Blog Arşivi

10 Ekim 2013 Perşembe

Bizim kimi millətə...



Allah məni bağışla! Şəhidlərin ruhundan, Elmardan, Mübarizdən - inciyən incisin – həbsdə çürüdülən Nemətdən üzr istəyirəm. Allah məni bağışla!
Bu milləti nə günə qoydular, Allah! Nə yaxşı ki, peyğəmbər silsisiləsinə son qoymusan, daha o sıradan gələn, sözü yerdə qalan, zindana salınan olmayacaq.
Azərbaycanda seçkilər yekunlaşır. Nəticəsi əvvəldən məlum olan seçkilər. Baxtabaxt yox, saxta seçkilər. Suda batan saman çöpündən yapışar. Cəmil Həsənli saman çöpü idi Əliyevlər kanalının qabağında. Yalnız xalq sel olub bu kanalı daşdıra, diktatoru aşıra bilərdi. Olmadı. Bu millət yaranıb bir-birinin başını kəssin, qanını içsin, namusuna toxunsun. Nə erməni, nə rus, nə ingilis qabağında cürəti, hünəri var. Öz millətimizin ki, ölüsünü-dirisini söyüb, sinəsi üstə oturduq, əcnəbini görən kimi ayaqlarımız əsir. Maraqlıdır ki, özünü yeməkdən qorxmayan bu xalq niyə Əliyevlərdən qorxur? Əliyevlər azərbaycanlı deyil məgər?


Seçkilər başa çatır. Hamı İlham Əliyevə səs verib. Yalandır? Yalan olsun əlli faizi. Əlli faiz səs verib ya yox? Bu xalqın arasında beş nəfər də olsa namusunu rüşvətxora tapşıran var ya yox? Bəlkə deyir ağır oturum batman gələcək?

Mərhum şəhid Çingizin bir sözü yerinə düşür: Hamınız arvad kimi qorxaqsınız!

Həzrət Peyğəmbər (s) buyurur ki, milləti qınamayın. Peyğəmbərə də, onun buyuruğuna da qurban. Əlbət bir şərhi var bu buyuruğun. Amma həzrət Əlinin (ə) vəfasız xalqdan şikayətləri də var.

Təbrik edirəm sizi cənab Prezident! Dərhal hiss etdiniz ki hansı millətdənəm elədir? Çünki bütün dünya sizin diktator, korrupsioner olduğunuzu bilir, təkcə bizim millətdən savayı. Mən görməmişəm sizi rüşvət alanda, ədalətsiz hökm verəndə. Dubay mülklərini də görməmişəm. Yəqin ki hamısı nağıldır. Nağıl olmasaydı 20 faiz torpaqları, namusu uşğal olmuş bu “qəhrəman” millət sizə səs verməzdi. Kimdir Cəmil Həsənli ki, ona səs verək? Gedib əyri yolla özünə təqaüd düzəldib. Sizsə hətta qanunu ayaq altına alıb türrorçu, fundamentalist dindarları damladınız, mavilərin təhlükəsizliyini təmin etdiniz. İsrailin də bayrağında mavi rəng var. Təbrik edirik sizi. Balaca Heydərin yolunu səbirsiliklə gözləyirik. Bizim kimi millətə nə zülm etsəniz azdı. Azdı, azdı, azdı!

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel