Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
4 Aralık 2013 Çarşamba
Xaricə ucuz, xalqa baha
Azərbaycan benzinin 1 tonunu öz xalqına 917 manata, xaricə
765 manata satır
Hökumət nümayəndələri bəyan edir ki, benzin bizdə qonşu ölkələrdən
ucuzdur deyə, onu bahalaşdırmağa məcburdurlar. Onlar söyləyir ki, xaricilər gəlib
buradan benzini daha ucuz qiymətə aparırlar. Halbuki bir xaricinin gəlib bizim
ölkədən benzin alıb aparması bütün hallarda Azərbaycana daha faydalıdır.
Çünki Azərbaycan hökuməti benzini xarici ölkələrə öz xalqına
satdığından daha ucuz qiymətə satır. Buyurun öz gözünüzlə görün. Aİ-92
benzinini nümunə üçün götürək…
Tarif Şurasının son qiymətlərinə görə 1 litri 0,7 manat olan
Aİ-92 avtomobil benzininin 1 tonu ölkəmizdə 917 manata satılır. Bu rəqəm
qurumun dünənki bahalaşma qərarından götürülüb və qərardakı cədvəlin uyğun hissəsinin
fotosunu yazıya əlavə edirəm. Mənbə:
http://www.tariffcouncil.gov.az/?/az/resolution/view/104/.
Amma xarici ölkələrə benzinin 1 tonu 943,41 dollara satılır.
Bu da edir 765 manat. Bu, ən son rəqəmdir və ARDNŞ-in saytından götürülüb və
yenə də saytdan skrin-şotu – fotonu yazıya əlavə edirəm. Mənbə:
http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/6723.
Tutaq ki, bir gürcü Azərbaycana gəlib benzin alır. Bu zaman
o burada öz ölkəsinə nisbətən daha ucuz benzin almış olur, amma bu halda da biz
benzini həmin gürcüyə Gürcüstana satdığımızdan daha baha satmış oluruq. Yəni Azərbaycan
bundan uduzmur, əksinə udur!
Milli Ordumuzun əsgəri yaralandı
Bu gün səhər saatlarında ermənilərin Xocavənd rayonunun
işğal altındakı Kuropatkino kəndindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri
yaralanıb.
Yaralanan əsgər Şamaxı rayonundan olan Əlfi Firdovsi oğlu
Muradovdur. Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala
çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Asim Məmmədovun anası prokurorluqda ifadə Verdi

Samirə Məmmədova: “Mən onun öldürülməsi iddiasına şübhə edirəm”
Asim Məmmədov: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci
kurs tələbəsi Asim Məmmədovun yas mərasimi dekabrın 3-də saat 14.00-da Əhmədli
qəsəbəsi, Sarayevo 17 (“Murad” şadlıq evi ilə üzbəüz) ünvanında keçiriləcək. Bu
barədə mərhum tələbənin facebook profilində məlumat yerləşdirilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi,
1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədovun meyiti noyabrın 25-də dənizdən
tapılıb. Rəsmi məlumata görə, ilkin araşdırmalar mərhumun intihar etdiyini deməyə
əsas verir. Bu versiyanı qismən də olsa mərhumun anası da təsdiqləyib. Mətbuata
müsahibəsində Samirə Məmmədova oğlunun intihar etməsi versiyasına inandığını
gizlətməyib. Eyni zamanda A.Məmmədovun ölümündən əvvəl Türkiyədən olan bir qızı
sevdiyini, evlənmək istədiyini, ancaq qızın buna razılıq vermədiyini bildirib.
Yeri gəlmişkən, Asim Məmmədov noyabrın 16-dan itkin düşüb. O da məlum olub ki,
A. Məmmədov evdən çıxarkən mobil telefonunu evdə qoyub.
Ancaq dostları, tanıyanlar onun intihar etməsi faktına
inanmırlar. Ortada ciddi əsaslar olmasa da, dindar, mübariz tələbənin birdən-birə
özünə qəsd etməsi çoxlarında şübhə yaradıb. Qeyd edək ki, A.Məmmədov xeyli dərəcədə
fəal gənclərdən olub. Bəzi saytlarda dini mövzularda məqalələr, tərcümələr
edib. Bundan başqa, müxalifətin aksiyalarına qatılıb, apreldə ilahiyyatçı Taleh
Bağırovun həbsinə etiraz olaraq keçirilən aksiyada həbs olunub, 10 sutka həbsdə
yatıb. Oktyabrın 28-də yenə Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin
qarşısında həbs edilib və 8 saat saxlandıqdan sonra cərimələnərək buraxılıb.
A.Məmmədov “Dindarlar Milli Şurayladır” qrupunun admini olub. Belə bir insanın
qəflətən onunla evlənmək istəməyən qıza görə özünə qəsd etməsi haqlı olaraq
şübhələr doğurub.
Bu barədə saytlarda və sosial şəbəkələrdə yayılan yazılarda əksəriyyət
məhz yuxarıda sadalanan səbəblərə görə A.Məmmədovun özünə qəsd etməsinə
inanmadığını bildirir. Yeri gəlmişkən, Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
125 (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanıb.
2 Aralık 2013 Pazartesi
Dindarlar məhkəmədən öz bəraətlərini istədilər
“Qollarıma vurulan qandal deyil, azadlığımın qolbağıdır ”
Xəbər verildiyi kimi, keçən gün Nicat Əliyev və dindarların
məhkəməsi keçirilib
Keçənu gün saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat
Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz,
Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin
növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında Səfərli Ceyhunun vəkili Əliyev Şəhriyar
çıxış edib. O çıxışında qeyd edib ki, “Ceyhun Səfərli dövlət əleyhinə heç bir
çağırış etməyib. Bu barədə ibtidai istintaq dövründədə heç bir sübut olmayıb. O
tutularkən kobud şəkildə prosesual qaydalar pozulub. O işkəncəyə məruz qalıb.
Ceyhun məhkəmə istintaqına ifadəsi zamanı bu barədə məlumat vermişdi. Ondan
götürülən heç bir sənəd geri qaytarılmayıb. Ona qarşı olunan ittihamlar
qondarmadır. Müdafiə etdiyim Ceyhun Səfərliyə bəraət hökmü verilməlidir.”
Daha sonar Dövlət İttihamçısı vəkillərin çıxışlarına münasibət
bildirib. O çıxışında qeyd edib ki, həbs olunanlara qarşı ittihamlar haqqlı
olaraq verilib və istədiyi cəzaların tətbiq olunmasını xahiş edib. Məhkəmə
iclasında Quranda tolerantlıq ayəsinin olması barədə iddia səsləndirib. Bu isə
etirazlara səbəb olub.
Dövlət ittihamçısının çıxışına vəkillərin etirazı gecikmədi.
Vəkillər Anar Qasımlı, Yalçın İmanov və digərləri dövlət ittihamçısını
qanunlara şərh verdiyi üçün tənqid etdi. Bildirdilər ki, bu yalnız
konistutusiya məhkəməsinin səlahiyyətində olan məsələdir. Qanunlara şərh verməyə
heç kimin qanuni icazəsi yoxdur.
Bir var kəbindən doğulan, bir var siğədən doğulan, bir də var…
Bu yaxınlarda bir ifadəyə
rast gəldim. Təqribən belə idi : “Bir var kəbindən, Bir var siğədən
doğulanlar….”.
İfadənin müəllifi siğədən
doğulanlar dedikdə kimləri nəzərdə tutduğu tam aydın olmasa da, birilərini təhqir
etmək üçün, bu ifadədən istifadə etdiyi bəlli idi.
Əslində İfadə qərəzli olsa
da, metod və baxış bucağı döğrudur. Doğrudan da bütün problemlərin kökündə,
insanın zatı və rişəsi dayanır. Dini mənbələrə nəzər saldıqda, bir çox hədislərdə
görmək olar ki, bir insanın tərbiyəsində başlıca amillərdən biri onun bünövrəsinin
paklığıdır. Elə bəzilərinin dandığı atalar da, “Əslini gizlədən haramzadədir”,
“Ot kökü üstə bitər” dedikdə, bu məsələləri nəzərdə tutublar.
Uzatmayım. Bir var kəbindən,
Bir var siğədən doğulanlar…
Kəbindən doğulanlar məlum.
Siğədən doğulanlar dedikdə, yəqin ki mütə nikahından dünyaya gələnlər nəzərdə
tutulur. Tarixdə belə bir nikahdan kiminsə doğulduğuna dair bir fakt tapa bilmədim.
Olubsa da, mən bilmirəm. Tapsaydım onların necə bir insan olduqları barədə bir
qənaətə gəlmək olardı. Yalnız onu bilirəm ki, mütə nikahı müsəlman aləmində, bəhs
edilən elmi, şəri və tarixi bir məsələdir. Təbii ki, bu barədə geniş yazmaq
hazırki cızma-qaranın əsas məqsədi deyil. Araşdırmaq istəyəynlər elə uzağa yox,
əhli-sünnə fiqhinin özəyini təşkil edən, “Səhih-Buxari” və “Səhih-Muslim”
kitablarına baxa bilərlər. Təbii ki, bu kitabları oxuya biləcək savadları
varsa.! Mütə nikahını haram bilən də, halal bilən də, nikahın Peyğəmbər dövründə
olduğunu qəbul edir. Yalnız bir qism müsəlman alimlər sözügedən nikahın
sonradan qadağan edildiyini bildirir. Hər iki fikirə hörmətlə yanaşırıq.
Sözümüz bunda deyil.
Maraqlı təsnifatdı!: Bir var
kəbindən, Bir var siğədən doğulanlar. Amma nədənsə əsas qrup yaddan çıxıb. Bir
də var zinadan əmələ gələnlər. Yəni vələduzzinalar.
Benzinin və dizelin qiyməti qalxdı: nə az, nə çox - 20 qəpik!
un Tarif Şurasının rəsmi saytına istinadən verdiyi xəbərə görə,
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il
tarixində keçirilmiş növbəti iclasında rabitə, hava nəqliyyatı ilə
ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara
(“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərikimya” İstehsalat Birliyi)
satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılmışdır.
Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır.
Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılmışdır.
SUMQAYITDA KÜTLƏVİ DAVA: 6 nəfər yaralandı
Sumqayıtda 6 nəfərin yaralanması ilə nəticələnən kütləvi
dava olub. APA TV-nin xəbərinə görə, onlardan 3-ü bıçaq xəsarəti alıb, digərləri
isə əlbəyaxa zamanı yumruq və təpik zərbələrinə məruz qalıb. Hadisə Nəsimi
parkının yaxınlığındakı Qala restoranının qarşısında baş verib.
Hadisəyə qız üstündə mübahisənin səbəb olduğu bildirilir. Həmçinin,
əlbəyaxa olan şəxslərin içkili olduğu da deyilir. Xəsarət alanlardan birinin 17
yaşı var. Hadisənin səbəbləri xəsarət alanların ifadəsindən sonra müəyyənləşəcək.
İlkin ehtimala görə, onlar bir-birlərinə
BAHALAŞMA KABUSU?!!!
Hökumətin kommunal xidmətləri, eləcə də yanacağın qiymətlərini
qaldırması əhalinin orta və kasıb təbəqəsi üçün böyük zərbə olacaq, bahalaşma
bütün sahələri “vuracaq”. Rəsmi hesablamalara əsasən, 2013-cü ildə Azərbaycanda
inflyasiya səviyyəsi 3,3 faiz, 2014-cü ildə isə 3,5 faiz təşkil edəcək. Deməli,
söhbət heç də inflyasiyadan və ya büdcə qurumlarının məsrəflərinin kəskin
artmasından deyil, ciddi qiymət artımından gedir
Azərbaycan hökuməti yeni bahalaşmanın anonsunu verdi. Mətbuatın
yazdığına görə, gələn ilin əvvəlindən ölkədə yanacaq və kommunal xidmətlərin
qiyməti qaldırılacaq. Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri
Samir Şərifov da bunu qismən də olsa təsdiqləyib. Sitat: “Bildirmişəm ki, 2007-ci ildəki son
artımlardan bu vaxta qədər ölkədə kommunal sahədə artımın edilməsi labüddür.
Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası
deyəcək”.
Sumqayıtda da izdihamlı Aşura mərasimləri keçirilib
Bu gün Azərbaycanın hər yerində olduğu kimi ölkənin ən böyük
üçüncü şəhəri sayılan Sumqayıtda da izdihamlı Aşura mərasimi keçirilib. Şəhərin
məscidlərinə yığışan minlərlə sumqayıtlı, müqəddəs İslam peyğəmbərinin nəvəsi Həzrəti
İmam Hüseyn(ə)-ın xatirəsini əziz tutublar.
Nəzir, şirni, şərbət və digər ehsanlar paylamaqla Kərbəla şəhidlərinin
xatirəsini əziz tutan minlərlə şəhər əhalisinin yığışdıqları məscidlərdə, mərsiyələr
və xütbələr oxunub.
Asim Məmmədovun meyiti tapılıb
İtkin düşən gənc dindar ölü tapıldı
Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun
meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları
yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.
Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə
evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda
Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının
fonunda tabut şəkli yer
Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun
meyiti tapılıb. Musavat.com xəbər verir ki, bu barədə Facebook-da onun dostları
yazıblar. Gəncin nədən dünyasını dəyişdiyi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda dənizdə naməlum
kişi meyitinin olması barədə məlumat daxil olub. Musavat.com-un FHN-in saytına
istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin
dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə
cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum
kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Musavat.com xəbər verir ki, meyit tanınması üçün Asim Məmmədovun
ailəsinə göstərilib. Anası Asim Məmmədovun cəsədini tanıyıb.
17 Kasım 2013 Pazar
Rəhimə xanım ziyarətgahının zəvvarları (Nardaran Piri)
Dekabr ayının 5-i axşam saatlarından başlayaraq Əhli Beyt (ə) vətəni
olan Azərbaycan başdan başa matəmə qərq oldu. İmam Hüseyn (ə) və onun
əhli əyalının Kərbəlada başına gətirilən müsibətin 1372-ci ilində ölkə
boyu müxtəlif matəm mərasimləri təşkil olunmağa başladı. “Deyerler.org”
olaraq ölkədə və dünyada keçirilən matəm mərasimlərindən görüntüləri
sizlərə təqdim etməyə çalışıq. Matəm mərasimlərinin keçirildiyi
məkanlardan biri də Bakıda yerləşən Rəhimə xanım ziyarətgahı (Nardaran
Piri) olub. Hər il olduğu kimi minlərlə insan bu müqəddəs məkana İmam
Kazımın (ə) qızı Rəhimə xanıma baş sağlığı vermək üçün üz tutmuşdular.
Aşura axşamından başlayaraq şəhərin müxtəlif yerlərindən insanlar həm
piyada, həm də avtomobillərlə ziyarətgaha yürüş həyata keçiriblər.
Nardaranda on minlərlə insan Aşura mərasimini qeyd edib
Ölkəmizin hər bir yerində olduğu kimi, paytaxt Bakı və Bakıətrafı
kəndlərdə də Aşura günü böyük izdihamla keçirilib. “Rəhim xanım”
ziyarətgahının yerləşdiyi Nardaranda isə Aşura günü həmişə olduğu kimi
xüsusi təmtəraqla keçirilib. “Deyerler.org”un
müxbirinin Nardarandan verdiyi məlumata görə, yağış yağmasına
baxmayaraq on minlərlə insan günorta namazına qədər əzadarlıq tədbirində
iştirak edib.
Dövlət Komitəsi: “Aşura ilə bağlı heç kim saxlanılmır”
“Mərasimlərimizi şəhidlərimizin ruhuna layiq şəkildə keçirməliyik”
Bu gün müxtəlif KİV-lərdə Gəncədə Aşura mərasimləri ilə bağlı qadağaların olması, dindarların həbs edilməsi barədə məlumatlar yayılmışdı. Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirdilər ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Gəncədə Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilir. Bununla bağlı Dövlət Komitəsinin əlaqədar qurumlarla birgə həyata keçirdiyi tədbirlərə uyğun olaraq beynəxalq səviyyədə təqdir olunmuş Aşura günündə talessimiyalı xəstələrə qanvermə təcrübəsi geniş şəkildə tətbiq olunur.
Bu gün müxtəlif KİV-lərdə Gəncədə Aşura mərasimləri ilə bağlı qadağaların olması, dindarların həbs edilməsi barədə məlumatlar yayılmışdı. Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirdilər ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Gəncədə Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilir. Bununla bağlı Dövlət Komitəsinin əlaqədar qurumlarla birgə həyata keçirdiyi tədbirlərə uyğun olaraq beynəxalq səviyyədə təqdir olunmuş Aşura günündə talessimiyalı xəstələrə qanvermə təcrübəsi geniş şəkildə tətbiq olunur.
Bu il ölkədə mobil telefon rabitəsindən əldə olunan gəlir 740 milyon manatı ötüb
Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.
Komitədən verilən məlumata görə, rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8.5 faiz çox rabitə xidməti göstərilib.
Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13.5 faiz artaraq 744.5 milyon manata çatıb və ümumi gəlirlərin 59.3 faizini təşkil edib.
Komitədən verilən məlumata görə, rabitə müəssisələri tərəfindən ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründəkindən 8.5 faiz çox rabitə xidməti göstərilib.
Mobil telefon rabitəsinin xidmət növündən əldə olunmuş gəlirlərin həcmi 13.5 faiz artaraq 744.5 milyon manata çatıb və ümumi gəlirlərin 59.3 faizini təşkil edib.
13 Ekim 2013 Pazar
Polis aksiya iştirakçılarına hücum etdi, jurnalistlər də döyüldü
Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin nəticələrinə etiraz olaraq çağırdığı mitinqdən sonra təxribat baş verib. Bu barədə musavat.com-a əməkdaşlarımız məlumat veriblər. Onların deməsinə görə, insanlar meydanı tərk edən zaman şüar səsləndirən bir qrupa mülkigeyimlilər hücum edib.
Bunu əsas götürən polislər dərhal hərəkətə keçiblər.
“İnsanları, o cümlədən də jurnalistləri vururlar. Həbslər başladı. Mitinqdən
gedən etirazçıları zorla polis maşınlarına basıb, aparırlar”. Əməkdaşlarımız
polisin “işini” göstərən fotolar yollaya biliblər.
Qeyd edək ki, hələ mitinqdən əvvəl BŞBPİ-nin rəis müavini Səhləb
Bağırov təxribat gözlənildiyi barədə açıqlama vermişdi.
Musavat.com əməkdaşı bildirir ki, jurnalistlərdən biri xəsarət
alıb. Emin Mehin adlanan jurnalist musavat.com-a deyib ki, ona polis dəyənəyi dəyib.
Xəsarət alanlar arasında “Musavat.com”-un əməkdaşı Araz Bayramov da var. O,
burun nahiyəsindən zədə alıb. Onu vuran polis fotosu verilən mayordur.
Həbs olunanlar da var. Türkel Azərtürk adlı gənc fəal (AXCP
GT) və daha 5 nəfər saxlanaraq, polis bölməsinə aparılıb.
P.S. Son məlumata görə, mitinqdən sonra saxlanılan 5 nəfər
polis bölməsinə aparıldıqdan dərhal sonra sərbəst buraxılıblar.
10 Ekim 2013 Perşembe
“Demokratik seçkilər keçirilsəydi belə İlham Əliyev qalib gələcəkdi”
Sərdar Cəlaloğlu: “Baş verə biləcək saxtakarlıqları Qərbin və ABŞ-ın seçkidən öncəki Azərbaycanla bağlı mövqeyini nəzərə alanda məlum olurdu ki, bu seçkilərdə İlham Əliyev mütləq qalib gələcək”
“Bu dəfəki seçkilər əvvəlki seçkilərdən
heç nə ilə fərqlənmədi. Əvvəlki illərdə olduğu kimi yenə də kütləvi
saxtalaşdırma halları seçki keçirildi. İlham Əliyevin seçkidə qalib
gələcəyi şəksiz idi. Lakin seçkinin nəticələri konnektiuraya məruz
qaldı. Belə ki, səs faizləri şişirdilməklə yanaşı namizədlərin
yerlərinin seçilməsi iqtidarın maraqlarına uyğun həyata keçirildi.” Bu
sözləri FaktXeber.com-a prezidentliyə namizədliyini irəli sürmüş ADP
sədri Sərdar Cəlaloğlu dünən keçirilən seçkilərin nəticələrinin
şəffaflığına dair açıqlama verərkən qeyd edib.”
Milli Şuranın mitinqinə razılıq verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
BŞİH-nın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun verdiyi məlumata görə, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb. Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək
Putinin təbriki də ləngimədi
"Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik"
Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik. Azərbaycan hökümətinin cox sayda beynəlxalq və yerli müşahidəcilərin seckiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir. Trend-in məlumatına görə, prezident seçkilərinin nəticələrinə dair keçirilən birifinqdə Avropa Parlamenti və AŞ PA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub.
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Alaççi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik."
İqbal Ağazadə: "Tərəfdarlarımı bələdiyyə seçkilərinə, parlament seçkisinə hazırlaşmağa çağırıram"
Ümid
Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə 9 oktyabr seçkisinin
nəticələrinə münasibət bildirib: “Ortada Mərkəzi Seçki Komissiyasının
rəsmi nəticəsi var. MSK-nın elan etdiyi nəticəyə nə mən, nə beynəlxalq
təşkilatlar, nə də Avropa Məhkəməsi qarışa bilər. Yalnız BMT-yə müraciət
oluna bilər.
Bizim üçün dünən dünəndir. Seçki bitib və biz artıq yeni seçkiyə - növbəti il olacaq bələdiyyə seçkilərinə hazırlaşırıq. Yolumuza davam edirik. Bütün siyasi partiyaları da barış və dialoqa, bundan sonrakı seçkilərə hazırlığa dəvət edirik. Tərəfdarlarımı 9 oktyabr seçkinin nəticələri ilə bağlı mübarizəyə yox, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə, 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmağa çağırıram”.
Bizim üçün dünən dünəndir. Seçki bitib və biz artıq yeni seçkiyə - növbəti il olacaq bələdiyyə seçkilərinə hazırlaşırıq. Yolumuza davam edirik. Bütün siyasi partiyaları da barış və dialoqa, bundan sonrakı seçkilərə hazırlığa dəvət edirik. Tərəfdarlarımı 9 oktyabr seçkinin nəticələri ilə bağlı mübarizəyə yox, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə, 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmağa çağırıram”.
Bizim kimi millətə...
Allah məni bağışla! Şəhidlərin ruhundan, Elmardan, Mübarizdən - inciyən incisin – həbsdə çürüdülən Nemətdən üzr istəyirəm. Allah məni bağışla!
Bu milləti nə günə qoydular, Allah! Nə yaxşı ki, peyğəmbər silsisiləsinə son qoymusan, daha o sıradan gələn, sözü yerdə qalan, zindana salınan olmayacaq.
Azərbaycanda seçkilər yekunlaşır. Nəticəsi əvvəldən məlum olan seçkilər. Baxtabaxt yox, saxta seçkilər. Suda batan saman çöpündən yapışar. Cəmil Həsənli saman çöpü idi Əliyevlər kanalının qabağında. Yalnız xalq sel olub bu kanalı daşdıra, diktatoru aşıra bilərdi. Olmadı. Bu millət yaranıb bir-birinin başını kəssin, qanını içsin, namusuna toxunsun. Nə erməni, nə rus, nə ingilis qabağında cürəti, hünəri var. Öz millətimizin ki, ölüsünü-dirisini söyüb, sinəsi üstə oturduq, əcnəbini görən kimi ayaqlarımız əsir. Maraqlıdır ki, özünü yeməkdən qorxmayan bu xalq niyə Əliyevlərdən qorxur? Əliyevlər azərbaycanlı deyil məgər?
"Əliyevlər sülaləsinin məqsədi əbədi hökmranlıqdır"
Fransa mediası Qərbi Azərbaycanda baş verənlərə göz yummaqda ittiham etdi
HaqqYolu
- Fransanın “Le Point” jurnalı Azərbaycandakı seçkidən yazarkən Qərbin
neft-qaz və strateji maraqlara görə Əliyev klanına loyal münasibətindən
bəhs edir. “Azərbaycan: Avropa niyə gözünü bağlayıb?” başlıqlı məqaləni
təqdim edirik:
Avropa niyə gözünü bağlayıb?
Avropa Ittifaqı Azərbaycandan aldığı qaza görə Əliyevin ardıcıl üçüncü dəfə prezidentliyini pisləməkdən imtina edir.
Hətta demokratiyadan uzaq vacib iqtisadi tərəfdaşla da münasibətləri istəmir. Yaxın on ildə Avropaya qaz satacaq Azərbaycanda çərşənbə günü Ilham Əliyev ardıcıl üçüncü müddətə prezident olur. O, bu vəzifəni on il əvvəl atası, keçmiş KQB generalı, Kommunist partiyasının Siyasi Bürosunun üzvü Heydər Əliyevdən miras alıb.
Avropa niyə gözünü bağlayıb?
Avropa Ittifaqı Azərbaycandan aldığı qaza görə Əliyevin ardıcıl üçüncü dəfə prezidentliyini pisləməkdən imtina edir.
Hətta demokratiyadan uzaq vacib iqtisadi tərəfdaşla da münasibətləri istəmir. Yaxın on ildə Avropaya qaz satacaq Azərbaycanda çərşənbə günü Ilham Əliyev ardıcıl üçüncü müddətə prezident olur. O, bu vəzifəni on il əvvəl atası, keçmiş KQB generalı, Kommunist partiyasının Siyasi Bürosunun üzvü Heydər Əliyevdən miras alıb.
9 Ekim 2013 Çarşamba
Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan olunacaq nəticələri etimad göstərə bilməz”
Milli Şuranın prezidentliyə vahid
namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb. Musavat.com-a
daxil olan bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı
andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə
ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar
almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən
müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun
vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz
seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada
bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.
Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq
mənim ölkəm verdiyi xəbərə görə :
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.
Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluqları ilə bağlı yenə onlarla fakt açıqladı
22 saylı Nəsimi seçki dairəsinin
9 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqə ərazisində qeydiyyatda
olan çoxsaylı seçicilərin adı seçici siyahılarına daxil edilməyib.
121 saylı Laçın seçki dairəsinin
16 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqədə 1 nəfərə ailə üzvlərinin səsvermə hüququ olan bütün seçicilərin
əvəzinə səsvermə imkanı yaradılır. Bu
qanunsuzluğa etiraz edən müşahidəçilərə isə “Hara istəyirsiniz, ora şikayət
edin”, deyə cavabı verilir.
İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və azadlıqdan məhrum edilmiş fəalların siyahısını təqdim edib.
Həbs olunmuş şəxslər
Bağırov Taleh - ilahiyyatçı
Məlikov Anar - Taleh
Bağırovun sürücüsü
Əsgərov Röyal - dini fəal
Qurbanov Bəxtiyar - dini fəal
Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir, ifadə azadlığı təmin olunmayıb prezident seçkisi ədalətli sayılmayacaq
Arannews- mətbuat azadlığı sahəsində aparıcı QHT-lər və jurnalistlərdən ibarət Beynəlxalq Tərəfdaşlıq
Qrupu Azərbaycanla bağlı bəyanat verib. Sənəddə Azərbaycanda hüquq və
azadlıqlar sahəsində ciddi problemlər olduğu qeyd edilir, prezident seçkisinin
azad və ədalətli keçirilməsi üçün həbsdə olan jurnalist və bloqçuların, hüquq
müdafiəçilərinin azad olunması çağırışı yer alır.
oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları ilə bağlı ən son məlumatlar bu bölmədən dəyərli oxuculara çatdırılacaq
Milli Şuranın prezidentliyə namizədi Cəmil
Həsənlinin Seçki Qərargahı seçki pozuntuları ilə bağlı növbəti pres-relizi təqdim
edib:
16 saylı Yasamal ikinci seçki dairəsinin 1
saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin
işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb
vurulmur.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin
35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib
Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda
seçki bülleteninin topa halında atıldığı aşkar edilib.
Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülletenləri
Sosial şəbəkələrdə seçki məntəqələrində saxtakarlıq faktlarını əks etdirən
bir sıra foto və video görüntülər yayılıb. "Meydan.tv" belə saxtakarlıqlardan
birini - küncləri kəsilmiş, öncədən işarələnmiş bülletenlərin şəklini foto-fakt
olaraq təqdim edib.
125 yaşlı nənə səs verdi
Ən yaşlı seçici 92 saylı Zərdab-Ucar seçki dairəsində olan Zərdab
rayonunun Məlikli kənd sakini 125 yaşlı Bayramova Süfü Mikayıl qızı bu gün səsvermə
hüququndan istifadə edib. 125 yaşlı nənə daşınan seçki qutusunda səs verib.
Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova keçmişdə
kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında işləyib.
Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
AXCP sədri Əli Kərimli də səsvermədə iştirak edib
İsa Qəmbər səs verdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər həyat yoldaşı Aida Bağırova ilə
birlikdə bu gün saat 10 radələrində Nərimanov II Seçki Dairəsinin 23 saylı məntəqəsində
səs verib
Bu gün səhər saat 8.00-dan etibarən Azərbaycan Respublikasında növbəti
prezident seçkisinin səsverməsi başlayıb.
MSK-dan mobil seçki saxtakarlığı
Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android
telefonlar üçün tətbiqetmələr düzəldib. Tətbiqetmələri oktyabrın 8-də mobil
telefonuna yükləyən istifadəçilər bu gün olacaq seçkilərin nəticələri ilə
qarşılaşıblar. Belə ki, səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin
7.4%, Qüdrət Həsənquliyevin 5.24% olduğu görünür. Hətta seçici fəallığı, seçki
məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub.
Hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən "Bu bölmə
seçki günü aktiv olacaq" yazılıb. Böyük ehtimalla tətbiqetməni
hazırlayanlar həmin bölməni "bağlı" etməyi unudublar (meydan.tV).
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev
"Azadlıq" radiosuna bildirib ki, baş verənlərin MSK-ya aidiyyatı
yoxdur:
8 Ekim 2013 Salı
İlhamla Mehriban arasında küsmək
Azad yaşa
verdiyi xəbərlərə istinadən,hakimiyyətin
yaxınları yayılmış xəbərlərə görə ,İlham əliyev və Mehriban əliyeva arasında
prezident namizədliyinə xatır ailə münaqişəsi baş verib.Son zamanlarda belə bir
mübahisələr artıb və tanışlar vasitəsi ilə yayılıb.
23 Aprel hərəkatı beynəlxalq təşkillatlara müraciət etdi.
23 aprel hərəkatı polislə qarşılaşma istəmır
ancaq ədalətsizlik əleyhinə münarizə aparır və məhbusların azadlığını istəyir.
ölkənin büdcəsindən bir firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır
Biz sədaqətli,
qayğıkeş, dəyərlərə sayğılı, xalqı sevən bir dövlət istəyirik. Bizim
arzuladığımız hökumət xalqın əqidə və istəklərinə təhlükə yox, fürsət kimi
baxmalıdır. Biz insanların şəxsi həyatına müdaxilə, əqidələrin təftişi,
casusluq, mətbuat üzərində nəzarət, azad sözün boğulması kimi halları məmləkət
və xalqın zərərinə sayırıq. Bizim mövqeyimiz budur ki, ölkənin büdcəsindən bir
firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır.
Çıxış yolları
- Dövlətin xalq
qarşısında birbaşa öz məsuliyyətini qəbul etməsi, hökumətin yaranmış
problemlərlə bağlı sualları cavablandırması.
- Seçkilər üçün
nəzərdə tutulmuş qanun və qərarların tam şəkildə icrası; xalqda azad və
ədalətli rəqabətə etimad yaradılması.
- Siyasi
məhbusların azad edilməsi, onların şəxsiyyətinin qorunması.
- Mətbuat
azadlığı, tənqidçi qəzetlərin nəşrinə icazə verilməsi.
- Azad toplaşma və
partiyaların yaradılması sahəsində xalqın hüquqlarının tanınması.
- Qeyri-dövlət
təyinatlı, ictimai kanalların azad fəaliyyəti, vətəndaşlar arasında
ayrıseçkiliyə son qoyulması.
Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası yayılan şayiələrə 23Aprel hərəkatı bəyanat verir.
Sosial şəbəkələrdə yayılmış şayiələrə istinadən bəyanat verir ki, 23Aprel hərəkatı
prezident seçkilərində heç bir namizədlərdən müdafiə və himayə etmir.
Amma Azərbaycan xalqını 9 oktyaberdə
seçki məntəqələrində dəvət edir və xalqın seçdiyi namizədi ilə hörmətlə
yanaşır.
23 Aprel hərəkatının üzvləri və fəal iştirakçıları yalnız həbsdə olan məhbusları
xüsusi ilə dindarların tezli ilə
azadlığa buraxılması,ölkədə islahat və bərabər hüquqları tələb edir.
"Qələcək xalqın əllərinin vasitəsi
ilə abad olacaq"
Cəmil həsənli-nin şansi daha çoxdur
"GALLUP
World" beynəl xalq statistik təşkilatı Azərbaycan rerspublıkasının 2013-cü il prezident
seçkilərinə namizədlər arsında səsvermə göyü.
Azad yaşa
verdiyi məlumatına görə Cəmil həsənli
birinci yerini qazanıb və İlham
əliyev də ikinci yerdə dir Araz əlizadə ,İqbal ağazadə və Sərdar məmədov da
növbəti yerləri tutublar.
Yeri
gəlmişkən bütün dünya Azərbaycan seçkiləri izləyir.
Qeyd etmək
lazım dırki, " GALLUP World " müəssisəsi dünyada ən etibarli
istatistik təşkilatlarının biri sayılır.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.






































