror
etmək planı Azərbaycan Respublikası vəhabilərinin yalnız bir hissəsidir
2013-cü ilin yayında Sumqayıt
vəhabilərinin öz güclərini göstərmələri məqsədilə etdikləri ilk
hərəkətin şahidi olduq. Bu şəhərin vəhabiləri burda yeni tikilmiş
məscidi tamamilə öz idarəçiliklərinə keçirməyə çalışdılar. Bu şəhərin
şiələrinin fəaliyyət və geniş iştirakının ardınca onların hərəkatı
məğlubiyyətə uğradı.
Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.
Bir müddətdən sonra məlum oldu ki,...
Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.
Bir müddətdən sonra məlum oldu ki,...
Nemət Pənahlı ailə üzvləri ilə görüşüb
Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı martın 3-də deyib ki,
görüş fevralın 28-də olub: “Uşaqları da özümlə aparmışdım. Nemətin
səhhəti, əhvalı çox pisdir. Şəkəri ona əvvəlkindən artıq əziyyət verir.
Bu dəfə həbsxanada yemək qəbulu vaxtı olduğu üçün apardığım ərzaqları
götürməkdə problemi olmadı. Sadəcə 3 saat qapıda gözlətdikdən sonra
içəri buraxdılar. Çöldə gözləməkdən uşaqlar da xəstələnib. Niyə gec
buraxdıqları ilə bağlı hər hansı açıqlama vermədilər”.
52 yaşlı Nemət Pənahlı 6 övlad atasıdır. O, 2011-ci il yanvarın 8-də
tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı
ilə 6 il müddətinə azadlıqdan məhrum edilib
Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşılaşıb”
Dini fəal, bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova
onunla görüşüb. Könül İsmayılova bildirib ki, görüş əsasən yoxlama
məqsədi güdüb: “Çünki Rəşad karantində idi. Nə zəng edirdi, nə də xəbər
ala bilirdik. Nigaran idik. Amma 2 saylı Cəzaçəkmə Müəssisəsinə
getdiyimiz gün onu buraxmışdılar. Cəzaçəkmə müəssisəsinə köçürüləndən
sonra əhvalı bir qədər yaxşılaşıb”.
Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq
külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı
Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə
cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Bloqçu
ötən ay Bakı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə
köçürülüb.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
3 Mart 2014 Pazartesi
Polislərlə “Sovetski” sakinləri arasında toqquşma oldu
Sovetski” sakinlərinin aksiyası sona çatan ərəfədə gözlənilməz hadisə baş verib.
Belə ki, “Sovetski” sakinləri evlərinə dağılışarkən polislər onlara hücum edərək, daha bir neçə nəfəri həbs ediblər.
“Sovetski” sakinləri həbs edilən şəxslərin azad edilməsi üçün
polislərə etiraz ediblər və onların aparılmasına cəhd göstərilən maşının
qarşısını kəsməyə çalışıblar.
Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Polislər sakinlərə qarşı zor tətbiq edib.
Dəqiqləşdirlimımiş məlumata görə, zorakılığa məruz qalanlar
arasında mətbuat nümayəndələri də var. Bir jurnalistin videokamerasının
sındırıldığı iddia olunur.
Məlumata görə, ətraf küçələr tam şəkildə polis nəzarati altına alınıb.
Digər bir mənbə isə bildirir ki, polisin reaksiyasına səbəb bəzi
sakinlərin 173 saylı məktəbin yaxınlığındakı yolu kəsmək cəhdləri olub.
Bu cəhdlərin qarşısı alınarkən polislə əhali arasında qısamüddətli
toqquşma baş verib.1 Mart 2014 Cumartesi
Növbədənkənar həbs kampaniyası
Hakimiyyətin cəbhəçi təlaşı hansı səbəblərdəndir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası üçün üzvlərinin həbs olunması adi
haldır. Ancaq Cəbhə sıralarında yeni addımlayan kimsə belə hadisədə
qəribəlik axtara bilər. Cəbhəçi öz yoldaşlarının günahsız, təqsirsiz
tutulmasına təəccüb etsə, onlara verilən absurd ittihamlara qəribə
nəzərlə baxsa, bu, yumşaq desək, siyasi riyakarlıq, yaxud son dərəcə
siyasi bilgisizlik, naşılıq olar. Axı hamıdan birinci AXCP rəsmi və
qeyri-rəsmi formada bu ölkədə ağalıq edənlərin adını qoyub!
Deyib, yazıb, qərara belə salıb ki, Əliyev rejimi cinayətkar və korrupsionerdi. Təsbit edib ki, bu rejim öz vətəndaşlarına əsir, girov kimi baxır.
Bəyan edib ki, Azərbaycan işğal altındadı – 20 faizi ermənilərin, 80 faizi əliyevlərin.
Əliyevlərin səltənətdə olduqları elə bir il bilmirəm ki, cəbhəçi həbsdə olmasın. Siyasi həyatın ən durğun zamanlarında belə AXCP ən çox siyasi məhbusu olan təşkilat olub. Bunu da qanunauyğunluq sayıram. H.Toro necə yazmışdı: “Tiranların hökumranlıq etdiyi yerdə vicdanlı adamların ən rahat yeri həbsxanalardır”.
Bütün bunları yazmaqla yanaşı, onu da mütləq vurğulamalıyıq ki,...
Deyib, yazıb, qərara belə salıb ki, Əliyev rejimi cinayətkar və korrupsionerdi. Təsbit edib ki, bu rejim öz vətəndaşlarına əsir, girov kimi baxır.
Bəyan edib ki, Azərbaycan işğal altındadı – 20 faizi ermənilərin, 80 faizi əliyevlərin.
Əliyevlərin səltənətdə olduqları elə bir il bilmirəm ki, cəbhəçi həbsdə olmasın. Siyasi həyatın ən durğun zamanlarında belə AXCP ən çox siyasi məhbusu olan təşkilat olub. Bunu da qanunauyğunluq sayıram. H.Toro necə yazmışdı: “Tiranların hökumranlıq etdiyi yerdə vicdanlı adamların ən rahat yeri həbsxanalardır”.
Bütün bunları yazmaqla yanaşı, onu da mütləq vurğulamalıyıq ki,...
Diktatorların əsl üzü
Tarix boyu, xüsusilə müasir dövrümüzdə diktatorların amansızlığı pərdə
arxasında qalıb. Bu insanları adətən verdikləri amansız göstərişlərə
görə diktator adlandırıblar. Əslində belələri pərdə arxasında şəxsən ən
böyük amansızlıqlara imza atıblar.
İran şahı Rzaxan baş nazir olandan sonra tabeçiliyində olanlara divan tutub. Rzaxanın diktatorluğu elə bir həddə çatıb ki, bunu pərdələmək qeyri-mümkün olub. Rzaxan xalq arasında şəxsən adam döyməsi ilə tanınıb. O hətta yaşlı şeyxi döyməkdən çəkinməyib.
Rzaxan adından göründüyü kimi xan idi. Əgər bir xan ölkə başçısı postunu tutsa vay o millətin halına. Xan həmişə ətrafındakıları rəiyyət kimi görür. O hesab edir ki,...
İran şahı Rzaxan baş nazir olandan sonra tabeçiliyində olanlara divan tutub. Rzaxanın diktatorluğu elə bir həddə çatıb ki, bunu pərdələmək qeyri-mümkün olub. Rzaxan xalq arasında şəxsən adam döyməsi ilə tanınıb. O hətta yaşlı şeyxi döyməkdən çəkinməyib.
Rzaxan adından göründüyü kimi xan idi. Əgər bir xan ölkə başçısı postunu tutsa vay o millətin halına. Xan həmişə ətrafındakıları rəiyyət kimi görür. O hesab edir ki,...
“Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
Evləri sökülənlər və kompensasiyadan narazı qalanlar Abid Şərifovdan cavab gözləyirlər
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, hökumətə
verilən vaxt bitir. Amma buna baxmayaraq, “Sovetski”də kompensasiyadan
narazı qalan sakinlərlə bağlı rəsmi hər hansı bir qərar verilməyib.
Bakının qədim məhəlləsində yaşayanlar bildirdilər ki, hökumət yenə də
“Papanin” və “Basin”də söküntü zamanı tətbiq etdiyi qayda ilə məsələni
həll etməyi düşünür. Həmin qayda isə kompensasiya tələb edən “Sovetski”
camaatına fərdi yanaşmaqdır. Yəni evi bir qədər böyük olan sakinlər ola
bilər ki,...
Səddam Hüseyn yadınızdadımı?
Ukraynada inqilabdan sonra etirazçılara divan tutan “Berkut”çuların diz
çökdürülməsi mənzərəsi inzibati zülm altında inləyən azərbaycanlıların
ürəyinə məlhəm kimi yaxılmaqdadır.
Biz bütün tiran-dikatorlar və onların qul-qaravaşları kimi
Ukraynadakı “Berkut”ların da qorxaq dovşanlar olduğuna şahidlik etdik.
Səddam Hüseyn yadınızdadımı? Keçirdiyi paradlarda kütlənin gözü
önündə havaya silahdan güllə atar, özünü qəhrəman kimi göstərərdi.
Fəqət, gizləndiyi kanalizasiyada onu çox alçaldığı vəziyyətdə həbs
edəndə o “millət qəhrəman”ın miskinliyi göz çıxarırdı. Səddamın qüruru
olmadı ki, ABŞ əsgərlərinə müqavimət göstərmək bir yana, heç olmasa,
əlindəki silahla özünə qıysın.
Belə nümunələr çoxdu.
Kimsə çox düzgün olaraq, tiranları şir belinə minən qorxaqlara
oxşatmışdı. Şirdən (hakimiyyətdən) düşəndə onlar canlarını qoymağa yer
axtarırlar.
Indi gəlirik “Berkut”dan alınan ibrətlərə.
Sizin gümanınız var ki, bu hadisə Azərbaycanda uzun illərdir qız,
qadın, uşaq,...
“Xruşşovka”lar da söküləcək
Köhnə həyət evlərinin söküntüsü başa çatdıqdan sonra növbədə “Stalinka” və “Xruşşovka”ların olacağı gözlənir
Paytaxt Bakıda gedən söküntü işləri, buna görə ödənilən
kompensasiyalar hələ də aktuallığını qoruyan məsələlər sırasında yer
alır. Xatırladaq ki, hazırda söküntü işləri “Sovetski” adlanan ərazini
əhatə edir. Düzdür, burada evləri söküləcək bütün sakinlərlə tam razılıq
əldə olunmayıb və bu istiqamətdə müvafiq danışıqlar davam etdirilir.
Lakin hökumət tərəfindən təklif edilən kompensasiyalarla razılaşaraq
artıq evləri tərk edənlər də var. Bəzi ərazilərdə,...
Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb
01
yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət
borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula
(ÜDM) oaln nisbəti 8.2 faiz təşkil edərək bir çox inkişaf etmiş və
inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Qeyd edək ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub...
Qeyd edək ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub...
Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barədə danışdı
“Müəyyən xarici qüvvələrin təsiri
altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət -
antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini
satmağa, Vətəninə xəyanət etməyə hazırdır”. APA-nın
məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov deyib....
İki ayda 12 hərbçi itirmişik
İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhabilər tərəfindən dağıdıldı
Nəsiminin
Suriyanın Hələb şəhərindəki qəbri dağıdılıb. Bu barədə Suriya Türkmən
Cəbhəsi məlumat yayıb. Məlumata görə, Nəsiminin qəbri olan qəbrstanlıq
Hələbin əl-Ferafiyə adlanan məhəlləsində yerləşir. Hazırda həmin ərazi
terrorçu “Əl-Qaidə”yə yaxın “Əl-Nüsrə” Cəbhəsinin nəzarətinə keçib.
“Vəhabilər qəbrstanlığı viran ediblər, Nəsiminin qəbri də daxil olmaqla
minlərlə qəbir dağıdılıb”.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.